"Ermənistan Rusiyadan və Fransadan daha çox İrana ümidlə baxır" - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 128
13 apr 2023 | 15:30
"Ermənistan Rusiyadan və Fransadan daha çox İrana ümidlə baxır" - İNCƏLƏMƏ...


Ermənilərin "Joqovurd" qəzeti yazır ki, "Avropa tərəfi Azərbaycanın dünənki təxribatını şərh etməyə tələsmir. “Joqovurd” qəzeti Avropa Parlamentində erməni məsələləri üzrə daimi məruzəçi Andrey Kovaçevdən şərh istəyib. O, isə bildirib ki, baş verənlərlə bağlı məlumat yoxdur. “Mən indicə Josep Borrell-in ofisində Avropa Xarici Fəaliyyət Xidmətinə müraciət etdim və fevral ayından orada yerləşən diplomatik missiyamızın harada olduğunu soruşdum. Ancaq unutmayın ki, göndərilən mülki missiyadır, onlar silahsızdırlar və atəş aça bilməzlər”.
Erməni məsələləri üzrə daimi məruzəçinin diplomatik missiyanın harda olduğunu bilməməsi gülüncdür. Bu da bir daha sübut edir ki, qeyd edilən Avropa İttifaqı erməni “dəyərlərinə” layiqincə dəyər verir.

“Ağ Partiya”-nın sədr müavini, politoloq Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, vəziyyət avropalıların məsələlərə yanaşmasının sübutudur.

“Bu şəxs hələ Avropa Parlamentində erməni məsələləri üzrə daimi məruzəçidir və o deyir ki, “mən bilmirəm komissarlar harda yerləşir, Boreldən soruşdum”. Əslində bu ermənilər üçün tragikomik bir vəziyyətdir. Ermənilər indi hamıya ümidlə baxır, hamıdan istifadə etməyə çalışırlar. İstər Avropaya, istər İran, istər Rusiyadan, hər kəsdən, Pelosidən, Makrondan istifadə edərək, Azərbaycanın üstünə gəlməyə çalışırlar. Amma reallıq budur ki, heç kim birbaşa Azərbaycan və onun ən yaxın müttəfiqi Türkiyə ilə üz-üzə gəlmək istəmir. Bu hadisə də onun göstəricisidir”-deyə politoloq bildirib.

Ötən gün baş verən təxribata gəldikdə isə, Əhəd Məmmədli qeyd edib ki, vəziyyət erməni tərəfindən qaynaqlanıb. Rəsmi məlumatlarda da qeyd edildiyi kimi, ermənilər bizim posta hücum ediblər.

“Son zamanlar bizim irəlilədiyimiz yerlərdən bizi geri atmaq istəyiblər. Və layiqli cavablarını alıblar”-deyən Əhəd Məmmədli hesab edir ki, Ermənistan bu cəsarəti İrandan alır. Çünki hadisələrdən bir qədər əvvəl İranın Təhlükəsizlik Şurasının rəhbəri erməni həmkarını dəvət edərək, görüş keçirib və bu görüşdən sonra hadisə baş verib.

Politoloq hesab edir ki, bu gün Ermənistan üçün ən yaxın tərəfdaş İrandır.

“Erməni mediasına, erməni siyasi çevrəsinə nəzər yetirsək, İran haqqında ağız dolusu danışırlar. Rusiyadan da, Fransadan da daha çox İrana ümidlə baxırlar. Çünki real olaraq, onlara hərbi dəstək verir. Bu işin arxasında biz İranı axtarmalıyıq. Bu, mənim şəxsi fikrimdir”,- deyə Əhəd Məmmədli qeyd edib.

Ermənilərin Avropa diplomatik missiyasından ümidli olmasına gəldikdə isə, Avropa Parlamentində erməni məsələləri üzrə daimi məruzəçisinin sözləri bir daha sübut edir ki, Avropa İttifaqı bu məsələyə önəmli məsələ kimi yanaşmır. Avropa İttifaqı missiyasının fəaliyyəti protokol qaydası fəaliyyətdir. Çünki özlərinin də vurğuladığı kimi Avropa missiyası silahlı qurum deyil, sadəcə müşahidə edə bilərlər.

P.S. Bu yerdə ermənilərin Azərbaycan atalar sözünü xatırlamalarını tövsiyyə edərdim. Atalar sözündə deyilir ki, “sənə güvəndiyim dağlar, sənə də qar yağarmış”. Bu gün Ermənistan mediasının yazdığı bu vəziyyət sübut edir ki, onların güvəndiyi dağlara çoxdan qar yağıb, sadəcə hələ xəbərləri yoxdur.
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU