10 min erməni Azərbaycan vətəndaşı olmaq istəyir: - “O qədər cinayət törədiblər ki...”
Siyaset
Oxunub: 112
12 apr 2023 | 18:20
10 min erməni Azərbaycan vətəndaşı olmaq istəyir: - “O qədər cinayət törədiblər ki...”


Qarabağdakı qondarma rejimin nümayəndələri Rusiya sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə görüşün keçirilməsi barədə təklif göndərib.

Qondarma rejimin nümayəndəsi, özünü “parlament”in deputatı adlandıran Artur Arutyunyanın “Azadlıq” radiosunun Ermənistan bürosuna verdiyi məlumata görə, onlar Azərbaycan nümayəndə heyəti ilə yollardan tutmuş qaza qədər demək olar ki, bütün məsələləri müzakirə etmək istəyirlər. Arutunyan əlavə edib ki, humanitar məsələlər elektrik enerjisinin, qaz təchizatının bərpası, bağlanmış yolun açılması üçün vacib olan infrastruktur və humanitar məsələlərlə bağlıdır. Lakin ermənilər təmasın Xocalı şəhərində, yəni Rusiya sülhməramlı kontingentinin dislokasiya yerində keçirməyi təklif edib. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası bir müddət öncə Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi ilə bağlı təklif irəli sürüb. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - deyə məlumatda bildirilib.

DİA.AZ-ın məlumatına görə, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, sözügedən təmasın baş tutması erməni icmasının üzvlərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi üçün yeni imkanlar yarada bilər.

“Məndə olan məlumata görə, 10 minə yaxın erməni artıq Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir. Erməni sosial mediasında bəziləri bu adamları ağıllı adlandırır, bəziləri satqın hesab edir. Bütün hallarda münaqişələr sülhlə başa çatıb. Hətta İngiltərə ilə Fransa arasındakı 100 illik müharibə də sülhlə qurtarıb. Azərbaycan ermənilərlə saziş imzalamayacaq. Bu görüşdə razılaşma olmalıdır. Ermənilər Azərbaycan Konstitusiyasının maddələrini qəbul etdiklərini bəyan etməlidir. Azərbaycan tərəfi də bunun qarşılığında digər vətəndaşlara verdiyi hüquq və səlahiyyətlərin ermənilərə də aid olduğunu bildirməlidir. Bu, proseslərin xalq diplomatiyası çərçivəsindən çıxaraq dövlət səviyyəsinə qalxması deməkdir. Ona görə də baş tutması ehtimalı daha yüksəkdir”.

Qeyd edək ki, Azərbaycan hərbi cinayətlərdə iştirak etmiş rejim nümayəndələri ilə görüşməyəcəyini əvvəlcədən bəyan edib. Bu baxımdan, terrorçu rejimin nümayəndələrinin Azərbaycan nümayəndələri ilə görüşmək təklifi siyasi hiylə kimi də şərh edilir. Yəni rəsmi Bakının cinayətkarlarla təmasdan imtina edəcəyini bilən ermənilər bundan istifadə edərək Azərbaycanın sülhə qarşı olduğu barədə saxta kampaniya qura bilər. Cümşüd Nuriyev hesab edir ki, qondarma rejimin rəhbərliyi belə addım atmağa cürət edə bilməz: “Çünki onlar belə addım atarsa, Ermənistan müxalifəti, “Daşnaksütyun” və ASALA onların həyatına son qoyar. Ona görə də bu ehtimal inandırıcı görünmür”. Ekspert onu da bildirdi ki, kommunikasiyanın Xocalıda baş tutması mümkündür: “Görüşün Xocalıda keçirilməsi ermənilərin inamsızlığı ilə bağlıdır. Ermənilər o qədər cinayət törədiblər ki, özləri öz kölgələrindən qorxurlar. Halbuki, beynəlxalq normalara görə, sülhyaradıcı istənilən şəxsə qarşı heç bir dövlət təhlükə yaratmaz, Azərbaycanın da belə niyyəti yoxdur. Sadəcə olaraq, ermənilərin xoflu olması onların xainliyindən irəli gəlir”.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı