Ermənistan İrana qarşı Qərbin əsas kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərəcək - Görünəni odur ki...
Siyaset
Oxunub: 43
13 mar 2024 | 16:00
Ermənistan İrana qarşı Qərbin əsas kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərəcək - Görünəni odur ki...


Avropa İttifaqı ilə Ermənistanın yaxınlaşmasında erməni xalqının fikrini nəzərə almaq lazımdır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Baş nazir erməni cəmiyyətində Avropaya istəyin olması ilə bağlı ölkənin XİN rəhbəri Ararat Mirzoyanın açıqlamalarını da şərh edib. O, özünün Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Aİ-nin mümkün hesab etdiyi qədər İttifaqla yaxınlaşmağa hazır olması barədə bəyanatını xatırladıb. Paşinyan həmçinin qeyd edib ki, həmin məsələdə erməni xalqının bu yaxınlaşmanı nə dərəcədə mümkün hesab etdiyini də nəzərə almaq lazımdır. Nikol Paşinyan onu da bildirib ki, Aİ-nin Ermənistandakı missiyasının mandatı daha iki il uzadıla bilər.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Ermənistan İrana qarşı Qərbin hərbi-kəşfiyyat mərkəzi rolunu icra etməkdədir. Analitikin sözlərinə görə, Ermənistanın Qərb ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsi, paralel olaraq bu ölkədə kəşfiyyat orqanlarının fəaliyyətinin genişləndirilməsinə gətirib çıxarır:
"ABŞ, Fransa və digər ölkələrin hərbi və kəşfiyyat təlimatçıları Ermənistanda yerləşməklə müxtəlif adlar altında Ermənistanda işini təkmilləşdirib, regionda fəaliyyətlərini genişləndirəcəklər. Ermənistanda Qərbin əsas hədəfi Rusiya və İrandır. Uzun illər Cənubi Qafqaz regionu Qərb üçün cəlbedici olub. Həmçinin İran və Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün region Qərb üçün əlverişli bir mərkəzdir. Ermənistan bu şəraiti onlar üçün yaradaraq öz siyasətini Vaşinqton və Parisə təslim edir. Ermənistan Qərblə Rusiya arasında yeni geosiyasi rəqabət plasdarmıdır. Bir müddətdən sonra İrana qarşı eyni rolu oynayacaq. Qərb Rusiyani Ukraynada yeni bir cəbhəyə çəkib. Bununla Rusiyanın geosiyasi mövqelərini zəiflədir".

Ekspert düşünür ki, Rusiya və İran eyni platformada yer alırlar və hər iki ölkənin zəiflədilməsi Qərbin strateji planında yer alıb:
"Qərb Ermənistan ərazisindən öz fəaliyyət imkanlarını genişləndirəcək. Bundan sonra İranın Ermənistan üzərindən fəaliyyəti tam nəzarət altında olacaq. Demək olar ki, Ermənistan İrana qarşı Qərbin əsas kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərəcək. Tehran rejimi uzun illər Ermənistanı Azərbaycana qarşı dəstəkləyir. Zəngəzurda konsulluq açmaqla bunu həyata keçirdi. Hazırda Ermənistan İran əleyhinə Qərblə eyni cəbhədə yer almağa çalışır. Paşinyan hakimiyyəti Ermənistanda öz imkanlarını səfərbər edən Qərbin fəaliyyətini İrana deyil, Türkiyə və Azərbaycana qarşı olduğunu İran rəsmilərini inandırmağa çalışır. İrəvandan Tehrana səfər edən yüksək çinli rəsmilərə Tehran xəbərdarlıqla kifayətlənir".
M.Əsədullazadə qeyd edib ki, Ermənistanın uzun illər əsas strateji müttəfiqi olan Rusiyanı necə pat vəziyyətdə qoyduğunu Tehranda yaxşı görürlər: "Tehranın anti-Azərbaycan siyasəti hələ də Ermənistanda nə baş verdiyini görməyə imkan vermir. Vaxt və zaman isə İranın əleyhinə işləyir. Azərbaycan müstəqil siyasət apararaq regionda təhlükəsizliyin və sülhün yaradılmasına çalışır. Bir müddətdən sonra Tehranda Ermənistanın necə təhlükəli olduğunun fərqində olacaqlar. Tehran başa düşəcək ki, Zəngəzur dəhlizinin açılması məhz İranın təhlükəsizlik imkanlarına da cavab verir".
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...