Qarabağla bağlı təhlükəli açıqlama – “İlin sonunadək çıxarılmalıdır, yoxsa...”
Siyaset
Oxunub: 41
4 apr 2024 | 14:22
Qarabağla bağlı təhlükəli açıqlama – “İlin sonunadək çıxarılmalıdır, yoxsa...”


Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İranlı siyasilər və SEPAH-a bağlı Teleqram kanalları İsrailin Tehranın Suriyadakı konsulluğunu vurmasında “Azərbaycan izi” axtarmağa başlayıblar. İsrailin Azərbaycandakı səfirliyinə hücumdan danışırlar. Mollalar əvvəllər də bizə dəxli olmayan məsələlərdə ölkəmizin adını hallandırıblar. Ümumiyyətlə, bu siyasətin adı nədir, Tehran mollaları ölkəmizdən nə istəyirlər?

- Əslində, bunda ilk məqsəd İranın ictimai rəyini əsas hədəfdən yayındırmaqdır. Çünki həmişə “hərbi qüdrət”i ilə öyünən İran İsraildən birbaşa qisas ala bilmir. Ortada fakt var, İsrail də bunu təkzib etmir. İran konsulluğu birbaşa İsrail tərəfindən vurulub. İndi İrana nə mane olur ki, öz ballistik raketləri ilə İsraili vurmur? Tehran bunu cavablandırmaq istəmir. Çünki qorxurlar. Buna görə də, diqqəti əsas hədəfdən yayındırmaq üsullarından istifadə edirlər, həmişə İranın “ittiham obyekti” olan Azərbaycanın adını çəkirlər. Çünki İranda zaman-zaman guya Azərbaycanın öz ərazisində İsrailə müəyyən imkanlar yaratdığına dair absurd iddialar səsləndirilir.

Tehrandan gələn açıqlamalar göstərir ki, İran həmişə olduğu kimi yenə də İsraili birbaşa vurmaqdan çəkinəcək. Ola bilsin ki, İsrailin bəzi ölkələrindəki səfirlik və diplomatları terror olayları ilə üzləşsinlər. O da mümkündür ki, Yəməndəki “Ənsarallah”, Livandakı “Hizbullah” terrorçuları, eləcə də Qəzzadakı HƏMAS və Suriyadakı digər proksi qüvvələr vasitəsilə bir-iki raket atıb “qisas” görüntüsü yaratsınlar. Bütün bunlar İranın birbaşa İsraili vurmaqdan çəkinməsi ilə əlaqəlidir.

Mollaların hədyanlarına gəlincə, İranın Azərbaycana birbaşa hərbi müdaxiləsi ehtimalı sıfıra bərabərdir. İran daha çox atıb-tutmağı sevir. İran həmişə “düşmən” elan etdiyi ölkələrlə proksiləri və terrorçuları vasitəsilə savaşır. İraqla savaşdan bəri kimsə İranın hansısa dövlətlər müharibə apardığını görməyib. Azərbaycan ictimaiyyəti İranın atıb-tutmalarına o qədər də fikir verməli deyil. Həmçinin bütün bunlar göstərir ki, Azərbaycan Tehrandakı səfirliyini yenidən açmaq qərarında tələsməməlidir.

- Rusiyalı diplomat Mariya Zaxarova iddia edir ki, Ermənistan Qarabağla bağlı qərarları NATO və Qərbin təsiri altında verib. Zaxarovadan əvvəl xarici işlər naziri Sergey Lavrov da demişdi ki, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Prezident Vladimir Putini təəccübləndirib. Niyə bu, Rusiyaya təsir edib, nədən dönə-dönə buna qayıdırlar?

- Əslində, bu açıqlama Rusiya rəhbərliyinin özünü təkzib edir. Çünki Rusiya prezidenti dəfələrlə publik şəkildə Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bəyan edib. Əgər bu ərazi Azərbaycana məxsusdursa, hansı ki, Rusiya bunu çox gözəl bilir, o zaman onu yandıran nədir?! Demək ki, Qarabağ məsələsinin Azərbaycana təzyiq vasitəsi kimi sıradan çıxması Rusiyanı narahat edir. Bu məsələ həmişə Azərbaycanın bir yarası idi. Rusiya zaman-zaman bu yaranı qanatmaqla özünün geosiyasi məqsədləri üçün istifadə edirdi. İndi belə bir tutacaq yoxdur.

Digər yandan, Ermənistandan “ittiham” var ki, Qarabağda Azərbaycanın nəzarətinin bərpa edilməsinin baiskarı Rusiyadır. Ermənistan bu “ittiham”la özünün təhlükəsizlik sistemi ilə bağlı alternativlərə üz tutub. İrəvan Qərbə inteqrasiyanı bununla əsaslandırır. Rusiya da zaman-zaman bundan yayınmaq üçün belə absurd açıqlamalar verir. Yenə də erməni ictimaiyyətinə o fikir aşılanır ki, bunda “günahkar” Rusiya yox, Ermənistan hökumətidir.

- Hesab etmək olarmı ki, Kreml İrəvanın qərarlarını şübhə altına alır, məsələn, Ermənistanda özünə uyğun hakimiyyət gələndə, yaxud Baş Nazir Nikol Paşinyan getdikdən sonra bu separatçı məsələyə yenidən qayıdacaqlarına eyham vurur?

- Rusiya bununla həm də o mesajı verir ki, Qarabağla əlaqəli durum Ermənistan rəhbərliyi ilə yanaşı, Qərblə də əlaqəlidir. Yəni Rusiya yenə yaxasını kənara çəkir. Rusiya buna görə Qərblə Paşinyanı sövdələşmədə ittiham edir. Bunu göstərmək istəyirlər.

Paşinyan hakimiyyətdən gedəcəyi halda Rusiyanın yenidən Ermənistanla Qarabağı ələ keçirəcəyi ehtimalı sıfıra bərabərdir. Ermənistanın özündə də buna kimsə inanmır. Sadəcə Rusiya Qarabağ probleminin bitmədiyi görüntüsünü yaratmaqla uzun müddət – 2025-ci ildən sonra da burada qalmaq niyyətini göstərir. Bununla bağlı Rusiyanın Ermənistandakı səfir Kopırkinin də açıqlaması var. Bu yöndə Rusiya xarici işlər nazirlərinin müavinləri dəfələrlə açıqlamlar veriblər. Rusiya gələcək üçün Qarabağdakı hərbi kontingenti üçün “fəaliyyət sahəsi” yaratmaq istəyirlər. Rusiyalı rəsmilər buna görə deyirlər ki, könüllü getmiş ermənilər qayıda və onların “təhlükəsizliyini” Rusiya sülhməramlıları təmin edə bilər. Yəni Rusiya bu cür bəhanələr və zəminlər yaratmaqla Azərbaycanda qalmağa çalışır. Ona görə də, bu məsələnin iriləşib “böyük çiban”a çevrilməməsi üçün 2025-ci ilin noyabrını gözləməyə ehtiyac yoxdur. İlin sonuna qədər rusların əllərini sıxıb yola salınmalıdır, indidən bunu həll etmək lazımdır.

- Azərbaycanın aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa Birliyi-Ermənistan görüşü ilə bağlı da narahatlığı var. Bu narahatlıq nə ilə əlaqəlidir? Görüşdə hərbi-siyasi paktın formalaşacağı ehtimalı var.

- Brüsseldə Ermənistana təhlükəsizlik təminatı ilə bağlı sazişin imzalanacağını gözləmirəm. Bu, mümkün deyil. ABŞ 10 min kilometr yol gəlib Ermənistanı “regional təhlükə”dən necə sığortalaya bilər? Bunun düsturu varmı? Bunu nəinki Ermənistan, heç ABŞ-nin özü belə təsəvvür edə bilmir. Ukraynaya da belə təhlükəsizlik təminatları verilib, Fransa, Britaniya və Almaniya ilə sazişlər imzalanıb. Bu sazişlər sadəcə Ukraynaya veriləcək uzunmüddətli dəstəkdən ibarətdir. Yəni bunlar məhdud təminatlardır. Sadəcə bununla edilən yardımları legitimləşdirdilər ki, Rusiyaya hansısa tutacaqlar verilməsin.

ABŞ indi əsas diqqətini ayırdığı Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıbmı? İmzalamayıb. Avropa Birliyinin də özünü Rusiya və digər xarici faktorladan müdafiədə aciz qaldığı vaxtda regionda Ermənistana necə təhlükəsizlik təminatı verə bilər? Bələ, müzakirə predmeti olan digər məsələlər də var. Məsələn, ticari, iqtisadi, enerji və sair. Həmçinin Ermənistan ordusunun gücləndirilməsi üçün konkret razılaşmalar ola bilər. Məsələn, erməni zabitlərinə təlim-təhsilin verilməsi, orduda NATO standartlarına uyğun islahatların aparılması, Avropa Sülh Fondu vasitəsilə Ermənistana silahların ötürülməsi kimi. Bu kimi məsələlərin razılaşdırılması mümkündür.

Ermənistanın Avropa standartlarına uyğun olmayan məhsulları üçün yeni bazarların tapılması üçün də ciddi müzakirələr ola bilər. Hazırda bu baxımdan Rusiyadan asılı olan Ermənistanın buna ehtiyacı var.

- Bütün bunlar üçün Qərbin hansı tələbləri var?

- Əsas tələb budur ki, Ermənistan Rusiyanın orbitindən tədricən aralansın. Amma bunun üçün Ermənistanın alternativləri olmalıdır – hər sahə üzrə. Brüsseldə qeyd olunan məsələlərlə bağlı çözüm axtarılacaq. Bunu təkcə Qərb yox, Ermənistan rəhbərliyi də istəyir. Paşinyanın Gürcüstan və Ukraynadan götürdüyü ibrət dərsi də var. Paşinyan real və ciddi təminatlar olmadan Rusiya ilə əlaqələri kəsməkdən çəkinir.

Ermənistan və Rusiyanın oyun oynaması haqda fikirlər də var, bunun heç bir əsası yoxdur. Ermənistan güclü təminatlar olmadan Rusiyadan necə uzaqlaşa bilər? Bu gün Ermənistanın iqtisadiyyatı daxil olmaqla, bütün strateji sektorları Rusiyanın əlindədir. Həmçinin Avrasiya İqtisadi Birliyinin Ermənistana verdiyi böyük imtiyazlar var. Bu durumda real təminatlar olmadan Ermənistanın bir qərarla Rusiyadan uzaqlaşacağını gözləmək absurddur. Paşinyan da Qərbdən bunu tələb edir.

Baş verənlərin Azərbaycan üçün də təhlükələri var.

Ermənistan son qərarını verib və bunun icrasına başlasa, tədricən Rusiyanın sıxışdırılıb çıxarılacağı və Qərbin hərbi-siyasi cəhətdən orada yerləşəcəyini görən bilərik. İrəvan bunun üçün hərbi təminat almağa çalışır. Belə olan halda, Ermənistan təxribata əl atarsa, Azərbaycan da buna cavab vermək məcburiyyətində qalarsa, kiminlə qarşılaşacağıq? Bu suala cavab vermək üçün 5 aprel görüşünün nəticələrini görməyə ehtiyac var.

Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının perspektivdə hərbi struktura çevrilməsi ehtimalı da yüksəkdir. Bunun Azərbaycanın dövlət maraqlarına nə qədər təhlükə yaratması da gündəmdədir. Çünki həmin missiya birtərəfli qaydada Ermənistanı müdafiə edir. Sabah Ermənistanın törədəcəyi təxribatlarla bağlı qondarma hesabatlar hazırlayacaq bu missiya Azərbaycana sanksiyaların önünü aça bilər. Bu da risk amillərindən biridir.
Bu gün, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü