Paşinyan sülh sazişini İMZALAYACAQMI... - NƏHAYƏTDƏ...
Siyaset
Oxunub: 296
28 iy 2023 | 16:00
Paşinyan sülh sazişini İMZALAYACAQMI... - NƏHAYƏTDƏ...


Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı iddiasını yenidən davam etdirib. Paşinyan mətbuat konfransında Qarabağın erməni əhalisinin "hüquq və təhlükəsizliyi" ilə bağlı "beynəlxalq mexanizmin” qurulması və bu çərçivədə Xankəndi-Bakı dialoqunun aparılması fikrini irəli sürüb: “Bizim fikrimiz belədir: Ermənistan “Qarabağ xalqının” taleyini həll edə bilməz. “Qarabağ nümayəndələrinin özləri danışıqların, dialoqun tərəfdarı olmalıdır. Biz bu gündəmi təbliğ edirik”. Göründüyü kimi, Paşinyan separatçıların "tərəf" olmaq istəyini açıq şəkildə bildirib və sülh sazişini imzalamayacağına işarə vurub. Bəzi ekspertlərə görə, erməni baş nazirin bu açıqlaması yeni müharibəyə çağırışdır.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a deyib ki, Ermənistan müxalifəti Nikol Paşinyanı əsasən onda ittiham edir ki, baş nazir Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. Partiya rəhbəri vurğulayıb ki, revanşistlərin iddiasına görə, Paşinyan bu tipli açıqlamalarla Qarabağdakı erməniləri taleyin ümidinə buraxıb:

"Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ABŞ, Rusiya və Fransa prezidentlərinə göndərdiyi açıq məktubda Qarabağda baş verənlərlə bağlı N.Paşinyanı ittiham edir. Ermənilərin "acınacaqlı" durumda olmasını əsas gətirərək tezliklə prosesə müdaxilə olunmasını istəyir. Ümumən götürəndə, Paşinyanın Azərbaycanla sülh anlaşmasında maraqlı olduğu hiss olunur. Qərb tərəfindən dəstəklənən baş nazir üzərinə götürdüyü öhdəlikləri gec-tez yerinə yetirməlidir. Bölgədə vəziyyətin stabilləşməsi, kommunikasiyaların açılması ancaq sülh müqaviləsinin imzalanması ilə mümkündür. Əlbəttə, burada ən önəmli faktor Rusiyadır. Moskvanın İrəvana təzyiqi çox güclüdür. Kreml Cənubi Qafqazda sabitliyin yaranmasını açıq şəkildə istəmir. Rusiyanın Ermənistandakı uzantıları, Paşinyanın müxalifləri də hər hansı formada baş nazirə mane olmağa çalışırlar. Qarabağdakı separatçılara bilavasitə Rusiyadan dəstək verilməsi də bununla bağlıdır. Belə fonda Paşinyanın Qarabağ ermənilərinin "təhlükəsizliyindən" danışması çox güman ki, daxili auditoriya və İrəvan hökumətini tənqid edənlər üçün nəzərdə tutulub".
A.Əlizadə diqqətə çatdırıb ki, Qarabağda yaşayan ermənilərə hansısa "status" tələb etmək, məsələni beynəlxalq müstəviyə daşımaq cəhdləri, "beynəlxalq mexanizm" istəyi mənasızdır: "Rəsmi Bakıya "Xankəndi ilə dialoq qurmalısınız" diktəsi yolverilməzdir. Azərbaycan ərazisində yaşayan, yaşamaq istəyən ermənilər vətəndaşlığımızı qəbul etməlidir. Əks halda ölkəmizdən çıxmalıdırlar, başqa variant yoxdur. Şübhəsiz, bu məsələlərdə erməni xislətini də nəzərə almalıyıq. Unutmamışıq ki, müharibədən əvvəlki dövrdə N.Paşinyan müəyyən məqsədlərlə "Qarabağ Ermənistandır" ifadəsini təkrarlayırdı. Ola bilsin, indi də Ermənistanda kiməsə xoş gəlmək üçün, öz nüfuzunu qaldırmaq üçün "Qarabağ erməniləri" məsələsini gündəmdə saxlayır, "qırmızı xətt" olduğunu deyir".
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib