Rusiyadan azərbaycanlıların kütləvi köçü başlayır? - NƏ ETMƏLİ?
Siyaset
Oxunub: 111
4 mar 2023 | 16:00
Rusiyadan azərbaycanlıların kütləvi köçü başlayır? - NƏ ETMƏLİ?


Rusiya Ukraynaya təcavüz etdikdən bəri ABŞ, Avropa İttifaqı və digər ölkələrin sanksiyalarına məruz qalıb.

Bu sanksiyalar Rusiyanı siyasi və iqtisadi cəhətdən beynəlxalq aləmdən təcrid etməsi ilə bərabər ölkədə onsuz da acınacaqlı olan sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb, ölkənin iqtisadiyyatında ciddi problemlər yaradıb və bir xarici şirkətləri ölkəni tərk etməsinə gətirib çıxarıb.

Rusiyalı milyarder Oleq Deripaska Krasnoyarskda keçirilən iqtisadiyyat forumunda deyib ki, əgər Rusiyaya xarici investorlar gəlməsələr, ölkə artıq gələn il pulsuz qalacaq:

"Pulla bağlı artıq ciddi problemlər var. Ona görə də biznes yarpaq kimi əsir”.

Milyarderin sözlərinə görə, ölkədə iqtisadi vəziyyət “çox mürəkkəb və qeyri-müəyyəndir” və ən azı 2025-ci ilin ortalarınadək belə qalacaq.

Deripaska çıxışında habelə məmurların və güc strukturları əməkdaşlarının sayını “üç-dörd dəfə” ixtisar etməyi təklif edib.O bunların hazırkı sayının onsuz da “sanksiyaların ağır daşı” altında olan ölkəyə “ciddi yük” olduğunu bildirib.

Ağır iqtisadi-sosial vəziyyət nəinki Rusiya vətəndaşlarının, hətta xarici vətəndaşların başqa ölkələrə üz tutmasına səbəb olub. Artıq uzun müddətdir ki, sosial şəbəkələrdə Rusiyada yaşayan azərbaycanlıların yaxın zamanda ölkəmizə böyük köçünün gözlənilməsi ilə bağlı məlumatlar dolaşır.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya şərhində iqtisadçı Natiq Cəfərli bildirib ki, Rusiyada yaşayan azərbaycanlıların ölkəyə kütləvi şəkildə geriyə dönüşü ilə bağlı məlumatlar hələ də öz təsdiqini tapmayıb.

“2009-2010-ci illərdə, hətta 2014-2016-ci illərdə belə Rusiyada ağır iqtisadi böhran hökm sürürdü, rublun dəyəri kəskin düşmüşdü, iqtisadiyyatda geniş daralmalar müşahidə olunurdu. Bütün bunlara rəğmən azərbaycanlıların kütləvi şəkildə ölkəyə qayıtmasına müşahidə etmədik. Çünki istər-istəməz Rusiya bazarında fürsətlər və imkanlar genişdir. Azərbaycanın daxilində isə biznes imkanları azdır, iş yerləri yaratmaq çox çətindir. Sistemin yaratdığı şərait, rəqabət mühitinin şəffaf olmaması, habelə kreditlərin az olması və bazarın darlığı ölkəmizdə azad ticarətin imkanlarını məhdudlaşdırır və biznes sahələrinin inkişafına əngəl yaradır. Bütün bu səbəblərə görə azərbaycanlılar Rusiyada qalmağa tərcih edirlər.

Artıq bir ildir ki, Ukraynada müharibə davam edir, amma soydaşlarımızın ölkəyə geri dönüşünü görmürük. Rusiyada çoxsaylı sosial-iqtisadi problemlər yaşansa belə, azərbaycanlı sahibkarlar və biznesmenlər Belarusa, Qazaxıstana, Özbəkistana və digər Mərkəzi Asiya ölkələrinə köçməyi üstünlük verirlər. Məsələn, Qazaxıstan və Rusiyanın Gömrük İttifaqında olması biznes imkanlarını daha da genişləndirir. Azərbaycanlı biznesmenlər sanksiyalara məruz qalan məhsulları Qazaxıstan üzərindən Rusiyaya ixrac edib pul qazana bilərlər. Belə olan halda onlar Azərbaycana qayıtmaq istəmiyəcəklər”.

İqtisadçı Asif İbrahimov da Natiq Cəfərli ilə eyni fikirləri bölüşüb.

“Düzdür, Rusiyanın iqtisadiyyatında xeyli problemlər yaşanmaqdadır, amma kəskin şəkildə tənəzzülə məruz qalmayıb. Rusiyanın o qədər təbii ehtiyatları, qaz və neft reservləri, digər daxili sərvətləri var ki, bütün bunlar iqtisadiyyatı ayaqda saxlayır. Bu baxımdan, Rusiyada hələ də insanlarımız öz ticarəti və biznesi ilə məşğuldurlar. Düşünmürəm ki, yaxın üç və altı ay ərzində həmvətənlərimiz Rusiyanı tərk edib Azərbaycana qayıtsınlar. Ola bilər ki, müəyyən sosial məsələlərdən və səfərbərlikdən irəli gələn səbəblər üzündən onlar ölkəmizə hissə-hissə qayıda bilərlər. Amma kütləvi şəkildə qayıdış qeyri-mümkündür”.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest