Dünyanı yoran boş hay-küy: Separatçıların ssenarisi işə yaramır - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 256
20 in 2023 | 19:49
Dünyanı yoran boş hay-küy: Separatçıların ssenarisi işə yaramır - İNCƏLƏMƏ...


Azərbaycanın Qarabağ iqtisadi zonasında qeyri-qanuni məskunlaşan erməni separatçıların yenidən təşvişə düşüb.

Belə ki, separatçılar “qənaət rejiminə” keçdiklərini açıqlayıblar. Separatçı qurumun qondarma “dövlət naziri” Qurgen Nersisyan artıq oradakı mağazalarda yeni rejimin tətbiq edildiyini elan edib. Bu isə alıcıların bir çox məhsulu almaq imkanından məhrum olduğu deməkdir.

Həmçinin, avtomobillərin də yanacaqla təmin edilməsi prosesi dayandırılacaq və ya minimuma endiriləcək. Eyni zamanda, separatçılar tərəfindən guya Azərbaycanın yeni hərbi əməliyyata hazırlaşdığına dair iddialar da irəli sürülüb.

Görünən odur ki, separatçılar bu addımları ilə Qarabağda “humanitar böhran” olduğunu beynəlxalq aləmə göstərmək və orada yaşayan əhalini qorxuda saxlamaq məqsədi güdürlər.

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, bu, ermənilərin “köhnə ssenarisi”dir:

“Erməni toplumu hər zaman “humanitar faciə”, “etnik təmizləmə” kimi absurd siyasətdən istehsal sənayesi kimi milyardlar qazanıb. Bu gün də eyni ssenari yenidən tətbiq olunur. Əlbəttə ki, indiki vəziyyətdə guya “humanitar fəlakət”in yaşandığını yenidən beynəlxalq ictimai rəydə formalaşdırmaq və Laçındakı sərhəd-keçid məntəqəsinin açılmasını təmin etmək istəyirlər. Amma bunun heç bir faydası yoxdur.

Hətta hərbi cəhətdən qiyam qaldırmaq belə separatçıların məhvi demək olardı. Ona görə də ən azından siyasi ajiotaj yaratmaqla Azərbaycana beynəlxalq təzyiq mexanizmi formalaşdırmaq istəyirlər. Əslində bu yöndə ermənilərə dəstək verən ölkələr də var. Belə əminlik olduğu üçün ermənilər hələ bir müddət də siyasi fəlakət ssenarisindən istifadəni davam etdirəcəklər”.

Ekspert vurğulayıb ki, Laçındakı sərhəd-keçid məntəqəsinin bağlanmasına səbəb də məhz Ermənistandır:

“Azərbaycan əsgərini öz ərazisində Ermənistan hərbçiləri tərəfindən atəşə tutulur. Əlbəttə ki, bu hadisə də adekvat reaksiyaya səbəb olmalı idi və Azərbaycan da birmənalı olaraq bu sərhəd-keçid məntəqəsini bağladı. Hazırda heç bir nəqliyyat vasitəsi oradan keçə bilmir. Azərbaycanın konkret tələbləri var və bunlar bütün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Bu hərbi təxribatı Ermənistanın törətdiyinə dair təkzibolunmaz faktlar var.

Cinayət də varsa, mütləq mənada cəza olmalıdır. Məhz cəzasızlıq mühiti indiyə qədər bu münaqişənin həll olunmasına gətirib çıxarmırdı. Bundan sonra isə bu cür hadisələri qətiyyən gözardı etmək olmaz. Əksinə, hər bir hadisənin üstünə getmək, konkret tələblər qoymaq və bunun nəticəsinə nail olmaq lazımdır”.

Politoloq əlavə edib ki, Azərbaycan hələlik antiterror əməliyyatı keçirmək istəmir:

“Ən azından “suyun durulması” və bu prosesdə maraqlı olan qlobal güclərin məsələyə birmənalı münasibətini gözləyir. Mənə elə gəlir ki, bundan da çox şey asılı olacaq. Ermənilərin belə səs-küy salması isə beynəlxalq ictimaiyyət üçün artıq yorucu bir məsələyə çevrilib. Hətta bu gün onların səs-küyünə o qədər də inanan yoxdur.

Doğrudur, ermənilər hələ də yalan institutlarından ölkəmizə qarşı istifadə etməyə çalışırlar. Ancaq Azərbaycan dik durduqca, qardaş Türkiyə ilə birgə koordinasiya olunmuş siyasət yürütdükcə ölkəmizə qarşı təzyiqlərin heç bir ciddi nəticəsi olmayacaq. Getdikcə bu düşüncə beynəlxalq fikirdə oturduqca, artıq Ermənistanın güzəştə getməkdən başqa yolu qalmayacaq”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib