Çəkilib kənarda dayanıb, vəziyyətlə maraqlanmır..." - Deputatdan nazirə sərt ittihamlar
“Prezident deyir, süni qiymət artımınının qarşısını alın, süni qiymət artıranları cəzalandırın, İqtisadiyyat və Sənaye Nazirliyi isə nəyinsə müqabilində və ya səhlənkarlıqdan heç bir tədbir görmürlər”
Azerinfo.az xəbər verir ki, bunu aznews.az-a Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, manatın məzənnəsinin düşməsindən istifadə edən bəzi işbazlar qanunsuz əməllərə əl atır, bununla əhaliyə daha çox ziyan dəyir.
Deputat bildirib ki, bu sahəyə nəzarət etməli olan aidiyyəti qurumların səriştəsizliyi ucbatından vəziyyət getdikcə daha da pisləşir: “İqtisadiyyat və Sənaye Nazirliyi bu işlə ciddi məşğul olmalıdır. Bu barədə dövlət başçısının xüsusi göstərişi var. Amma çox təəssüflər olsun ki, nazirliyin hansısa addımı gözə dəymir. İqtisadiyyat və Sənaye Nazirliyi faktiki olaraq çəkilib kənarda dayanıb, yaranmış vəziyyətlə maraqlanmır. Qiymətlər qalxır, kim necə gəldi qiymət təyin edir. Ərzaqları, geyimləri istənilən qiymətə satırlar, istədikləri vaxtda mağazalardan yığışdırırlar, istədikləri vaxtı da vitrinlərə qaytarırlar. İqtisadiyyat və Sənaye Nazirliyinin bu sahəyə nəzarət etməli olan xüsusi departamenti var. Bəs görəsən bu departament nə ilə məşğuldur?”.
V.Əhmədov qeyd edib ki, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına göz yumur, hətta bəzi hallarda bu qanunsuz əməllərə şərait yaradır: “21 fevral devalvasiyasından sonra qiymətlərdə bir müddət artım olmadı. Amma bu dəfə devalvasiyanın səhəri hər şeyin qiymətini qaldırdılar. Nazirlik isə buna göz yumur. Obyektiv qiymətləri başa düşürəm. Amma subyektiv qiymətlər niyə olmalıdır? Nazirliyin rayon şöbələri hara baxır? Əgər indiki halda onlar işləmirlərsə, süni qiymət artımın qarşısını almırlarsa, onda həmin departament nəyə lazımdır? Prezident deyir, süni qiymət artımınının qarçısını alın, süni qiymət artıranları cəzalandırın, bunlar isə nəyinsə müqabilində və ya səhlənkarlıqdan heç bir tədbir görmürlər. Bu, yoluna qoyulmalıdır. Biz bu məsələlərlə əlaqədar İqtisadi Siyasət Komitəsi olaraq təkliflər vermişik. Hazırda hansı qərarların veriləcəyini gözləyirik”.
V.Əhmədov növbəti devalvasiyayla bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Manatın arxasında neft dayanır. Mərkəzi Bankın etdiyi dəyişikliklər onu deməyə əsas verir ki, yanvar ayının axırına kimi ciddi devalvasiyaya olmayacaq. Hardasa dollar 1.65 manat arasında formalaşacaq. Mərkəzi Bank 4 faiz səviyyəsində banklara icazə verdi. Və bununla da Mərkəzi Bank valyuta dəyişmə məntəqələrini ləğv etmək fikrindədir. Mərkəzi Bankın bir məqsədi var-bütün valyutalar yalnız banklarda dəyişdirilsin və "qara bazar" yığışdırılsın. Bütün bu addımlar cəmiyyətdəki ajiotajı aradan qaldırmağa köklənir”.
V.Əhmədov buna baxmayaraq, yumşaq devalvasiyanın getdiyini də gizlətməyib: “Proses gedir. Əvvəl 1,55, indi isə 1,56 manat arasında dayanlb. Yavaş-yavaş artım gedir. Amma buna səbəb həm də valyuta dəyişmə məntəqələridir. Onlar istədiyini edirlər. Heç bir normal dövlətlərdə belə valyutadəyişmə məntəqələri yoxdur. Bunlar hamısı bankların tərkibindədir. Banklar da buna görə məsuliyyət daşıyır. Mərkəzi Bank da pul-kredit siyasətinə cavabdeh bir orqandır. O, valyutadəyişmə məntəqələrinə “koridor” verib. Bundan kənarda nə edirlərsə, bu artıq cinayətdir”.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi