Azərbaycan İrana qarşı hərbi ittifaqa qoşulacaq? - AKTUAL
Siyaset
Oxunub: 123
1 apr 2023 | 14:16
Azərbaycan İrana qarşı hərbi ittifaqa qoşulacaq? - AKTUAL



İran rejimi Azərbaycanın milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətini davam etdirir.

Hətta İran Ordusunun Quru Qoşunları komandanı Kiomərs Heydəri rəsmi Tehranın regionda artan terror və təxribat əməllərinə bəraət qazandırmaq üçün qondarma arqumentlə çıxış edib. K.Heydəri Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edib. O, eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir. Azərbaycan Müdafiə Nazirliyi cavab bəyanatında İran generalının bu açıqlamasını cəfəng iddia kimi qiymətləndirib:

“44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur”.

Göründüyü kimi, İranın terrorçu dövlət olduğunu Azərbaycan rəsmən bəyan edib. Bu isə Azərbaycanı İranın terror və hərbi təxribatlarından qorunmaq üçün müdafiə tədbirlərini gücləndirməyə vadar edir. Son zamanlar İran xüsusi xidmət orqanlarına bağlı şəxslərin Azərbaycana qarşı terror aktları törətməsi, həmçinin rəsmi Tehranın regionda hərbi gərginliyi artırması müharibə riskləri yaradır. İran özü Azərbaycanı müharibə ilə hədləməklə yanaşı, Ermənistanı da yenidən münaqişəyə təhrik edir. Bu da Azərbaycanı yaranmış təhlükədən sığortalanmaq üçün İran əleyhinə hərbi ittifaqa qoşulmağa sövq edə bilər.

DİA.AZ-ın məlumatına görə, politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirib ki, İranın Azərbaycana qarşı təzyiqləri hazırda əsasən sərt ritorikadan ibarətdir. Əgər molla rejiminin bu davranışı müharibəyə səbəb olsa, İrana zərbə endirmək istəyən dövlətlər bir araya gələcək. Bu isə İran üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər:

“İranın sərt ritorikası özünü əməli fəaliyyətdə də göstərir. Bu, daha çox terror aktlarının həyata keçirilməsindən ibarətdir. Əvvəlcə Azərbaycanın səfirliyinə, sonra isə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror edildi. Bunlar Azərbaycanda xof və qorxu yaratmaq, təzyiq etmək və Azərbaycanı haqlı iddialarından çəkindirmək məqsədi daşıyır. Ancaq hesab edirəm ki, bu məsələlər ritorika səviyyəsində baş verir. İranın bundan daha təhlükəli addımlar atması real görünmür. Tehran hakimiyyəti anlayır ki, indiki vəziyyətdə İranı böyük bir müharibəyə çəkmək istəyən güc mərkəzləri var. İranın istər Ermənistan-Azərbaycan münaqişəsi kontekstində, istərsə də Azərbaycana birbaşa müdaxilə formasında hərbi toqquşmaya daxil olmasını Türkiyə cavabsız qoymayacaq. Çünki Türkiyə strateji müttəfiqi olan Azərbaycanı tək buraxmayacaq.

Eyni zamanda, bu müharibə yalnız Azərbaycan, İran və Ermənistanı əhatə edəcək bir müharibə olmayacaq. Bu, regional yanğına çevriləcək bir məsələdir. Ona görə də rəsmi İrəvan anlamalıdır ki, belə bir müharibədə toqquşma mərkəzi Ermənistan olacaq. Bu halda Ermənistan ayaq altında qala bilər. Yəni ən çox zərbə İrana deyil, Ermənistana vurulacaq. Belə bir potensial müharibə baş verərsə, Türkiyənin öz qoşunlarını hava və quru yolu ilə Azərbaycana gətirməsinə ehtiyac olmayacaq. Türkiyə Ermənistan sərhədindən birbaşa prosesə müdaxilə edəcək. Bundan sonra Ermənistan dövlət olaraq qalıb-qalmaması sual altına düşəcək. Hazırda bəzi erməni siyasətçilər elə güman edirlər ki, Azərbaycan və İran arasında toqquşma yaratmaqla hansısa revanşist nəticələr əldə edəcəklər. Bu, səhv düşüncədir. İranın Azərbaycana birbaşa müdaxiləsi üçün hüquqi əsas yoxdur. Əksinə, bütün dünya yaxşı bilir ki, İran heç bir zəmin olmadan Azərbaycana qarşı terror aktları törədir və bu proses davamlıdır. Azərbaycanın xüsusi xidmət orqanları da İranın casus şəbəkəsini ardıcıl olraq aşkar edir”.

Ekspert bildirib ki, belə olan halda İranın Azərbaycanla müharibə etməsinə hüquqi və siyasi zəmin yoxdur:

“Müharibə başlayacağı təqdirdə, beynəlxalq səviyyədə İranın əleyhinə beynəlxalq mühit yaranacaq. Anti-İran şəbəkələri də bundan istifadə edəcək. İsrail, eyni zamanda, Türkiyə, ABŞ, Pakistan səviyyəsində proseslər inkişaf edə bilər. Bu müharibə yalnız cəbhədə və sahədə getməyəcək. Bir neçə dövlətin iştirak etdiyi ağır döyüş əməliyyatları Ermənistana transformasiya oluna bilər. Bu da Ermənistanın daxilində ciddi siyasi etirazlara səbəb olacaq. Büün bunların nəticəsində İran dövləti parçalanma məsələsi ilə üzləşə bilər”.

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması və xarici işlər naziri Ceyhun Bayramovun Təl-Əvivə səfəri İranın artan təhdidlərinə qarşı birgə hərbi ittifaqın vacibliyi barədə müzakirələrə yol açıb. Digər ehtimallara görə, Azərbaycan və İsrail arasında strateji təhlükəsizliyin təmin olunması və terrorçuluğa qarşı birgə tədbirlər haqqında saziş imzalana bilər.

Natiq Miri hesab edir ki, Azərbaycanın İrandan müdafiə olunmasına İsrail hərbi dəstək verməyə hazırdır. İsrailin xarici işlər və müdafiə nazirləri Ceyhun Bayramovla görüşündə bunu açıq dilə gətirib:

“Bu əməkdaşlıq həm siyasi, həm də hüquqi zəmində ola bilər. Yəni Azərbaycan razılıq verdiyi təqdirdə, qarşılıqlı hərbi yardım haqında sazişin də imzalanması mümkündür. Bunu İsrail rəsmilərinin açıqlamalarında da müşahidə etmək olar. Ancaq bu, İsrailin deyil, Azərbaycanın iradəsindən asılıdır. 44 günlük müharibə zamanı Azərbaycanın yanında olan, silah təhcizatını həyata keçirən və mütəxəxssis göndərən İsrail İrana qarşı müharibə fürsətini əldən vermək istəməyəcək. Ümumiyyətlə, bu, İran rejimini çökdürməkdə maraqlı olan qlobal dairələrin əlində böyük bir fürsətə çevrilə bilər.

Əslində, Azərbaycan bu məsələdə dirəniş göstərir. Çünki İrana qarşı müharibədə platsdarm olmaq istəmir və bunu dəfələrlə bəyan edib. Ancaq İran Azərbaycana hücum edərsə, İran rejimini məhv etmək istəyən qüvvələr bundan istifadə edəcək. Bu qüvvələrin başında isə İsrail dayanacaq. İranı tamamilə zəiflədib çökdürmək üçün müharibəyə cəlb etmək istəyən qüvvələr var. ABŞ və İsrail Suriya ərazisində hərbi hava əməliyyatları ilə İrana ciddi zərbələr vurur. Yəni İranın Suriyaya göndərdiyi bütün təhcizatı, canlı qüvvəsi aviazərbələr vasitəsilə məhv edilir. Dünən İsrail SEPAH-ın Suriyadakı mövqelərinə raketlər və qırıcı təyyarələrdən hərbi zərbələr endirib. İran Azərbaycana qarşı müharibə etmək istəsə, oxşar vəziyyəti görə bilərik”.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı