Bakı Xankəndiyə Ağdamdan daxil olur: Legitim savaş səbəbləri aktivləşir
Siyaset
Oxunub: 50
19 sen 2023 | 10:32
Bakı Xankəndiyə Ağdamdan daxil olur: Legitim savaş səbəbləri aktivləşir


Ermənistanın Azərbaycan ərazisində separatizmi və terrorizmi dəstəkləməkdən dərhal imtina etməlidir, Qarabağdakı erməni azlığının inteqrasiya prosesinə əngəl törətməkdən əl çəkməlidir... Əks halda, Ermənistan Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etdiyinə və öz hərbi qüvvələrini hələ də çıxartmadığına görə rəsmi Bakının elan edəcəyi müharibəyə də hazır olmalıdır...

Ermənistanın və erməni diasporunun beynəlxalq propoqanda "arqumentləri" növbəti dəfə iflasa uğradı. Bu, artıq Azərbaycanın Qarabağ regionu üzərində öz suveren hüquqlarını bərpa etməsi prosesində yeni mərhələnin başlanması anlamına gəlir. Və indi bu prosesin əngəlləməsi əvvəlki kimi asan olmayacaq.

Məsələ ondadır ki, Azərbaycan bütün dünyaya, o cümlədən də Ermənistana öz geopolitik iradəsini qəbul etdirməyə nail oldu. Belə ki, rəsmi Bakı "Laçın dəhlizi" termininin istifadə müddətinin son çatdığını sübuta yetirdi. Laçın postunun qurulmasından sonra bu marşrut Azərbaycanın tam nəzarəti altında olan yola çevrildi. Və reallığı artıq dəyişmək qeyri-mümkündür.

Rəsmi Bakı Laçın-Xankəndi marşrutuna alternativ olaraq, məhz Ağdam-Xankəndi yolunu gündəmə gətirmişdi. Azərbaycan öz prinsipial və beynəlxalq hüquqa istinad edən mövqeyi ilə bu layihəni də bütün dünyaya qəbul etdirməyə nail oldu. Düzdür, Ermənistan və ermənipərəst dairələr rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə bağlı layihəsinə müqavimət göstərməyə çalışdı. Bunun üçün beynəlxalq məkanda bütün siyasi manipulyasiya imkanlarından istifadə etməyə cəhd göstərdilər.

Ancaq yekun nəticə dəyişmədi. Daha doğrusu, bu məsələ Azərbaycanın müəyyən etdiyi şərtlər çərçivəsində həllini tapdı. Rəsmi Bakının şərtləri isə həm sadə, həm də beynəlxalq hüquq normalarına uyğun idi. Yəni, Ağdam-Xankəndi yolu Qarabağdakı erməni azlığının ərzaq və tibbi ləvazimatlarla təchizatı üçün əsas marşrut rolunu oynayacaq. Buna paralel olaraq, Laçın-Xankəndi yolu da fəaliyyət göstərəcək. Ancaq bu marşrutdan birmənalı şəkildə Azərbaycan qanunvericiliyinə bağlı sərhəd rejimi və gömrük prosedurlarına riayət olunmaqla, istifadə etmək mümkün olacaq.

Göründüyü kimi, rəsmi Bakının mövqeyi və qərarları konkretdir. Azərbaycan ərazisində "boz zona"nın bundan sonra da qalması artıq qeyri-mümkün xarakter daşıyır. Rəsmi Bakı bu mövqeyini açıq mətnlə dəfələrlə bəyan edib və geri çəkilmək niyyətində deyil. Və bu baxımdan, Azərbaycanın həm minimum, həm də maksimum hədəflərinin reallaşması indi artıq qaçılmaz xarakter daşıyır.

Maraqlıdır ki, Ermənistan da, onun beynəlxalq himayədarları da bu reallıqla artıq barışmış kimi görünürlər. Hər halda, Ağdam-Xankəndi yolunun rəsmən fəaliyyətə başlaması da bunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, Beynəlxalq Qırmızı Xac Komitəsinin yükləri artıq Ağdam-Xankəndi yolundan keçməyə başlayıb. Və bu, önəmli bir prosesin həlledici mərhələsinə keçidin baş tutması anlamı daşıyır.

Məsələ ondadır ki, bundan sonra Ermənistan və Qarabağdakı erməni separatçı-terrorçular daha "aclıq", "blokada" və "genosid" kimi uydurma iddialar ilə hay-küy sala bilməyəcəklər. İndi Ermənistan tamamilə kənara çəkilməlidir. Erməni diasporu müqavimətin yersiz və əhəmiyyətsiz olması ilə barışmalıdır. Erməni separatçı-terrorçular isə tərksilah olaraq, təslim olmaq barədə düşünməlidirlər. Əks halda, bu cinayətkarların tərksilah olunması üçün daha radikal mexanizmlərin hərəkətə gətiriləcəyi qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, Azərbaycanın Qarabağ regionundakı erməni azlığının təmsilçiləri də fərdi qaydada seçim etməli olacaqlar. Yəni, Azərbaycan ərazisində yaşamaq istəyən hər kəsin ölkəmizin müvafiq qurumlarına vətəndaşlıq üçün müraciət etməsinə ehtiyac yaranacaq. Bunu etmək istəməyənlər ya könüllü şəkildə Azərbaycan ərazisini tərk etməli olacaqlar, ya da onlar beynəlxalq hüquq normalarına uyğun olaraq, deportasiya ediləcəklər. Və bununla da, Azərbaycan həm Qarabağ regionu üzərində öz suveren hüquqlarını bərpa etmiş olacaq, həm də ermənilərin "boz zona"da qanunlara əhəmiyyət vermədən yaşama dövrü sona çatacaq.

Beləliklə, Ağdam-Xankəndi yolunun açılması ilə Qarabağdakı erməni azlığının Azərbaycanın siyasi-hüquqi sisteminə inteqrasiya prosesi rəsmən start götürmüş oldu. Bu prosesin maksimum davam edə biləcəyi müddəti də elə indidən təxmin etmək mümkündür. Belə ki, 2025-ci ildə üçtərəfli anlaşmalar formal qüvvəsini də rəsmən itirmiş olacaq. Rəsmi Bakı icazə vermədiyi təqdirdə, rus sülhməramlılar Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalacaqlar. Və bu, o deməkdir ki, Qarabağda yaşamaq istəyən hər bir erməni 2025-ci ilə qədər Azərbaycan vətəndaşlığını qəbul etməyə borcludur.

Eyni zamanda, yaxın vaxtlarda Ermənistan öz büdcəsindən Azərbaycanın Qarabağ regionundakı erməni azlığına maliyyə vəsaiti ayırmalarını dayandırdığını rəsmən bəyan etməli olacaq. Çünki hər hansı qonşu ölkənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa maliyyə vəsaiti yönləndirməsi beynəlxalq hüquq normalarına ziddir. Və rəsmi Bakı buna kəskin etirazını böyük ehtimalla qabarıq şəkildə biruzə verəcək.

Nəhayət, Ermənistanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda hərbi kontingent saxlaması da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Yəni, rəsmi İrəvan istəsə də, istəməsə də, Ermənistan ordusunun tör-töküntülərini Azərbaycan ərazisindən çıxartmağa məcbur olacaq. Çünki bu, Azərbaycanın Ermənistana rəsmən müharibə elan etməsi üçün legitim səbəbdir. Və bu legitim səbəb aradan qaldırılmazsa, savaş qaçılmaz ola bilər.

Göründüyü kimi, Ermənistanın Azərbaycan ərazisində erməni separatizmini və terrorizmini dəstəkləmək imkanları məhdudlaşır. İndi rəsmi İrəvan ya bu davranışlarından dərhal imtina etməlidir. Bununla da Qarabağda yaşayan erməni azlığının Azərbaycan cəmiyyətinə inteqrasiyasına əngəl törətməkdən əl çəkməlidir. Ya da Ermənistan Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etdiyinə, erməni separatizmini və terrorizmini dəstəklədiyinə görə, rəsmi Bakının elan edəcəyi müharibəyə hazır olmalıdır. Və bu, o deməkdir ki, daha heç nə əvvəlki kimi ola bilməz.(musavat.com)
Bu gün, 13:39
Xocalıda erməni sakinlərlə növbəti görüş başlayıb
Bu gün, 13:14
Hərbçilərimiz minaya düşdü: 2 nəfər şəhid oldu
Bu gün, 13:08
Ərdoğan Naxçıvana yola düşüb
Bu gün, 12:40
Oliqarx icra başçısı ölkə idarəçiliyini lağa qoydu: Adil Vəliyevin şok ifadəsi
Bu gün, 12:08
Bakı master-klass keçdi, Vaşinqton və Moskva onunla mübahisə istəmir – ABŞ nəşrindən SENSASİYA
Bu gün, 12:06
Ruben Vardanyan qadın qiyafəsində Qarabağdan qaçmağa çalışıb
Bu gün, 10:22
Komaya düşən Qənirə Paşayeva ilə bağlı müsbət irəliləyiş var
Bu gün, 10:17
Xocavənddə dörd polis, iki mülki şəxsə qarşı terror törədənlər saxlanılıb
Bu gün, 10:13
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
Bu gün, 10:06
Rusiya hər ay 20 min nəfəri orduya çağırır - Yusov
Bu gün, 10:02
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu həbs edilib - VİDEO
Bu gün, 10:00
Qlobal iqtisadiyyatın dedollarizasiyası ABŞ-ın dominantlığına son qoyacaq
Bu gün, 09:56
“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
Bu gün, 09:51
Baş həkimdən komaya düşən Qənirə Paşayeva ilə bağlı açıqlama - VİDEO
Bu gün, 09:21
Rusiya niyə geri çəkildi, Qarabağda əslində nə baş verdi?
Bu gün, 09:16
Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib - VİDEO
Bu gün, 09:15
Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb
Bu gün, 09:10
Paşinyan rus bazasını Gümrüdən çıxarmaq istəyir - Zatulin
Bu gün, 09:05
İrəvanda aksiyalar başlayıb, küçələr bağlanıb - VİDEO
Bu gün, 09:00
Paşinyan devrilməzsə, erməni dövləti yoxa çıxacaq: Kreml Ermənistanın demontaj olunacağını elan etdi
23-09-2023, 23:39
Samir Adıgözəlli QHT Agentliyinin rəhbərini siyasi savadsızlıqda ittiham etdi - VİDEO
23-09-2023, 22:50
Mənəvi yöndən “baştacı” edilən savaş igidləri maddi yöndən “ayaqaltı” edildilər
23-09-2023, 21:18
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki nazirliyi ÜZ-ÜZƏ QOYUB... - İTTİHAM VAR!
23-09-2023, 20:41
18 filialı olan “ Həyat üçün Şans” Reabilitasiya Mərkəzi 5 ildir lisenziyası olmadan necə fəaliyyət göstərir..?
23-09-2023, 19:49
Gəncəlilərin dərdi dərmansızdır? - Güya təmir edirlər amma özlərindən sonra.... VİDEO
23-09-2023, 18:20
"Naxçıvan Toxumçuluq Mərkəzi"-nin 40 nəfər işsiz qalan fəhlələrinin təzminatı ödənilmir
23-09-2023, 17:45
"Smart Electronics Azerbaijan"-ın telefon fırıldağı - Qacaq mal telefonlar satırlar..