Rusiya maskasını çıxardı, Azərbaycanın üstünə gəlir – bizi nə gözləyir?
Siyaset
Oxunub: 255
17 iy 2023 | 11:15
Rusiya maskasını çıxardı, Azərbaycanın üstünə gəlir – bizi nə gözləyir?


Proseslər Rusiyanın istədiyi kimi getmədikcə daha da aqressivləşir. Ukrayna cəbhəsində məğlub duruma düşüb. Labirintdən çıxa bilmir. Bu azmış kimi, Cənubi Qafqazda da oyundankənar vəziyyətlə üzləşmək qorxusu yaşayır. Moskva siyasət müstəvisində, diplomatiya masasında mövqe itirdisə, Qarabağda gərginliyi artırmaqla bunu kompensasiya etməyə çalışır.

Vaşinqtonda, Brüsseldə, Kişinyovda keçirilən görüşlər ərəfəsində Qarabağda bir təxribat baş verir. Rusiya Ermənistanda təsir rıçaqlarını işə salıb, var gücü ilə sülhə mane olmaq istəyir.

Rusiya maskasını çıxardı, Azərbaycanın üstünə gəlir – bizi nə gözləyir?


Arxiv foto: 10 Noyabr sazişinin imzalanması mərasimi

2020-ci ilin noyabrında müharibə bitər-bitməz Rusiya təşəbbüsü ələ aldı. 10 Noyabr üçlü bəyanatının imzalanması, 1960 nəfərlik hərbi kontingentin Qarabağa yerləşdirilməsi Rusiyanı üstün mövqeyə çıxarmışdı. 2021-ci ilin yanvar ayında Moskvada Putinin moderatorluğunda İlham Əliyevlə Nikol Paşinyanın görüşü oldu. Lakin zaman keçdikcə Qərb Qarabağ məsələsində, əsasən də sülh danışıqlarında Rusiyanı üstələdi. Brüssel masası buna ən gözəl misaldır. Sonradan Vaşinqtonda da görüşlər baş tutdu. Ermənistan-Azərbaycan danışıqlarında əsas mərkəz Brüssel olsa da, nəzarət paketi Vaşinqtonun əlindədir. Amerika amili dövrün gerçəyidir. Bundan qaçış yoxdur.

Rusiya prosesdən belə nəticə çıxarır ki, baş verənlər onun regionda nüfuzuna, təsir imkanlarına ölümcül zərbə vurur. O üzdən Qərbin sülh təşəbbüslərini əngəlləməyə çalışır. Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də Qarabağdakı vəziyyətlə bağlı yaydığı bəyanat bu düşüncənin ortaya çıxardığı nəticədir. Beləliklə, növbəti mərhələyə qədəm qoyuruq. Ruslar maskalarını çıxarıb, əsl simalarını ortaya qoyub, üstümüzə gəlməyə başlayıblar.

Cavabımız necə olacaq? Azərbaycan XİN Rusiyanın bəyanatına tutarlı cavab verib. Bu hələ başlanğıcdır. Diplomatik atışmaların sərhəddə eskalasiyanın artması ilə nəticələnəcəyi istisna edilmir.

Azərbaycan Rusiya ilə münasibətlərə hər zaman həssas yanaşıb. Ortamı yumşaq tutmağa çalışıb. Savaşa yox, barışa və əməkdaşlığa üstünlük verib. Vladimir Putin hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlər xeyli normallaşdı. Putin son 200 ildə yeganə Rusiya rəhbəridir ki, onun iqtidarı dövründə Azərbaycan torpaq itirmədi. Əksinə, Mixail Qorbaçovun və Boris Yeltsinin dövründə işğal edilən əraziləri məhz Putinin dövründə azad edə bildik. Fəqət, Putin də olsa, Rusiyanın Azərbaycanla bağlı dözümünün limiti var. Putin, yəqin, düşünür ki, bu qədər proses aparıb, yekun onun iştirakı və moderatorluğu ilə olmalıdır. Bu avantajı Qərbə qapdırmaq istəmir. Amma və lakin, Rusiya prezidentinin təklif etdiyi sülh formatı o qədər ədalətli, etibarlı deyil.

Brüssel görüşündə ciddi məsələlər müzakirə edilib. Şarl Mişelin açıqlamasından da göründüyü kimi, ortada ciddi razılaşmalar, anlaşmalar mövcuddur. Məsələn, səhv etmiriksə, ilk dəfə olaraq Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaları ilə bağlı mövzu müzakirəyə çıxarılıb. Naxçıvanı Azərbaycanla birləşdirən koridor danışıqların əsas mövzusu olub. Qarabağa humanitar yüklərin Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi də müzakirə edilib. Bu məsələlərin açıqlanmasından sonra Rusiya XİN-in bəyanatının yayılması təsadüf deyil. Brüssel görüşünə Rusiyanın cavabıdır.

İndi iki ölkə arasında yaranan gərginlik fonunda bir sual ağıllara hakim kəsilir: Azərbaycan Rusiyanın bu aqressiyasını hansı resursla dəf edəcək?

Rusiya bir gerçəyi unudur: 44 günlük müharibədən sonra Azərbaycan çox güclənib. Fərqli ölkə olub. Kimsənin qabağından qaçmır. İran buna nümunədir. Tehran bizi işğalla, raket hücumu ilə hədələdi, səfirliyimizə terror hücumu təşkil etdirdi. Deputatımızı güllələtdi və s. İndi barışmaq üçün Prezident İlham Əliyevə yaltaqlanır.

Azərbaycan və Türkiyə yeni geopolitik konfiqurasiya qurur. Əliyev və Ərdoğan bu regionda ciddi layihələr həyata keçirirlər. Türk dünyasının inteqrasiyası iki liderin sayəsində reallaşır. Turan deyilən ülkü gerçək olur. Paraleldə Qərblə tam və geniş yaxınlaşma gedir. Vaşinqtonda, Brüsseldə aparılan sülh danışıqları və Türkiyənin İsveçə qoyduğu NATO vetosunu aradan qaldırması Qərb-NATO ikilisinin Azərbaycan-Türkiyə tandemi ilə geniş mənada anlaşması deməkdir. Lakin bu əsla Rusiya ilə aradakı yazılı və şifahi müqavilələrə xəyanət deyil. Əksinə, Rusiya öz imzasına, verdiyi sözlərə əməl etmir. Məsələn, 10 Noyabr sazişinin 4-cü bəndində açıqca göstərilib ki, Xankəndidə və digər ərazilərdə yerləşmiş qanunsuz erməni silahlıları çıxarılsın. Bu, Ermənistanın öhdəliyidir. Amma icrasını Rusiya tənzimləməlidir. Götürdüyü öhdəliyə, çəkdiyi imzaya hörmət etməyən dövlətə kim hörmətlə davranar?! Yeri gəlmişkən, Prezident Ərdoğanın NATO-nun Vilnüs sammitində Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağdan çıxacaqları haqda bəyanatı da Putinə bir xatırlatma, “imzana sahib çıx” mesajı idi.

Rusiya maskasını çıxardı, Azərbaycanın üstünə gəlir – bizi nə gözləyir?


Arxiv foto: Şuşa Bəyannaməsinin imzalanması mərasimi. 15.06.2021-ci il

Rusiya Şuşa Bəyannaməsini hər halda yaddan çıxmayıb. Onu da unutmayıb ki, Türkiyə tam mənası ilə Qarabağdadır, Azərbaycandadır. Bir yanlış yaparsa, qarşısında həm də Türkiyəni görər. Fikrimizcə, Putin ikinci cəbhə açacaq qədər ağılsız siyasətçi deyil.

Hər şeyə rəğmən, Azərbaycan dayanıqlı sülh üçün Rusiya ilə münasibətlərə həssas yanaşır. Əlaqələrin tam pozulmasına şərait yaratmır. Açığı, bunu rəsmi Moskva da istəmir. Rusiya anlamalıdır ki, o, Azərbaycanla bərabərhüquqlu qonşuluq münasibətindən o tərəfə keçə bilməz. Bura Rusiyanın əyaləti, subyekti deyil.

Gələcəkdə qaysaqlayan yaraları qopara biləcək dırnaq yenə də Rusiyada olacaq. Moskvanın əlini həm də o dırnaqla qərtməyi qoparmaması üçün tutub sıxmalıyıq…
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq