Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? - Bakı bu komfortu ona yaşatmaz...
Siyaset
Oxunub: 81
28 noy 2023 | 15:30
Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? - Bakı bu komfortu ona yaşatmaz...


Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Qərb platformasında (Brüssel) baş tutarsa, İrəvan hökumətinin rəhbəri Nikol Paşinyan “Nobel” sülh mükafatına təqdim oluna bilər. Bu barədə ilk dəfə TV Musavat diplomatik qaynaqlara istinadən məlumat yayıb. İddia olunur ki, hətta Ermənistanın baş naziri Nikol Paşinyana Qərb koalisiyası adından xüsusi “Nobel” vədi verilib.

Burada məqsəd sülh müqaviləsi imzalamağa vadar olan Nikol Paşinyanı erməni xalqının və dövlətinin xilaskarı kimi göstərmək, onun zədəli reytinqini bərpa edərək, hakimiyyətdə qalmasını təmin etməkdir. Eyni zamanda Rusiyanı bu prosesdən kənarlaşdırmaq, sazişi Qərb paytaxtlarının hakimliyi altında imzalamaq da əsas hədəflərdən biridir. Məhz bu perspektivi ideologiyalaşdırmaq üçün Azərbaycanın guya Ermənistana hücum edəcəyi barədə dezinformasiya paketi dövriyyəyə buraxılıb. Belə bir “dramatik” situasiyada Paşinyanın sülh bağlamağa nail olması onun xüsusi xidməti, diplomatik və siyasi qabiliyyətləri kimi təqdim olunacaq. Eyni zamanda Qərbin (ABŞ, Fransa, Aİ) Ermənistanı Rusiya və Azərbaycanın caynağından qurtarmaq əfsanəsi də uydurulacaq.

Ermənistanın işğalçı siyasəti ilə başlamış konflikt son 65-70 ilin ən qanlı və uzunömürlü etnik münaqişəsi sayılır. Bu münaqişə zamanı Azərbaycan ərazilərinin 20 faizi erməni işğalı altına düşmüş, 35 min şəhid vermişik. 1 milyona yaxın vətəndaşımız qaçqın düşüb, onların əmlakları talan edilib, evləri sökülərək, xarabaya çevrilib. 30 ilə yaxın davam edən işğal 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə 1 günlük antiterror tədbirləri ilə başa çatıb. Yəni əslində Azərbaycan öz torpaqlarında separatizmi bitirməklə, münaqişəyə son qoyub və sülhü təmin edən yeganə tərəf olub. Belə bir halda Qərb paytaxtlarının Nikol Paşinyanı sülh təminatçısı kimi təqdim etməyə hazırlaşması absurd və yalan əsaslıdır. Çünki "Nobel" Sülh Mükafatı dünyada sülh və əmin-amanlıq uğrunda əmək sərf edən, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir. Paşinyan isə işğalçı bir dövlətin başçısı olaraq, iki ölkə arasında sülh yaranması üçün heç bir xidmət göstərməyib. Tam əksinə, “Qarabağ Ermənistandır, nöqtə” şüarının müəllifi olaraq, ölkəsini və Azərbaycanı qanlı müharibəyə sürükləyən bir savaş suçlusudur.

Ona görə də əgər iki ölkə arasında sülh müqaviləsi imzalanarsa, burada ən azından hər iki tərəfin rolu barədə danışmaq olar. Qiymətləndirmə də birtərəfli ola bilməz və olmamalıdır. Konkret sülh müqaviləsinin imzalanması imkanlarına gəldikdə isə... Əgər Qərb məsələni “Paşinyana Nobel” şəklində qoyursa, o zaman çox gözləməli olacaq. Azərbaycan özünün torpaq və sərhəd bütövlüyünü təmin edib, separatizmi bitirib, düşmən ordusunu darmadağın edib. Hazırda ölkəmiz Ermənistana baxanda hərbi və siyasi komfort içərisindədir. Bu komfortu pozub, Paşinyana “Nobel komfortu” yaşadacaq addımları atmağa məcbur deyilik...

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Xalq yazıçısı Çingiz Abdullayev isə təklif edib ki, Prezident İlham Əliyevin namizədliyi "Nobel" Sülh Mükafatına təqdim edilsin: “Barak Obama heç nə etməyib, ona mükafat veriblər. Biz haqq müharibəmizdə bir uşağa, qadına güllə atmadıq, zərər vermədik. Dünyada hazırda davam edən müharibələr var. Minlərlə uşağın, dinc sakinin ölümünə dair faktlar, rəqəmlər var. Amma biz torpaqlarımızı azad edəndə heç bir uşağa, qadına zərər vermədik. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsi idi”.

Bəs erməni baş nazirə belə bir vəd verilibsə, Paşinyan özü bu kriteriyalara cavab verirmi? Doğrudanmı, dünənə qədər Qarabağda xunta rejimini dəstəkləmiş biri “Nobel”ə layiqdir?

Deputat, Nobel mükafatlarının tədqiqatçısı və bu sahə üzrə kitabın müəllifi Etibar Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyana “Nobel” Sülh Mükafatının veriləcəyi inandırıcı görünmür. E.Əliyevin fikrincə, əlbəttə, sülh üzrə “Nobel” mükafatının verilməsində bir sıra paradokslar mövcuddur, amma erməni baş nazirin mükafatlanması mümkün deyil. Deputat hesab edir ki, Paşinyan müharibə lehinə olan erməni siyasətçidir, Ter-Petrosyan, Köçəryan və Sərkisyandan fərqli mövqe nümayiş etdirməyib. “O, belə hesab edirdi ki, 44 günlük müharibədə qalib gələcəklər, müdafiə sistemləri qurmuşdular, bizim torpaqlara külli miqdarda hərbi texnika yeridilmişdi, Paşinyanın səfərbərlik elan etməsi də buna sübutdur. İndi də Ermənistan hökumətinin başçısı bizim təklif etdiyimiz ədalətli sülh sazişindən boyun qaçırır. Əslində sülhdən yayınır. Onda necə "Nobel"ə namizəd görülə bilər? Müharibə tərəfdarı olan Paşinyana elə gəlirdi ki, qalib gələcəklər, digər tərəfdən isə Azərbaycan Prezidentinin qətiyyətli mövqeyini, rasional diplomatik siyasətini proqnozlaşdıra bilmirdilər". Onun sözlərinə görə, Ermənistanda səfərbərlik elan olunması, kütləvi silahlanma, Bərdə və Gəncənin vurulması Paşinyanın müharibə canisi obrazını yaratmışdı: “Ona görə Paşinyan qəddar mövqeyinə görə əvvəlki erməni qatil liderlərdən seçilmirdi. Sadəcə, Azərbaycan güclənmişdi, bu gün də xalq-dövlət birliyi monumental xarakter daşıyır və Prezidentin iradəsi ilə xalqın iradəsinin üst-üstə düşməsi Azərbaycanı qələbəyə apardı. Mən "Nobel" almış şəxslər haqda kitab yazmışam və bu gün də araşdırmalar aparıram. Paşinyan bu kriteriyalara uyğun gəlmir. Bundan əlavə, müharibədən sonra Paşinyan qoşunlarını Qarabağdan çıxarmadı. Azərbaycan da məcbur qalıb antiterror tədbirləri keçirdi. Əgər sülh istəsəydi, bundan əvvəl addımlar atardı. İndi də sülh sazişini uzatması onu əvvəlki erməni cani rəhbərlərdən fərqləndirmir. Ona görə Paşinyanın adının yanına sülh carçısı qoyulması düzgün deyil".
Bu gün, 16:00
İrəvan dəhlizdən imtina edir, xüsusi bölmələr yaradır - GƏLİŞMƏ
Bu gün, 15:30
Danışıqlar masasında ZƏNGƏZUR MƏSƏLƏSİ... - Ermənilər anlamalıdırlar ki...
Bu gün, 14:22
Klaarın hazırlayacağı hesabatı Brüssel və Paris nəzərə alacaqlarmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:09
Qərarlar Ankara-Moskva əlaqəsinə zərbə vurdu
Bu gün, 12:40
Azərbaycan sərhədində əfqanlar saxlanıldı
Bu gün, 12:35
Daha bir mənimsəmə FAKTI: Vəzifəli şəxslərə cinayət işi açıldı
Bu gün, 12:14
"Mən İsraili tanıyıram ki?" - Mehdiyev xəbərdən danışdı (YENİLƏNİB)
Bu gün, 12:08
Bu ərazilər Rusiyanın tərkibinə daxil edildi – Putin sənəd imzaladı
Bu gün, 11:56
Ermənistanda saxlanılan hərbçimizdən yeni XƏBƏR
Bu gün, 11:48
İt parçalayan uşaqla bağlı xəstəxanadan AÇIQLAMA
Bu gün, 11:19
İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib
Bu gün, 11:13
“Qobu Park”da azyaşlını itlər parçalayıb - VİDEO (YENİLƏNİB)
Bu gün, 10:39
Ramiz Mehdiyev İsrailə aparıldı - KİV
Bu gün, 10:02
Valyuta məzənnələri açıqlandı - SİYAHI
Bu gün, 09:56
Qarabağa köç edənlərin evləri satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR/VİDEO
Bu gün, 09:50
Tramp Baydendən 5 xal öndədir
Bu gün, 09:24
Dünyaya ikinci "Çin şoku" ilə bağlı xəbərdarlıq edildi
Bu gün, 09:20
Zelenskiyə qarşı hücum hazırlanır
Bu gün, 09:15
Xankəndidəki həmin bina sökülür - VİDEO - FOTO
Bu gün, 09:00
Paşinyanla bağlı yeni gizli və sensasion məlumatlar ifşa edildi: Qarabağ savaşı, ABŞ, Fransa, Rusiya və erməni baş nazirə xəyanət...
2-03-2024, 11:40
10 ilə bərpaolunan enerjidən maksimum istifadə edib… - Prezident
2-03-2024, 11:32
Bu məsələ ilə məşğul olmasaq, əziyyət çəkəcəyik – Prezident
2-03-2024, 11:27
Prezident: “Neft lənətinə” düçar olmamağı bacardıq
2-03-2024, 11:22
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
2-03-2024, 09:51
Vətəndaşların NƏZƏRİNƏ: “Qarabağda iş” adı altında saxta elan səhifələri peyda oldu - VİDEO
2-03-2024, 09:46
Azərbaycanda bağlanan özəl universitetlər: Qalmaqallar, qətl və cinayət işləri...
2-03-2024, 09:19
"Mirzoyan-Bayramov görüşü yeni dövrün başlanğıcıdır"