"Azərbaycan dəyənəyi əlindən yerə qoymamalıdır" - İran ritorikanı dəyişib
Siyaset
Oxunub: 326
7 iy 2023 | 14:22
"Azərbaycan dəyənəyi əlindən yerə qoymamalıdır" - İran ritorikanı dəyişib


Azərbaycana səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iki ölkə arasında münasibətlərin yumşaldılması yönündə müəyyən mesajlar verib.

Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasına dair müzakirələrdir. Tərəflər bu məsələdə ortaq mövqeyə gələ bilsə, Azərbaycanla İran arasında gərginlik yaradan əsas problemlərdən biri aradan qalxmış olar.

Abdullahian Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi və Şərqi Zəngəzur İqtisadi rayonu ilə Naxçıvan MR arasında kommunikasiya əlaqələrinin qurulması məsələsini müzakirə edib. Qeyd edilib ki, tezliklə iki ölkənin müvafiq nümayəndə heyətlərinin görüşü baş tutacaq.

Bundan başqa, Hüseyn Əmir Abdullahian Qoşulmama Hərkatına daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib ki, İran Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh yolu ilə həllinə, eləcə də kommunikasiyların açılmasına tərəfdardır.

Lakin İranın XİN rəhbəri bu fikrinin ardınca, əlavə şərt səsləndirib. O bildirib ki, İran regionda sərhədlərin dəyişdirilməsinə qarşıdır. Bununla da İran tərəfi ali rəhbər Ayətullah Seyid Əli Xameneyinin “Zəngəzur dəhlizi İranın “qırmızı xətti”dir” tezisinə yenidən qayıdıb. Bu da xarici işlər nazirinin öz açıqlamasında səmimiliyinə şübhə yaradır.

Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirib ki, İranın səmimiyyətinə inanmaq olmaz. Rəsmi Tehran daha çox Şərqi Zəngəzur İqtisadi rayonu Naxçıvan MR arasında əlaqənin İran vasitəsilə təmin olunamasında maraqlıdır: “Çünki bu vəziyyət Azərbaycanı İrandan asılı edər. İran etimad göstəriləcək bir dövlət deyil. İranın Azərbaycanla normal münasibətlər məcrasını hara qədər davam etdirəcəyi böyük bir sualdır. Ona görə ki, İran regiondakı poseslərə dağıdıcı təsir edən mənfi güc mərkəzi kimi tanınıb. İrana türk dövlətlərinə qarşı həmişə balanslaşdırıcı güc kimi baxılıb və bu yanaşma indi də davam edir.

Abdullahian sərhədlərin açılmasına müsbət baxdığını ona görə deyir ki, regionda kommunikasiyaların açılması İranın iradəsindən asılı məsələ deyil.

Ermənistan Rusiya ilə razılaşdığı təqdirdə İran istəsə də, istəməsə də, nəqliyyat-kommunikasiya marşrutları açılacaq. Sadəcə olaraq, İran bu prosesin Ermənistanın suverenliyi çərçivəsində həyata keçirilməsini istəyir. Çünki İran Ermənistanla sərhədinin quru dəhlizi vasitəsilə bağlanmasından və ya bu marşrutun türk dövlətlərinin nəzarətinə keçməsindən ehtiyat edir. Yəni bu məsələdə Ermənistanın dediklərini İran da təkrar edir. Əslində, İran Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında əlaqənin öz ərazisindən keçməklə təmin olunmasının tərəfdarıdır. Belə olduğu təqdirdə, qazanan tərəf İran ola bilər.

Ticarət yüklərinin daşınması İrana tranzit gəlirləri üçün çox sərfəlidir". O bildirib ki, hazırda Azərbaycanın İran kimi böyük qonşu ilə düşmən olması da doğru deyil:

"Ancaq bütün hallarda Azərbaycan tədbirini əldən verməli deyil. Çünki İran yalnız güc dilini anlayır. Azərbaycan İrana etimad göstərmək üçün Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu təşkil edənlər aşkara çıxarılmalı, həqiqi cəzasını almalıdır. Yoxsa Azərbaycan vətəndaşını qətlə yetirən bir nəfər terroçunun məhkəmə qarşısına çıxarılması bizi qane edə bilməz. Səfirliyə hücum sifarişini verən güc orqanları, SEPAH kimi terror təşkilatı var. İran bunun cavabını verə biləcəkmi? İran rəsmiləri Azərbaycan diplomatını qətlə yetirən şəxsi dəli adlandırırdı. İndi həmin şəxs ağıllandımı ki, onun əməlinə hüquqi qiymət vermək istəyirlər? İran etimad göstəriləcək ölkə deyil. Ona görə də Azərbaycan “dəyənəyi” əlindən yerə qoymamalıdır”.

Natiq Miri hesab edir ki, Abdullahian Naxçıvanla Şərqi Zəngəzur İqtisadi rayonu arasında nəqliyyat əlaqəsinin açılmasından danışarkən əslində Zəngəzurdan keçəcək dəmir yoluna deyil, hərəkətin İran ərazisindən keçməklə reallaşmasının vacibliyinə işarə vurur:

“İran-Azərbaycan münasibətləri gərgin müstəviyə keçməzdən öncə iki ölkə arasında Araz çayının üzərindən keçməklə iki körpününü tikintisi və bu yoldan dəhliz statusunda istifadə etməklə Naxçıvanla əlaqələrin və daşımaların həyata keçirlməsinə dair müqavilə imzalanıb. Sonradan İranın vəziyyəti gərginləşdirməsi bu razılaşmanın baş tutmasına mane oldu. İranın Şimal-Cənub nəqliyyat dəhlizinə ehtiyacı var. Burada da əsas tranzit ölkə Azərbaycandır. Yəni İran Azərbaycana möhtacdır. Onlar yaxşı bilirlər ki, İranın iradəsindən asılı olmayaraq, Zəngəzur dəhlizi işə düşə bilər. Ona görə də münasibətləri normal məcraya daşımaqla kommunikasiyaların İran ərazisindən keçməsinə nail olmaq istəyirlər. Lakin İran kimi terrorçu dövlət Azərbaycana qarşı hər zaman təxribat törədə bilər. Bu baxımdan, Azərbaycana hər zaman alternativ kommunikasiyalar lazımdır”.
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”