Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Siyaset
Oxunub: 49
29 mar 2024 | 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!


Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb. Avropa Birliyinin nümayəndəsi Ermənistandan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməyi tələb etmək əvəzinə, həmin əraziləri “mübahisəli” adlandıraraq faktiki olaraq İrəvanı işğalçı siyasətini davam etdirməyə çağırıb. Halbuki erməni mediası işğal altında saxlanılan Qazaxın 7 kəndinin geri qaytarılmaması üçün təxribatçı təbliğatını aktiv şəkildə davam etdirir. Erməni mediası yerli sakinləri də qızışdıraraq, onların “silahlı müqavimət göstərəcəyini” bildirir və Azərbaycanı hədələməklə məşğul olur. Hətta “Döyüş qardaşlığı” və ya “Milli Demokratik Qütb” adlı təşkilatların İrəvanda və Qazaxın işğal altındakı kəndlərində faktiki terror fəaliyyətlərini müdafiə edir. Ermənistanda polis bölməsinə bomba ilə hücum edənlərə misilsiz informasiya dəstəyi göstərən, onların həbsinə qarşı çıxan da erməni mediasıdır. Ona görə də Klaarın statusu həddindən artıq ermənicanlıdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib ki, Toivo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür. Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur. A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsi həm diplomatik, həm də siyasi səciyyəli vəzifədir. Ekspertin sözlərinə görə, belə bir yüksək məsuliyyətli posta təsadüfi adamlar, diletantlar təyin edilməməlidir:

"Lakin görünən budur ki, Avropa İttifaqının başbilənləri sözügedən vəzifəyə tamamilə təsadüfi bir adamı təyin ediblər. Aİ-nin Cənubi Qafqaz üzrə hazırkı xüsusi nümayəndəsi Toivo Klaar birmənalı olaraq diplomatiyadan, geosiyasətdən bixəbər bir avroçinovnikdir. Klaar növbəti dəfə qərəzli bəyanatla çıxış edərək Ermənistanın qeyri-konstruktiv siyasəti ilə bağlı yazılar dərc edən, şərhlər verən Azərbaycan mətbuatını ittiham edib. O, Azərbaycanın bir sıra kəndlərinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanması faktını qınamaq əvəzinə, bunu “ərazi mübahisəsi” kimi qiymətləndirib. Bu da onu göstərir ki, Klaar da əksər avroparlamentarilər, avrobürokratlar kimi erməni lobbisi tərəfindən satın alınıb. Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin özünü "Ermənistan üzrə xüsusi nümayəndə" kimi aparması absurddur. Aİ rəsmisinin ümumiyyətlə, Azərbaycan mediasına yol göstərmək ixtiyarı yoxdur. T.Klaarın Azərbaycan mətbuatına qarşı senzura mövqeyindən çıxış etməsi qəbuledilməzdir".
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib