"Paşinyan indi anlamağa başlayıb ki, bu arzu mümkünsüzdür" - FAKT BUDUR!
Siyaset
Oxunub: 215
22 may 2023 | 16:00
"Paşinyan indi anlamağa başlayıb ki, bu arzu mümkünsüzdür" - FAKT BUDUR!


Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilib. Sergey Lavrov Ceyhun Bayramov görüşündə ikitərəfli münasibətlər, beynəlxalq və regional gündəmin məsələlərini müzakirə ediblər. Lavrov bildirib ki, "Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əldə etdiyi bütün razılaşmaların həyata keçirilməsi əzmindəyik".
Bu da ondan xəbər verir ki, Rusiya Cənubi Qafqazda itirdiyi nüfuzunu Qarabağ çərçivəsində Azərbaycan-Ermənistan münasibətləri üzərindən yenidən geri qaytarmaq istəyir.. İstəyir, amma mümkünmü?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Cənubi Qafqaz ölkələri ilə "mübarizə" aparmağa davam edir. Çünki son illərdə Rusiya regionda mövqelərini itirib.

Politoloqun fikrincə, İkinci Qarabağ müharibəsi, Ukranyada müharibə Rusiyanın nüfuzuna xələl gətirdi. Rusiyanın mövqelərinin itirilməsi ilə nəticələndi. Yəni daha əvvəlki kimi nə Cənubi Qafqaz nə Ukrayna Rusiyanın arxa baxçası deyil. İndi ruslar sadəcə qalan mövqelər uğrunda mübarizə aparırlar. Ruslar istəyir ki, Qarabağ məsələsi ilə bağlı razılaşmalar, müzakirələr, 8 noyabrda Rusiyanın iştirakı ilə imza atılan qərarlar üzərində davam etsin, hər hansı bir xarici ölkə bu məsələyə qarışmasın.

“Paşinyanın Moskvaya səfər edəndən sonra “Ukraynada Rusiya məğlubiyyəti Ermənistanın sonu deməkdir. Ermənistanın başına nələr gələcəyini təsəvvür etməyə belə qorxuram” deməsi sübut edir ki, Paşinyan da artıq Rusiya reysində getməyə razı olub. Əvvəl də Paşinyan Rusiya reysində idi. Amma o, bir neçə yerdə eyni zamanda oturmağa çalışırdı. İndi anlamağa başlayıb ki, bu arzu mümkünsüzdür. Bu səbəbdən də, Azərbaycanla münasibətlərdə, Qarabağ məsələsində, Zəngəzur məsələsində və Azərbaycanla mübahisəli digər ərazi məsələlərində Rusiyaya güvənməyi tərcih edir. Çünkü regionda ona dəstək ola biləcək yeganə hərbi gücün Rusiya olduğunu görür”-deyən politoloq qeyd edib ki, burada hərbi güc deyildikdə sülhməramlıları nəzərdə tutulur. Yəni burada Ermənistanın güvəndiyi digər ölkələrin hərbi gücü yoxdur.

Avropa Ermənistanla sərhədə müşahidəçi kontingenti gətirsə də, onlar da sərhəd boyunca son atışmalardan sonra ümumiyyətlə sərhədə yaxın gəlməkdən imtina etdilər. Paşinyan isə, bu məsələdə Rusiyanı öz tərəfinə razı salmağa müvəffəq olur.

“Paşinyan bu gün bir söz deyir, sabah başqa bir söz deyir. Yəni güvəniləsi siyasətçi deyil. Ona görə biz Paşinyanın dediklərini yox, siyasi reallıqlara söykənərək, hərəkət etməyə davam etməliyik. Bu il ərzində bu məsələni həll etməyi bacarmalıyıq. Rusiyanı geri çəkilməyə müvəffəq olub, qalan ərazilərimizi nəzarətə götürməyi bacarmalıyıq. Rusiya bunun əksini istəyir. Rusiya vəziyyətin dondurulmuş vəziyyətdə qalmasını istəyir. Bu isə, Azərbaycanın maraqlarına cavab vermir”,- deyə Əhəd Məmmədli əlavə edib. O, qeyd edib ki, Rusiya Ermənistana yenidən nəfəs almağa imkan verəcək. Bölgədəki terrorçuların, separatçıların daha çox silahlanmasına və güclənməsinə imkanlar yaradacaq. Bu isə, öz növbəsində yeni status-kvonun yaranmasına səbəb olacaq. Növbəti status-kvonun 30 il davam etməsi isə, Azərbaycanın maraqlarına cavab vermir .
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi