Qarabağda sülhə doğru: HƏLƏ ÇOXMU VAR? - Qərb istəyir, amma...
Siyaset
Oxunub: 276
26 may 2023 | 17:25
Qarabağda sülhə doğru: HƏLƏ ÇOXMU VAR? - Qərb istəyir, amma...


Mayın 24-də Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi müzakirə olunub. Nazir Ceyhun Bayramov eyni zamanda kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəsinin mövqeyini bir daha diqqətə çatdırıb. Lui Bono ABŞ-nin sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bono ilə nazirin görüşü mayın 25-də Moskvada Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli formatda keçirilən görüşü ərəfəsinə təsadüf edib. Xatırladaq ki, mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub. ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ və Qərb diplomatlarının Cənubi Qafqaz respublikalarına səfərləri, XİN rəhbərləri ilə görüşləri regionda daimi sülh prosesinin tənzimlənməsinə xidmət edən amillərdən biridir. Partiya təmsilçisi qeyd edib ki, ümumiyyətlə, Qərb ölkələri, ABŞ və Avropa Birliyi Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olmasından sonra kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin güclənməsi, bölgədəki problemlərin həllində həqiqətən maraqlıdırlar:

"Çünki Azərbaycan elə bir regionda yerləşir ki, bu həm Qərb, həm də Şərq üçün körpü rolunu ifadə edir. Ona görə Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması və sabitliyin olması xüsusi əhəmiyyət daşıyır. İranın və Rusiyanın bölgədə destruktiv hərəkətləri imkan vermir ki, tam sülh olsun. Həm də hər iki ölkə Qərbin sanksiyaları altındadır. Yəni regionda ən əlverişli və etibarlı tərəfdaş Azərbaycandır. İrəvan hökuməti də Qərbdən müəyyən çağırışlar almaqdadır. Son günlər Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bötövlüyünü tanıması ilə açıqlamaları buna xidmət edir. Paşinyan da dərk edir ki, sülh müqaviləsi imzalanmadığı müddətcə Ermənistanın iqtisadiyyatı çökür, ölkə böhrana sürüklənir. O baxımdan Paşinyan da əslində Azərbaycanla sülh müqaviləsinin bağlanmasında, əməkdaşlığın qurulmasında maraqlı olduğunu gizlətmir. Həmçinin Rusiyanın vasitəçiliyinin bu məsələyə töhfə vermədəyini anlayır. Qərbin aktivliyini, İrəvanın mövqe dəyişikliyini görən Moskva revanşist qüvvələrin, Qarabağdakı separatçıların iştirakı ilə prosesin inkişafına mane olmağa çalışır. Ancaq bunu bacarmır, çünki Qərb daha istəkli və qərarlıdır. ABŞ diplomatlarının bölgəyə gəlişi, rəsmilərlə görüşləri önəmlidir. Əgər İrəvan hökuməti də qətiyyətli addım atarsa, Amerikanın fəallığı işə yarayar və sülh müqaviləsi imzalanar".
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil