Paşinyanın hiyləgər planı: Ölkəyə Avropadan hərbi missiya gətirir - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 106
3 mar 2023 | 18:50
Paşinyanın hiyləgər planı: Ölkəyə Avropadan hərbi missiya gətirir - İNCƏLƏMƏ...


Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib.

Paşinyan bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Hazırda Avriopa İtifaqının Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma missiyanın fəaliyyətini tənzimləyən sazişin gələcəkdə müzakirə etmək və müqavilə imzalamaqla razılaşmamız var”, - Paşinyan bildirib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Ermənistana göndərilmiş birinci missiya Avropa Parlamantinin qərarı əsasında fəaliyyət göstərib. Yəni tərəflər arasında saziş olmayıb. Ancaq Paşinyan bu müqavilənin hansı zərurətdən irəli gəldiyini açıqlamayıb.

DİA.AZ bildirir ki, politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bu sazişin səbəbini onun daha geniş mahiyyət daşıması ilə izah edib:

“Saziş Avropa İttifaqı ilə Ermənistan arasında hərbi müqavilə olacaq. Yəni bu yalnız mülki missiyanı deyil, həm də genişləndirilmiş missiyanı özündə ehtiva edir. Bu sənədin imzalanması bölgədə dövri olaraq hərbiləşdirilmiş missiyanın yerləşdirilməsi üçün hüquqi baza yaradır.

Bu da Ermənistanla Avropa İttifaqı arasında hərbi əməkdaşlığı legitimləşdirmək cəhdidir. Hazırda bunu mülki missiya kimi təqdim etsələr də burada başqa məqamlar var. Avropa İttifaqı ilə hər hansı saziş mümkün deyil. Çünki Avropa İttifaqının hərbi təsisatları yoxdur. Mülki missiyanın Ermənistana yerləşdirlməsinin səbəbi onun yayındırıcı olması məqsədi daşıyır.

Həmçinin, Avropa İttifaqının qanunvericiliyində, sənədlərində və mexanizmlərində bununla bağlı hüquqi əsas mövcud deyil. Əks halda, mülki missiya adı altında Ermənistana gətirilmiş həmin qrupu təhlükəsizlik məqsədilə hərbi statusla orada yerləşdirə bilərlər. Ermənistanın addımları bununla yekunlaşmır. Ermənistanın başqa fəaliyyəti də var.

Belə ki, Ermənistanın Azərbaycanla sərhəddini mülki missiya müşahidə edir. Həmçinin, bu günlərdə Ermənistan tərəfdən ABŞ-ın gömrük təhlükəsizliyi xidmətlərinin nümayəndələri də iştirak edib. Onların fəaliyyət prinsiplərindən biri də sərhəddə gömrük təhlükəsizliyinin əsasını texniki və digər vasitələrlə formalaşdırılmasıdır. Amma bu, necə adlandırılmasından asılı olmayaraq hərbi təyinatlı təşəbbüslərdir.

ABŞ Ermənistanın Azərbaycan və Gürcüstanla sərhəddə gömrük təhlükəsizliyinin təşkilinə dəstək verəcəyi barədə məlumatları paylaşıb. Yəni Cənubi Qafqazda Rusiyanın forpostu olan Ermənistan indi Moskvanın nəzarətindən çıxaraq müxtəlif sazişlər adı altında Qərb institutlarını ölkəyə gətirmək istəyir. Amma bu, Ermənistana öz işğalçı niyyətini həyata keçirməyə kömək etməyəcək.

Rəsmi İrəvanın əsas məqsədi Ermənistanın işğalçılıq siyasətinə Qərbin dəstəyini əldə etməkdir. Lakin nə ABŞ, nə Avropa İttifaqı buna yol verməz. Ermənistan isə ümid edir ki, ilkin mərhələdə təxribatlar törətməklə sonra prosesi öz xeyrinə dəyişə biləcək”.
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Dünən, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Dünən, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Dünən, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO