Fransa Güney Qafqazı YENİDƏN QARIŞDIRIR... - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 154
26 avq 2023 | 12:00
Fransa Güney Qafqazı YENİDƏN QARIŞDIRIR... - NƏ BAŞ VERİR?


Fransa BMT Təhlükəsizlik Şurasına Qarabağla bağlı qətnamə təqdim etməyə hazırlaşır. Bunu “Le Figaro” nəşri yazıb. Makron da “Le Point” nəşrinə müsahibəsində “Laçın dəhlizinin” açılması üçün təzyiqi davam etdirəcəklərini bildirib.
Makronun açıqlaması və Fransa mediasının yaydığı məlumat rəsmi Parisin BMT TŞ-yə qətnamə təqdim etmək istəyi ehtimalını gücləndirir. Bu ehtimalı gücləndirən məqamlardan biri də BMT TŞ-nin son iclasından sonra Ermənistan və separatçıların açıqlamalarıdır:
- Paşinyan sülh müqaviləsi ilə bağlı Azərbaycana yeni təkliflər göndərdiklərini bildirdi və “humanitar fəlakət” iddialarını davam etdirdi: İrəvanın təkliflərinin Qarabağdakı separatizmin davam etməsinə şərait yaradacaq amillərin olduğu aydındır;
- Erməni mənbələr separatçıların Ağdam marşrutunun açılmasına razı olduğu, bununla bağlı danışmaq istədiklərini yazırdı, lakin qondarma rejimin nümayəndələri Bakıya qarşı ultimatum xarakterli şərtlər irəli sürür: Laçın yolu açıldığı təqdirdə Ağdam marşrutunu müzakirə etmək haqda düşünə bilərlər;
İrəvana və separatçılara ümid verənin Fransa olduğu istisna deyil. O da istisna deyil ki, BMT TŞ-dəki müzakirələrdən sonra Makron administrasiyası ermənilərə “narahat olmamaları” və qətnamə hazırladıqlarına dair məlumat göndərib, Makronun “Laçın dəhlizinin açılması üçün təzyiq edilməlidir” sözləri də mesajın açıq şəkildə çatdırılmasına hesablanıb. Fransa Azərbaycan ərazisində separatizmi açıq şəkildə dəstəklədiyini gizlətmir.
Hərçənd, Fransanın mümkün qətnaməsinin qəbul ediləcəyi sual altındadır. Daha öncə də yazmışdıq: BMT TŞ-də hansısa qərarın – qətnamə, bəyanat, hətta mətbuata birgə açıqlama belə iki yolla qəbul edilə bilər, ya konsensus, ya da səs çoxluğu ilə - ən azı 9 səs lazımdır və 5 daimi üzvdən heç biri veto qoymamalıdır;
Bu kontekstdə Fransanın təqdim edə biləcəyi qətnamənin qəbulu çətin görünür.
Birinisi, TŞ-nin 15 üzvü arasında Azərbaycanı dəstəkləyənlər var: son iclasda əksər ölkə neytral mövqe sərgilədi, o cümlədən, Bakının mövqeyi açıq şəkildə müdafiə edildi;
İkincisi, TŞ-nin daimi üzvü Rusiyanın bölgədəki maraqlarına görə veto hüququndan istifadə edəcəyi bəllidir;
Makronun açıqlaması və Fransanın qətnamə cəhdi isə həm Bakıya təzyiq, həm də ermənilərə “əlimizdən gələni edirik” mesajının çatdırılması xarakteri daşıyır, çünki rəsmi Parisin separatçıları xilas edə bilməsə belə, İrəvanda Moskvanı əvəzləmək niyyətindədir.

Asif Nərimanlı
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU