Paşinyan sülh yolunda nə qədər səmimidir? - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 289
26 may 2023 | 19:19
Paşinyan sülh yolunda nə qədər səmimidir? - İNCƏLƏMƏ...


Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Ermənistan daxilində qarışıqlığa səbəb olub. Eyni zamanda qondarma respublikanın "rəhbəri" Araik Arutunyan Azərbaycanı danışıqlara çağırıb. Əslində olmayan bir respublikanın oyuncaq rəhbərinin bu davranışını son çırpıntılar adlandırmaq olar. Bəzi politoloqların fikrincə, bu halda Ermənistanla imzalanmış sülh müqaviləsi müvəqqəti olacaq. Bəzi politoloqlar hesab edir ki, sülh müqaviləsi nə qədər tez imzalanarsa, bu hər iki ölkə üçün faydalı olacaq…
“Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra Ermənistanının kapitulyasiyaya uğraması, Azərbaycanın qalib gəlməsindən sonra Nikol Paşinyan iqtidarının bu və ya digər formada səmimi və yaxud qeyri-səmimi sülh istiqamətində istənilən addımı Ermənistanın müxalifəti, keçmiş cinayətkar ünsürlər və revanşist qüvvələr tərəfindən daş-qalaq edilir. Mintiqlər, toplantılar və eyni zamanda etirazların şahidi oluruq. Təbii ki, bu da həmin o qüvvələrin hakimiyyət uğrunda mübarizə aparmasının bariz nümunəsidir. Əslində məğlub olan tərəf, təkcə Ermənistanın hazırkı iqtidari Nikol Paşinyan deyil, eyni zamanda onun sələfləri, əvvəlki Ermənistanın darmadağın olmuş ordusunu quranlar və digər bütün hakimiyyətdə olmuş şəxslərdir”.

DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb. O, qeyd edib ki, Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı fikirlər səsləndirməsi hələ heç də bu istiqamətdə real addımların atılması demək deyil. Ancaq təkcə bu fikirlərin səsləndirməsi belə bu şəkildə etiraz bildirən buna qarşı çıxan qüvvələr təbii ki, gələcəkdə sülh istiqamətində real atdımların atılacağı təqdirdə daha fərqli mövqe nümayiş etdirəcəklər. Bu da onların hakimiyyət uğrunda mübarizə üçün Nikol Paşinyana qarşı hücuma səfərbəyliyə keçməsinə gətirib çıxaracaq.

“Təbii bu onların daxili işi ola bilər. Amma hər bir halda bizi əsas maraqlandıran, Ermənistanın “10 noyabr” 2020-ci il tarixli bəyanat da daxil olmaqla, ondan sonra imzalanmış daha 3 bəyanatın və Bürüssel görüşləri çərçivəsində əldə edilmiş razılaşmalar və digər təmaslar zamanı Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə riayət etməsi ilə bağlıdır. Təbii ki, əgər Ermənistan həmin o öhdəliklərə riayət edəcəksə, o halda sözsüz sazişin imzalanması üçün heç bir əngəl qalmayacaq. Bu da təbii ki, Azərbaycan -Ermənistan münasibətlərinin normallaşdırılmasına gətirib çıxaracaq. Bu bəyanatların səsləndirməsi və bu bəyanatların səsləndirməsindən sonra Ermənistanın daxilində etirazların baş alması təbii ki, bir tərəfdən Nikol Paşinyan hakimyətinin özünə də sərf edir.

Nikol Paşinyan həm Ermənistan cəmiyyətinə həm də beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, o sülh sazişini imzalamaq istəyir, bu istiqamətdə təşəbbüslər göstərir. Amma Ermənistan müxalifəti revanşist hisslərlə yaşayır. Bu prosesə maneçilik törədir”-deyən X. Bəşirov qeyd edir ki, Nikol Paşinyan əslində istəsə sülh sazişini imzalamaq istiqamətində real addımlar ata bilər. Necə ki, o, öz hakimiyyəti uğrunda mübarizə apararaq, istənilən şəxsi Ermənistanın daxilində zərərləşdirməyi bacarır. Bu halda da, sülh sazişi istiqamətində də bu prosesə maneçilik törətmək istəyən, buna qarşı çıxan qüvvələri də, özünə müxalif olan qüvvələr kimi zərərləşdirə bilər. Təbii ki, gələcəkdə sülh sazişinin imzalanması bütün Ermənistan cəmiyyətinin sosial rifahına, həyat şəraitinə Ermənistan iqtisadiyatına, Ermənistan dövlətinin bütün istiqamətlərdə inkaşafına müsbət təsir göstərəcək. Bu sülh sazişi ilə əslində Nikol Paşinyan isbat edəcək ki, o sülh sazişini öz istəkləri üçün deyil, ümumilikdə Ermənistan cəmiyyətinin və Ermənistan dövlətinin maraqları istiqamətində imzalayıb.

“Təbii ki, Nikol Paşinyan bunu istəmir və yaxud bütün varlığı ilə istəmir. Ya da ki, Ermənistanın hazırki baş naziri öz hakimiyyətini, öz kürsüsünü daha üstün tutur və bunun ömrünün uzanmasını daha çox istəyir. Məhz ona görədir ki, Ermənistanın hazırki baş naziri bu prosesi uzatmaqda maraqlı görünür”-deyən politoloq bildirib ki, sülh sazişinin imzalanması təkcə Azərbaycanın maraqlarına xidmət etməyəcək, eyni zamanda Ermənistanın da maraqlarına xidmət edəcək.
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!