“Azərişıq” ASC-də açıq tenderlər niyə gizli şəkildə keçirilir? – III yazı
Siyaset
Oxunub: 226
12 in 2023 | 07:24
“Azərişıq” ASC-də açıq tenderlər niyə gizli şəkildə keçirilir? – III yazı

Aktualinfo.org ötən həftə “Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirilməsini planlaşdırdığı açıq tenderdən əsassız olaraq kənarlaşdırılmaları ilə bağlı Respublikanın Baş prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış şikayət məktubunun bir hissəsini oxuculara açıqlamış, araşdırmalardan sonra mövzuya yenidən qayıdacağını bildirmişdi.

Qeyd edək ki, MMC-nin müraciətindən sonra apardığımız ətraflı araşdırmada “Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən tender prosedurlarının təşkili zamanı çox ciddi qanun pozuntularına yol verildiyi məlum oldu. Belə ki, qanunvericiliyə görə satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır; Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.

“Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalında 30.09.2021-ci il tarixdə 2022-ci ildə satın alınacaq malların (işlərin və xidmətlərin ) adı, həcmi, miqdarı və ölçüsü ilə bərabər satınalma üsulu da açıqlanıb. “Azərişıq” ASC 2022-ci ildə satınalma planlarına dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox 2910 Açıq Tender daxil edərək keçirilməsini planlaşdırıb. Lakin apardığımız araşdırma zamanı dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC tərəfindən 2022-ci ildə cəmi 24 açıq tender üzrə bağlanılmış müqavilələr barədə məlumatlara rast gəldik. Bəs qalan tenderlər necə olub? Keçirilibsə nəticəsi niyə açıqlanmayıb? Keçirilməyibsə, baş tutmayıbsa, ləğv olunubsa səbəbləri açıqlanmada nə üçün bildiriş verilməyib?

Göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası satınalma planlarına daxil etdiyi Açıq Tenderlərin böyük əksəriyyətini qanunla müəyyən edilmiş qaydada təşkil etməmiş, tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə də tender prosedurunun nəticələri barədə qanunda nəzərdə tutulmuş qaydada ictimaiyyətə heç bir açıqlama verməmişdir. Elə “Azərişıq” ASC tərəfindən elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması məqsədi ilə keçirilmiş açıq tendrdə olduğu kimi. Xatırladaq ki, ilkin mərhələdə bu tenderin qalibi “Vedi construction” olsa da ASC-nin Tender Komissiyası müxtəlif bəhanələr uyduraraq sözügedən MMC-ni tenderdən kənarlaşdırmışdır. Bir daha xatırlatmaq istərdik ki, sözügedən açıq tenderdə zərflərin açılması üzrə 09.03.2023-ci il tarxli iclas protokolunda göstərilir. Müsabiqədə toplam 4 iddiaçı iştirak etmişdir. İddiaçıların təqdim etdiyi qiymətlər aşağıdakılardır.

“AS TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 208 698.04 AZN

“AZELEKTRO SERVICE CO” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 264 759.01 AZN,

“FUGA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 299 757.32 AZN,

“VEDİ CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti: 1 681 278.70 AZN,

Tender komissiyası tenderin әsas şәrtlәr toplusunda göstәrilmiş tәkliflәrin qüvvәdә olma müddәtinin bitmәsinә 10 bank günü qalanadәk qiymәtlәndirmәni bitirәrәk qәrar qәbul etsin.

Göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası “Vedi construction” MMC-nin təklif etdiyi ən aşağı qiyməti sərfəli hesab etməyərək daha baha qiymətlər təklif edən şirkətlərdən birini seçib. Hansı ki, zərflər paketinin açılmasından 3 ay keçməsinə baxmayaraq nə tenderin qalibi, nə də ayrılmış məbləğ barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yerləşdirilməyib.

Xatırladaq ki, ötən yazıda bunların hamısının 2020-ci ilin yanvar ayından Vüqar Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmasından sonra baş verdiyini yazmışdıq.Bizə verilən ən son məlumatlara görə, bu işlərin başında sədrin tələbə yoldaşı olmuş Kamil Hüseynovla bərabər daha bir neçə nəfərin də durduğu söylənilir. Onlardan biri “Azərişıq” ASC-də mühüm vəzifə tutan, Tender Komissiyasının sədri Uğur Babayevdir ki, açıq mənbələrdə barəsində məlumat yoxdu. Amma söylənilənlərə görə sədrin ən yaxın adamlarından biri olduğuna görə məhz onu Tender Komissiyasının sədri seçdirib, yəni təyin edib. Digəri isə “Azərişıq” ASC-nin layihələrin idarə olunması və maddi texniki təchizat İdarəsinin rəisi İdrak Ələkbərov. Bu o, İdrak Ələkbərovdu ki, hələ 2009-cu ildə keçmiş İqtisadi inkişaf nazirliyinin Antiinhisar Xidməti Departamentinin üç məmurunun Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzlərinin sahiblərindən rüşvət almaq üstündə həbs edilənlər arasında olub. Sonradan məhkəmənin qərarı ilə şərti cəza alıb və bir müddət işsiz qaldıqdan sonra Vüqar Əhmədovun vasitəçiliyi ilə “Azərişıq” ASC-də ən mühüm vəzifələrin başına gətirilib. Bu dostların keçmişdə gördüyü işlər barədə elektron mediada kifayət qədər geniş məlumat var. Bu dostlar son illər “Azərişıq” ASC-nin keçirdiyi tenderlərdə özlərinə yaxın olan şirkətləri qalib çıxarır və bu yolla külli miqdarda dövlət vəsaitlərini təyinatından kənarlaşdırırlar.

Ötən yazılarda qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, 2021-2022-ci illərdə “Azərişıq” ASC bölgələrdə və işğaldan azad olunmuş rayonlarda Paylayıcı Elektrik Şəbəkələrin yenidən qurulması işlərəinə milyonlarla manat dövlət vəsaiti ayırmışdır. Bu barədə 2022-ci ilin satınalma planlarına daxil edilmiş tenderlərdə açıq göstərir. Bu məqsədlə qurumun keçirdiyi milyonlarla manat dəyəri olan tenderlərdə qaliblər ancaq “Mix Pro”, “İtsoil”, “İtes Company”, “Enerji Construction”, “İnterqas”, “ŞansConstruction”, “Smart Energy Services” kimi MMC-lər olmuşdur. Hansı ki, bu şirkətlərin özünün maddi texniki bazası və iş təcrübəsi sual altındadır. Yəni bu MMC-lərin əksəriyyəti iş görməkdən daha çox ayrılan dövlət vəsaitlərinin təyinatından kənara çıxarılması işlərini həyata keçirmələri barədə kifayət qədər geniş məlumatlar var.

Göründüyü kimi “Vedi construction” MMC-nin iddiaçı olduğu tendrdə “Azərişıq” ASC-nin Tender Komissiyasının yol verdiyi ciddi qanun pozuntularını araşdırdıqda, digər tenderlərdə daha da çoxlu qanun pozuntularına yol verildiyi üzə çıxdı. Əgər bir tenderin keçirilməsində bu qədər qanunsuzluqlara yol verilirsə, onda ASC-nin illik satınalma planlarına daxil etdiyi, müxtəlif mal materialların və xidmətlərin satın alınması ilə bağlı təşkil etdiyi yüzlərlə tender prosedurlarında görün nə qədər qanun pozuntularına yol verilir. Araşdırdıqda o da məlum olur ki, “Azərişıq” ASC-də dövlət vəsaitlərindən səmərəli, qənaətlə istifadə etmək əvəzinə, talan edilməsinə üstünlük verilir. Həm də tenderlərin adı açıq olmasına baxmayaraq, gizlin şəkildə keçirilməsinə daha çox üstünlük verilir.



Aktualinfo.org
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil