Vardanyan və dəstəsi Qarabağda təxribata əl ata bilər - Diqqət 24-25 maya...
Siyaset
Oxunub: 243
24 may 2023 | 14:22
Vardanyan və dəstəsi Qarabağda təxribata əl ata bilər - Diqqət 24-25 maya...


Rusiyanın layihəsi olan, lakin Qarabağda uğur qazana bilməyən Ruben Vardanyan yenidən sahələrə dönməyə çalışır. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Arayik Harutyunyandan birtəhər “dövlət naziri” postunu qoparan, amma sonradan bu postdan qovulan erməni milyarder Xankəndidə təşəbbüsü əl almaq üçün cəhdlər edir.

Qeyd edək ki, aprelin sonlarında “yol xəritəsi” hazırlayan Vardanyan onu mayın 9-da Xankəndidə keçirilən mitinqdə separatçıların rəhbərlərinə təqim etmişdi. 77 bənddən ibarət olan bu “yol xəritəsi”ndə bir sıra məqamlara yer ayrılıb. Onlardan ən birincisi isə Qarabağ ərazisində yaşayan ermənilər arasında hərbi səfərbərliyin elan edilməsi və Azərbaycana zərurət olarsa, silahlı müqavimətin göstərilməsidir.

JAMAZ.İNFO xəbər verir ki, Vardanyan bu layihəsini həyata keçirmək üçün Harutyunyandan icazə almayacağını də deyib. O bildirib ki, əgər Qarabağdakı separatçılar bu təklifləri qəbul etməsələr, onlar özləri bunu reallaşdıracaqlar. Yəni, Ruben başının dəstəsi ilə “proqramı”nı həyata keçiriəcək.

Bildirək ki, ötən gün Qarabağdan canlı yayım edən erməni miyarder Ermənistanın baş nazirini tənqid etmişdi. O bildirmişdi ki, Nikol Paşinyan ciddi səhvə yol verir və bunun qarşısı alınmalıdır. Bu gün isə məlum olub ki, Vardanyan mayın 24-25-də Xankəndidə 77 bəndlik “yol xəritəsi”ni ictimaiyyətə açıqlayacaq. “Hraparak” qəzetinin yaydığı xəbərdə isə vurğulanır ki, artıq bununla bağlı Qarabağdakı separatçıların bir qismi ilə danışıqlar başlayıb.

Həmin danışıqlarda qərarlaşdırlan məsələ odur ki, separatçılar Ermənistan hakimiyyətinə müraciət qəbul edəcəklər. Onlar İrəvandan tələb edəcəklər ki, ya Qarabağdakı separatçı rejimi dəstəkləsin, ya da kənara çəkilsinlər və onların adından qərar verməyi dayandırsınlar.

Ardından isə Vardanyan və tərəfdarları “yol xəritəsi”nin icrası tələbi ilə Arayik Harutyunyandan səlahiyyət tələb edəcəklər. Və bunun üçün uzun zaman gözləmək fikirlərinin olmadığı da qeyd olunur. Bildirilir ki, ən geci mayın 25-nə kimi Arayikə vaxt qoyulacaq. Cavabından asılı olmayaraq, addımlar atılmasına start veriləcək.

Xatırladaq ki, Ruben Vardanyan Qarabağda “Qarabağın Təhlükəsizliyi və İnkişafı Cəbhəsi” adlı təşkilat da yaradıb. Hazırda isə o, Xankəndidə bütün qüvvələri başına yığmaq üçün bütün cəhdlər edir.

Bütün bunların fonunda Azərbaycan tərəfi, xüsusən bölgədəkəi hərbi birliklərimiz olduqca diqqətli olmalıdırlar. Ona görə ki, Vardanyanın təkliflərindən biri Azərbaycan Ordusuna qarşı silahlı müqavimət göstərməkdən ibarətdir. Və bu, rus kuklasının təxribata əl atacağını deməyə əsas verir.

Onu da qeyd edək ki, hal hazırda Qarabağda rusların himayəsində olan 10 mindən artıq qanunsuz silahlı dəstə var. Davamlı olaraq Ermənistandan onlar üçün silahlar daşınır. Bunu Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə təsdiqləyib, hətta videofaktlar da təqdim edib.

Görünür, Rusiya Qarabağda uzun müddət qalmaq, münaqişənin davam etdiyi görüntüsü yaratmaq, habelə bölgədə davamlı təxribatlara əl atmaq üçün yeni planını işə salmağa çalışır. Həmin planı isə Vardanyana həvalə edib. Lakin Kreml də yaxşı bilir ki, əgər Qarabağda hər hansı silahlı müqavimət müşahidə olunarsa, oradakı qanunsuz silahlı dəstələrin aqibəti olduqca ağır olacaq. Hətta müqavimət göstərmək imkanları belə olmayacaq.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi