Bütün hoqqabazlıqlar yeni Minsk Qrupunun başındadır... - Görünəni odur ki...
Siyaset
Oxunub: 247
27 iy 2023 | 16:00
Bütün hoqqabazlıqlar yeni Minsk Qrupunun başındadır... - Görünəni odur ki...


ATƏT-in Minsk Qrupu faktiki olaraq yoxdur. İkinci Qarabağ müharibəsindən sonra bu bədnam missiya da tarixin arxivinə göndərilib. Müharibə bitəndən az sonra Minsk Qrupu özünü dövriyyəyə soxmaq istədi, ancaq Azərbaycan qətiyyətlə yox dedi, imkan vermədi və tam haqlı olaraq bunu etdi. Xeyli vaxt idi ki, bu qrupun adı tutulmurdu.

Azərbaycan-Ermənistan danışıqlarının indiki kövrək mərhələsində, sülhdən, delimitasiyadan danışıldığı vaxtda Minsk Qrupunun fəaliyyətinin bərpası cəhdləri sezilməkdədir. Qərb, o cümlədən ABŞ tərəfindən Minsk Qrupunun fəaliyyətinin bərpası üçün çalışmalara start verilib. Məqsəd sirr deyil, danışıqları ləngitmək, prosesi pozmaqdır. Politoloqlar hesab edir ki, bu, Qərbin siyasi riyakarlığının təzahürüdür. Onlar özləri də bilir ki, Minsk Qrupu keçmişdə qaldı, Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək. Məkrli plan olduğu bir məqamla da sübut olunur: Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks-mövqe bildirsə də, onu düşmən saysa da, yalnız Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür. Minsk Qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir. Ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verilməyəcək. 30 illik işğal dövründə onlar özlərinin simasını ortaya qoyublar. 44 günlük müharibədən sonra yeni reallıqlar yarandı. Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur. İndiki mərhələdə Minsk Qrupuna qətiyyən ehtiyac yoxdur. Bəs Qərb dairələri onu niyə dirçəltmək istəyir? Bunun arxasında hansı məkrli planlar dayana bilər?

Deputat Azər Badamov Minsk Qrupunun tarixə qovuşduğunu bildirdi: “Minsk Qrupu öz missiyasını yerinə yetirməyən və ermənilərin maraqlarını müdafiə edən riyakarlar qrupu olduğunu sübut edib. Qurum 28 il BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdirmək əvəzinə münaqişəni dondurmağa çalışıb. Azərbaycan 44 günlük Vətən müharibəsində BMT qətnamələrini öz gücü ilə bərpa edərək Minsk Qrupunu tarixin arxivinə göndərib. Bu gün Minsk Qrupunda iştirak edən dövlətlər arasında münaqişə yaşanır və Rusiya ilə bir təşkilatda mövcud ola bilməyəcəklərini bildiriblər.

Son vaxtlar Qarabağda yaşayan ermənilərlə münasibətdə Qərblə Rusiyanın yenidən həmrəylik göstərəcəyi və Minsk Qrupunun fəaliyyətini bərpa etdirəcəkləri ilə bağlı məlumatlar yazılır. Minsk Qrupu işsiz dayanmaq istəmirsə, Rusiya-Ukrayna münaqişəsini tənzimləsin və ya Mayot adalarının və katalonların problemləri ilə məşğul olsun. Azərbaycana Minsk Qrupunun fəaliyyəti lazım deyil və istəyimiz olmadan heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz. Bir sözlə, Minsk Qrupu pensiyaya çıxıb və öz təqaüdləri ilə yaşamaqda davam etsinlər. Azərbaycan daxili işlərini heç kimlə müzakirə etmir və daxili məsələlərini ölkə qanunlarına uyğun idarə edir. Qarabağda yaşayan ermənilər isə boş xəyallar arxasınca getmək əvəzinə Azərbaycan qanunlarına uyğun vətəndaşlığı qəbul edib yaşamağa hazır olduqlarını bildirsələr, normal həyata qovuşa bilərlər. Əks halda, antiterror əməliyyatı keçirməklə Qarabağın ermənilər yaşadığı ərazilərində dövlət quruluşu bərpa etməyə məcbur olacağıq".

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, hazırda regionda Qərblə Rusiya arasında ciddi rəqabət gedir: “Ermənistanın Avropadakı havadarları Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmaması üçün bütün variantları işə salıblar. İrəvan Rusiyanı bölgədən sıxışdırmaq, Avropadakı tərəfdaşlarını regiona gətirmək və ümumilikdə Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq üçün Qərbdəki müttəfiqlərinin bütün təşəbbüslərini böyük məmnuniyyətlə qəbul etməkdədir. Avropa İttifaqının mülki missiyasının sərhədə yerləşməsinə razılıq verən İrəvan indi də ATƏT-in Minsk Qrupunu dirçəltməklə məşğuldur. Həm Qərb, həm Rusiya, Azərbaycan-Ermənistan məsələsinə sadəcə, özünün nəzarətində olan problem kimi baxır. 2020-ci ilin sentyabr ayına, yəni 44 günlük Vətən müharibəsinin başlanmasına kimi münaqişə birbaşa Rusiyanın təsir dairəsində olub. Ancaq İkinci Qarabağ müharibəsi və Azərbaycanın qələbəsi vəziyyəti dəyişdi. İlk növbədə regiona Türkiyə gəldi. Müəyyən zaman sonra Qərb dairələri, ABŞ və Avropa İttifaqı dövriyyəyə girdi. Təbii ki, Qərbin fəallığı Rusiyanın qısqanclığına səbəb oldu. ATƏT-in Minsk Qrupunun məsələsinə gəldikdə isə, Azərbaycan torpaqları işğal altında olarkən bu beynəlxalq təşkilatla məsələnin həllində daha səmərəli fəaliyyət göstərməsi yönündə dəfələrlə müraciətlər etmişdi. Bu yöndə rəsmi Bakının çoxsaylı müraciətlərinin hamısı qulaqardına vurulmuşdu. Həmsədrlərin işi-gücü işğal olunmuş torpaqlarımızda çaxır içib, kabab yemək idi. Müharibədən sonra Prezident İlham Əliyev həmsədrləri qəbul edəndə onlara əhəmiyyətsiz olduqlarını və həmsədrliklərinin bitdiyini bildirdi. Ermənilərin anladığı yeganə dil yenə dəmir yumruğumuz olacaq. Ermənistan normal danışıqlardan, masa arxasında aparılan müzakirələrdən qaçır. Sülhə yaxınlaşmayan Ermənistan öz günahları və səhvləri ucbatından yarana biləcək təhlükəni neytrallaşdırmaq düşüncəsi ilə beynəlxalq missiyanı yenidən bölgəyə gətirməyə çalışır, amma əbəs yerədir. Çünki Bakı üçün həm status, həm də Minsk Qrupu anlayışı artıq 2020-ci ilin 9 noyabrında bitib”. //musavat.com//
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR