Müsavatçı gənc hansı səbəbdən həbs edilib?
Siyaset
Oxunub: 1 306
28 yan 2016 | 19:37
Elvin Paşayev narkotik maddələrin satışında ittiham olunur; həbslə bağlı apellyasiya şikayəti veriləcək; ailəsi onunla görüşə bilmir


Vəkil Nemət Kərimli: “Dərsə gedən müəllimin üstündən narkotik çıxar?”

Müsavat Gənclər Təşkilatının və partiyanın Qubadlı təşkilatının üzvü Elvin Paşayev yanvarın 23-də həbs edilib. O, narkotik maddələrin satışında ittiham edilib və barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Sumqayıt Dövlət Universitetinin məzunu olan, “Hədəf” hazırlıq kursunda müəllim işləyən müsavatçı gəncin hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı ehtimal olunur. Onun barəsində məlumat almaq mümkün olmur. Ancaq E.Paşayevin həbsinə səbəb kimi, onun sosial şəbəkələrdə yazdığı statuslar göstərilir.
Müsavatçı gənc hansı səbəbdən həbs edilib?
Vəkil Nemət Kərimli musavat.com-a açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxslə hələ də görüşə bilmədiyini bildirib: “Elvin yanvarın 23-də saxlanılıb. Ona qarşı ittihamda göstərilir ki, guya dərsdən çıxarkən Sumqayıt ərazisində həbs edilib. Üstündən 65 qram tiryək tapılıb. Bu, tamamilə absurd ittihamdır. O, şənbə günü dərsə gedərkən saxlanılıb. Bu ittihama kimsə inana bilməz. Çünki dərsə gedərkən saxlanılıb. Dərsə gedən müəllimin üstündən narkotik çıxar? O, həbs edildiyi gün valideynləri “102 xidməti”nə və digər aidiyyatı orqanlara məlumat veriblər. Qanunda göstərilir ki, həbs edilən şəxsə öz yaxınları ilə əlaqə saxlamaq üçün şərait yaradılmalıdır. Onun barəsində yanvarın 25-də Nərimanov Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Qərarda onun nə üçün həbs edilməsi belə, əsaslandırılmayıb. Yanvarın 26-da Elvinin valideynləri müstəntiq olan Hacı adlı şəxslə görüşüblər. O, deyib ki, oğlunuz narkotik maddənin aludəçisi olub. Qərardan apellyasiya şikayəti hazırlamışıq. Məhkəməyə təqdim edəcəyik. Elvin həbs edildikdən sonra ona işgəncələrin verilib-verilməməsi ilə bağlı heç bir məlumatımız yoxdur. Çünki onunla hələ görüşməmişəm. Həftənin birinci günü görüşməyə cəhd edəcəm. Ondan sonra geniş məlumat verəcəm. Elvin özünü təqsirli bilmir”.

Müsavat Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Əbülfəz Sadıqbəyli E.Paşayevin həbsindən əvvəl izlənildiyini bildirdi: “Elvinin valideynləri bizə yanvarın 23-də məlumat verdilər ki, o, evdən çıxıb və barəsində heç bir məlumat yoxdur. Onun iş yerindən də evlərinə zəng ediblər ki, Elvin işə gəlməyib. Bundan sonra ailəsi aidiyyatı orqanlara müraciət edib. İki gün ərzində onun haqqında məlumat almaq mümkün olmayıb. Yanvarın 27-nə qədər “Bandotel”də saxlanılırdı. Ondan sonra məlumatımız yoxdur. Təcridxanaya köçürülə də bilər. Elvin ailəsi ilə əlaqə saxlaya bilməyib. Onun həbsinin səbəbləri məlum deyil. Amma son günlər Sumqayıt Dövlət Universitetindəki korrupsiya halları ilə bağlı yazılar yazırdı. Ehtimal olunur ki, ona görə həbs edilib”.

Musavat.com
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi