İrəvan sülhə, Xankəndi savaşa hazırlaşır - Siyasi biclik və səmimi giclik…
Siyaset
Oxunub: 144
4 may 2023 | 18:50
İrəvan sülhə, Xankəndi savaşa hazırlaşır - Siyasi biclik və səmimi giclik…


Nikol Paşinyan: “Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsinin mətni Vaşinqtondadır və hazırda son dəyişikliklər edilir. Ola bilsin ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammitində sülh müqaviləsi imzalansın”.

KONKRET.az xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton səfəri və aparılan müzakirələrdən sonra Nikol Paşinyanın bəyanatları savaş qorxulu yox, sülh qoxuludur.

Ermənistan baş nazirinin 3 may tarixindəki ən önəmli 3 bəyanatından birini yuxarıda qeyd etmişik. O ki qaldı digərlərinə:

– Ermənistan Respublikası bəyan etməlidir ki, onun ərazi iddiası yoxdur və heç vaxt da olmayacaq.

– Bu, bizə dövlətə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda dörd tərəf hər şeyi edəcək ki, biz dövlət kimi var olmayaq.

Ermənistan rəhbərinin çıxışlarına şərh verməzdən öncə Prezident İlham Əliyevin çox önəmli bir xatırlatmasını qeyd edək:

“Biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik”.

İndi ərazi iddialarına son qoymaq barədə çərənləyən Paşinyan II Qarabağ müharibəsindən əvvəl “Qarabağ Ermənistandır və nöqtə” bağırırdı. Sadəcə 44 günlük savaş nəticəsində İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida”sı erməni liderin nöqtəsini sildi. Həmin nöqtə heç suala da çevrilmədi, çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bu, “Artsax” tipli müzakirə predmeti ola bilməz.

İndi Paşinyanın siyasət saydığı bəyanatlarında səmimiyyət axtaraq. Mayın 3-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Ararat Mirzoyanla Ceyhun Bayramovun Vaşinqtonda bir araya gəlməsi, Ermənistan və Azərbaycan arasında sülhün ABŞ masasında imzalanacağı, üçtərəfli bəyanatla vasitəçiliyini təmin etmiş Kremlin prosesdən kənarda qalması haqqında sualı cavablandırıb. Zaxarova bildirib ki, Vaşinqton görüşünün nəticəsi bəlli olmadan Moskva sözügedən danışıqlara münasibət bildirməyəcək. Onun sözlərinə görə, yekun olaraq tərəflər arasında razılaşdırılmış və sual altında qalan məsələlərin müzakirəsi Rusiyada aparılacaq.

Bir sözlə, Rusiyanın vasitəçilikdən imtina etmək fikri yoxdur.

Paşinyanın yazını başladığımız çıxışında isə sülh müqaviləsinin Vaşinqtonda olduğu, mətndə son dəqiqləşdirmə işlərinin aparıldığı qeyd olunub. Nəzərə alsaq ki, Ukrayna fiaskosu yaşayan Rusiya Kremldə dron partlayışlarına tamaşa edəcək qədər aqressivdir, Nikolun bu bəyanatı Moskvanı yeni savaşa təhriketmə xarakteri də daşıya bilər. İsbat kimi Qarabağdakı separatçıların etiraz aksiyaları, “müstəqillik” naminə imza toplamaqlarını göstərmək olar.

• İmza və qondarma “müstəqillik” Moskvanın sovetdənqalma taktikasıdır.

• Dünyada qismən tanınan və tanınmayan 14 respiblikadan 5-i – Cənubi Osetiya, Abxaziya, Dnestryanı Moldova, Donetsk, Luqansk (Putinin 30 sentyabr qərarına görə Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətləri Rusiyanın tərkib hissəsidir) Rusiyanın layihəsidir.

• Əslində qondarma “Artsax” (Dağlıq Qarabağ Respiblikası) da Kremlin hələ SSRİ dövründən qalan planıdır.

• 1923-də “Dağlıq Qarabağ Muxtar Vilayəti”ni yaradan ilk bolşeviklər həmin əraziyə erməniləri köçürtməyi sürətləndirmişdi.

• SSRİ-nin son rəhbəri Qorbaçov isə Azərbaycana tabe muxtariyyəti Ermənistan SSR-in tərkibinə qatmaq istəyirdi.

• Bu isə I Qarabağ savaşına və Sovet İttifaqının parçalanmasına gətirib çıxartdı.

Növbəti oxşar cəhd Rusiya Federasiyasının parçalanmasını tezləşdirər. Onsuz da Qərbin belə bir niyyəti var. Çünki Rusiyanın ən böyük əraziyə malik olması planetdəki təbii ehtiyatların qeyri-bərabər bölgüsünə yol açır. Superdövlətlər isə xırda dövlətlərə ağalıq etməyə öyrəşib. Rusiya 8 respublikaya bölünsə, həmin dövlətlərin bəziləri ABŞ, bir qismi Böyük Britaniya, Fransa, Yaponiyanın təsiri altında olacaq. Putinin rəhbərlik etdiyi qonşumuzun parçalanması üçün ilk növbədə iqtisadi tənəzzül gərəkdir. Buna nail olmaq üçün Qərb sanksiyalarını Kremldən əsirgəmir.

RF-nı parçalayacaq digər səbəb ikinci cəbhənin açılmasıdır.

Ukraynada – qərb sərhədlərində NATO ilə savaşdığını deyən Rusiya cənubda da bənzər gərginliyə tab gətirməz. Əgər Moskva sülhə mane olmaq üçün “Artsax” vabankına getsə, Azərbaycan ilə Türkiyənin imzaladığı Şuşa bəyannaməsi işə düşəcək. Bu isə ikinci NATO-Rusiya cəbhəsinin açılmasıdır. Siyasi prosesləri izləyən oxucular deyə bilər ki, İran da Rusiyaya kömək edəcək və Ankaranın işi çətinə düşəcək. Məntiqli və real rəydir. Amma…

– İrandan qisas almaq istəyən, parçalamaq fürsəti gözləyən İraq, Əfqanıstan, Səudiyyə Ərəbistanı, ən əsası da İsraili unutmaq olmaz.

Paşinyanın şərh etdiyimiz çıxışı Rusiyaya qarşı primitiv şantaj mahiyyəti də kəsb edə bilər. Məqsəd Moskvanın Bakıya təzyiqi nəticəsində Laçın sərhəd-buraxılış məntəqəsinin ləğvi, yaxud İrəvana silah yardımı olsa belə, təəccüblü heç nə yoxdur.

O ki qaldı Nikolun Ermənistanı ərazi iddialardan imtinaya çağırmasına, Paşinyan hökuməti “muatsum” ideologiyalı əhalisini 3 ildir ki, mövcud reallıqlara tam öyrəşdirə bilməyib. Erməni xalqının psixologiyasını müalicə etmək istəyən Nikolun özü də ruhi xəstə dərmanları atmasaydı, bəlkə də haylar sülhə daha tez öyrəşərdilər. Lakin Paşinyanın ərazi iddialarından əl çəkməyən Ermənistanın süquta uğrayacağına eyham vurması İrəvan üçün real təhdiddir. Avropanın siyasi eqidası ilə maraqlanan dostlarımdan birinin sözlərinə inansaq, yaxın illərdə Ermənistan ərazisinin müxtəlif ölkələr arasında bölünməsi nəzərdə tutulub. Səbəb isə sülhsevər olmayan İrəvanın qlobal iqtisadi proyektlərə maneəçilik törətməsidir. Əlbəttə ki, masson oyunları bizi aşar, amma Paşikin son oyunlarına diaqnoz qoymaq asandır:

Siyasi biclik və səmimi giclik…
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO