Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşırmı? - HƏQİQƏTƏN DƏ...
Siyaset
Oxunub: 100
9 mar 2023 | 19:49
Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşırmı? - HƏQİQƏTƏN DƏ...


“Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistana kapitulyasiya sənədinə imza atdırmaqla müharibənin başa çatdığını elan edib. Ermənistan müharibənin nəticələrini rəsmi qəbul etsə də, reallıqda yenidən müharibəyə hazırlaşdığı açıq şəkildə görünməkdədir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Onun fikrincə, son günlər Azərbaycan sərhəddində və sülhməramlıların məsuliyyət zonasında ermənilərin məskunlaşdıqları ərazilərdə təxribatların mütəmadi törədilməsi bir daha Ermənistanın sülh danışıqlarda səmimiyyətdən uzaq olduğunu göstərir.

Deputat bildiirb ki, Azərbaycan Ermənistana beynəlxalq normalara əsaslanan 5 baza prinsipi əsasında sülh müqaviləsinin bağlanmasını və qonşuluq münasibətlərinin yaradılmasını təklif edib. Ermənistan da Azərbaycanla apardığı sülh danışqlarını manipulyasiya edir və təqdim edilən təkliflərə cavab olaraq yeni təkliflərlə çıxış edir.

“Azərbaycanın təklif etdiyi 5 baza prinsipi BMT nizamnaməsinə uyğundur və beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunur. Burda qeyri-adi bir tələb yoxdur. Təklif etdiyimiz 5 baza prinsipdə ölkələrin suveren hüququ olan ərazi bütövlüyü çərçivəsində sülh müqaviləsinin bağlanması nəzərdə tutulur. Ermənistan isə, bunun əksi olaraq yenidən yenidən ərazi iddialarını irəli sürür. Belə görünür ki, Ermənistan 30 illik işğalın nə ilə nəticələndiyindən dərs çıxarmayıb. Ermənistan yaddan çıxarır ki, Azərbaycan nə 30 il bundan əvvəlki Azərbaycan deyil, nə də ordusu da o ordu deyil. Bu gün Azərbaycan ordusunun qarşısına qoyulduğu hər bir hərbi tapşırığı qısa zaman kəsiyində icra etmək iqtidarındadır”,- deyən deputataın fikrincə, Ermənistan bugünün reallığını dərk etmir və yenidən Qarabağdakı separatçıları gizli yollarla silahlandırmağa, hərbi tör-töküntüləri rotasiya etməklə yerlərini dəyişməsinə cəhd edir. Nəticəsi də, 5 martdakı təxribatın qarşısı alındığı kimi sonlanır.

Azər Badamov qeyd edib ki, Ermənistan Qarabağda yaşayan ermənilərlə təminat yolunun humanitar məqsədləri üçün ancaq Laçın-Xankədi yolu olduğunu bilməlidir. Digər gizli istiqamətlərdə hərəkətlərin qarşısı dərhal alınacaq və məhv ediləcəkdir.

Deputat hesab edir ki, yaxın zamanlarda erməni separatçılarının Qarabağda mövqelərini möhkəmlətmək cəhdləri də ifşa ediləcək.

“10 noyabrda imzalnmış üçtərəfli bəyanatda Qarabğdan erməni silahlıların çıxarılması tələb olunur. Sülhməramlılar öz prezidentinin imzasına hörmətsiz yanaşır və sənədin tələblərini kobudcasına pozur. Azərbaycan öz torpaqlarında bu özbaşınalıqlarına davam etdirilməsinə seyirci mövqedə dayanmaq fikrində deyil. Qarabağdakı ermənilər "qara yara" kimi uzun illərdir ki, canımızdadır. Bundan xilas olmağın zamanı gəlib çatıb. Ona görə də Laçın-Xankəndi yolunda nəzarət-keçid məntəqələrimizi qısa zaman kəsiyində yaratmalı və eyni statusda Naxçıvana yolumuzu tələb etməliyik. Eyni zamanda Qarabağda məskunlaşmış separatçıların yenidən silahlanmasının qarşısının alınması və anti-terror əməliyyat keçirməklə yenidən ola biləcək müharibə riskini neytrallaşdırmalıyıq”,-deyə deputat bildirib.

Azər Badamov qeyd edib ki, Ermənistan uzatdığımız sülh əlimizdən imtina edərək açıq şəkildə müharibəyə keçmək istəsə əlbəttə ki, ordu və xalq buna hazırdır. Yəni ehtiyac olarsa, müharibəni necə aparıldığını ermənilərə və onların havadarlarına bir daha nümayiş etdirə bilərik.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...