Fars-molla rejimi Bakıdakı səfirini niyə ERKƏN DƏYİŞİR? - Başqa NİYYƏTİ VAR...
Siyaset
Oxunub: 117
4 apr 2023 | 15:00
Fars-molla rejimi Bakıdakı səfirini niyə ERKƏN DƏYİŞİR? - Başqa NİYYƏTİ VAR...


İran-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşandığı bir vaxtda İran hakimiyyəti Ermənistandakı səfirini - Abbas Bədəxşan Zühurini öz postundan geri çağırıb. Onun yerinə İranın Suriyadakı səfiri Mehdi Sübhani təyin olunub. Tehranın Azərbaycandakı səfirini də tezliklə əvəzləyəcəyi bildirilib. İndiki səfir Seyid Abbas Musəvi yaxın vaxtlarda Müctəba Dəmirçilu ilə əvəz ediləcək. Dəmirçilu Qazaxıstanda və Gürcüstanda diplomatik nümayəndəlikdə çalışıb və İranın Bakıdakı səfirliyinin ikinci katibi vəzifəsində işləyib. Ekspertlərə görə, İranın Ermənistan və Azərbaycandakı səfirlərinin dəyişdirilməsi qərarı diplomatik missiya müddətinin başa çatması ilə bağlı rotasiya deyil, konkret siyasi məqsədlər güdür. İranşünas Vardan Voskanyan da etiraf edib ki, Tehran Ermənistana münaqişə zonalarında təcrübəsi olan diplomatı səfir təyin edib: “Mehdi Sübhani hazırda İranın Suriyadakı səfirliyinə rəhbərlik edir. Həmçinin Pakistanda da işləyib. Buna görə onun Ermənistana səfir təyin edilməsi qərarı konkret mesaj idi. Tehran Cənubi Qafqaz regionunda öz siyasi kursunu daha ağlabatan və aydın şəkildə təbliğ etmək niyyətində olduğunu açıq şəkildə bildirir”. Voskanyanın sözlərinə görə, İranın Azərbaycandakı gələcək səfiri Müctəba Dəmirçi də təcrübəli diplomatdır. O, həmçinin Tehranın Bakıdakı hazırkı səfiri Abbas Musəvidən o qədər də razı olmadığını əlavə edib.
İran hökumətinin addımlarını "Şərq"ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Tehran rejimində Azərbaycana nifrət o qədər böyükdür ki, dövlət səviyyəsində ağıllarını itiriblər. Professorun sözlərinə görə, İran müxtəlif vasitələrlə Azərbaycana təzyiq göstərməklə, təhdidlər yağdırmaqla dövlətimizi və xalqımızı qorxutmağa çalışır: "Cənubi Qafqaz ölkələrində səfirlərin dəyişdirilməsi İranın daxili işi olsa da, Suriyadakı səfirin Ermənistana gətirilməsinin arxasında bəlli məqsədlər var. Suriyadan İrəvana göndərilərn səfir Mehdi Sübhani çalışdığı bölgələrdə təxribatları yaxşı bacaran, bu işdə peşəkarlaşmış şəxsdir. Görünür, Tehran Azərbaycan və Ermənistanla bağlı məsələdə daha "ağır topları" meydana çıxarmağa məcbur qalıb. Düşünürəm ki, Sübhanı təsadüfən İrəvana gətirilmir və burada qarşıdakı dönəmə hazırlanmış bir siyasət var. İran açıq-aşkar Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. İran Azərbaycana səfir kimi öz istədiyi, yəni məsləhət bildiyi adamı göndərmək istəyə bilər. Amma Azərbaycan rəhbərliyi İranın təklif etdiyi şəxsin səfir kimi fəaliyyətinə icazə verməlidir. Əgər bəyan olunursa və adı hallanırsa, deməli, rəsmi Bakı Müctəba Dəmirçi barədə razılığını verib".
C.Nuriyevin sözlərinə görə, İranın Azərbaycandakı səfirini vaxtından öncə dəyişmək istəməsi Tehranın siyasəti ilə bağlıdır: "İstənilən səfir öz ölkəsinin maraqlarını güdür. Bəzən səfirlər fəaliyyət göstərdiyi ölkədə təmsil etdiyi dövlətin siyasətini həyata keçirməklə bərabər həm də müəyyən təxribatlarda iştirak edirlər. Səfirlərin əsas məqsədi çalışdığı dövlətin "zəif nöqtələrini" tapmaqdır. Lazımi məqamda həmin ölkəni haradan vuracaqlarının yollarını axtarırlar. Fəaliyyət müddəti tamam olmamış Azərbaycana yeni səfir göndərilməsi o deməkdir ki, İranın ölkəmizlə bağlı başqa siyasəti var. Nəzərə alaq ki, Azərbaycanda İranın "5-ci kalonu" kifayət qədərdir. Lakin inanmıram ki, yeni səfir Tehranın tapşırıqlarını icra etməyə nail olacaq. Baş vermiş proseslərdən sonra İran rejiminin Azərbaycanda hansısa "inqilabi mühit" yarada biləcəyinə ümid bəsləməsi sadəlövhlükdür. Kim gəlir-gəlsin, hansısa səfirin Azərbaycanda Tehranın lehinə uğurlu missiya icra edəcəyini ehtimal etmirəm".
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR