Rəsmi Bakı bu torpağı necə mübarəkləndirmək lazımdır... YAXŞI BİLİR! - ƏLİMİZ TƏTİKDƏDİR
Siyaset
Oxunub: 97
9 mar 2023 | 19:19
Rəsmi Bakı bu torpağı necə mübarəkləndirmək lazımdır... YAXŞI BİLİR! - ƏLİMİZ TƏTİKDƏDİR


Azərbaycan Qarabağdakı ermənilərin ölkə həyatına inteqrasiyasında maraqlıdır və bununla:
- Qərb dairələrinə insan hüquqları prizmasındakı çalarları çatdırır;
- Rusiyaya isə “ermənilərə öz vətəndaşım kimi baxıram və onları öz oyunlarına alət etmə, təmaslara qarışma” mesajlarını ötürür.
Azərbaycan ermənilərlə təmasları iki ssenari ilə nəticələndirmək istəyir.
Birincisi, ermənilər Azərbaycan Konstitusiyasının legitimliyini tanıyıb, vətəndaş kimi vəzifələr və öhdəliklərini icra etməlidirlər.
İkincisi, əgər kiməsə bu xoş deyilsə, Azərbaycan ərazisini tərk etməlidir, yox, qalıb müqavimət göstərmək istəyirsə, o zaman hüquqi cəzalanmanın predmeti kimi nəticələrə hazır olmalıdır.
Bakı bu tələbləri ən üstün şərtlər çərçivəsində ermənilərə çatdırır, Xocalıda Azərbaycan nümayəndələri ilə ermənilər arasındakı görüş də bunun bariz nümunəsidir.
Bu görüşdən sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki erməni separatçıların başçısı Arayik Arutyunyan ah-nalə çəkərək nəticələrə hazırlıq məşqini başlatdı.
Arutyunyan öz “komandası” ilə keçirdiyi görüşdə ermənilərin “ ya olum, ya ölüm” seçimi arasında qaldıqlarını diqqətə çatdırıb.
Arutyunyanın mesajının məğzi belədir ki, ermənilər ya Azərbaycanın bayrağı altında yaşamağı seçməli, ya da “mübarizə”ni davam etdirməlidirlər.
Birinci variant elə məqbuldur, ikinci seçim isə separatçılar və onları dəstəkləyən erməni sakinlər üçün cəzalanma aktını qaçılmaz edir.
İkinci bir tərəfdən, Arutyunyan həm Rusiya, həm də Qərbdən dəstək gözləyir, ancaq son hədd anında onların köməyinə heç kim gəlməyəcək.
Arutyunyan özlüyündə “mübarizə ruhu” illüziyasını yaratmalıdır, çünki onun özü də Azərbaycanın nələrə qadir olduğunu gözəl başa düşür. Bununla belə, Arutyunyan erməni icmasının yaralarına məlhəm olan açıqlamalar vermək məcburiyyəti ilə qarşı-qarşıyadır, çünki Bakının şərtləri qəti və dəyişməz olaraq qalır.
Məsələnin Arutyunyan səhifəsini burada qapadaq, mövzu yüzillərdir ki, başqa qüvvələrin əlində alət olan ermənilər vasitəsilə Qarabağda təxribatları körükləmək məqsədlərinə fokuslanmalıdır.
Qarabağdakı erməni amili Rusiya və Qərbi birləşdirən dəyərə çevrilir, hərçənd ki, hərəsinin öz yanaşması var.
Belə olan halda Qarabağa Ermənistan ərazisindən Laçın yolu vasitəsilə silah-sursat daşınması erməni amili ilə oyun qurmaq istəyənlərin arzularının tərkib hissəsi kimi başa düşülməlidir.
Azərbaycan həm Rusiyaya, həm də Qərb dairələrinə çatdıra bilər ki, bu hal Azərbaycanın təhlükəsizliyinə qarşı “qırmızı xət”ləri keçsə, prosesə hərbi müdaxilə ilə cavab veriləcək.
Aqşin Kərimov - DİA.AZ
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ