Almaniya kanslerinin YEKƏBAŞLIĞI... - İşlərinə yaramır deyə...
Siyaset
Oxunub: 112
3 mar 2023 | 17:47
Almaniya kanslerinin YEKƏBAŞLIĞI... - İşlərinə yaramır deyə...


Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Almaniya Kansleri Olaf Şolts iki dəfə vurğulayıb ki, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ bərabərdir.

DİA.AZ xəbər verir ki, Almaniya Kansleri martın 2-də keçirilən mətbuat konfransında "Ermənistanla Azərbaycan sərhədində qeyri-sabit vəziyyətdən və Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən" narahat olduğunu qeyd edib.

"Status-kvo uzun müddət davam edə bilməz, xalqın xeyrinə uzunmüddətli həll yolu tapılmalıdır. Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyin etmələri baxımından məsələnin sülh yolu ilə həllinə nail olmaq lazımdır. Bununla belə, bütün bu prinsiplər bir-birinə bərabərdir”, - Şolts bildirib.

Ötən il Ermənistan-Azərbaycan sərhədindəki qısamüddətli monitorinqdən sonra Avropa İttifaqı (Aİ) Ermənistana yeni, bu dəfə iki illik və daha böyük monitorinq missiyası göndərib. 100 nəfərlik missiya artıq öz işinə başlayıb. Şolts Ermənistandakı avropalı müşahidəçilərin sayının artacağını istisna etməyib.

Rəsmi Bakı hələlik Almaniya Kanslerinin açıqlamalarına münasibət bildirməyib.

Paşinyan hakimiyyəti dövründə üçüncü dəfədir Almaniyaya işgüzar səfər edir. Üç il əvvəl o, Almaniyada o vaxtkı kansler Angela Merkellə görüşmüşdü.

Bu, Merkellə Paşinyan arasında ilk görüş deyildi. 2018-ci ilin avqustunda Merkel Yerevana, 2019-cu ilin fevralında isə Ermənistanın baş naziri Berlinə səfər etmişdi.

Bu gün Paşinyanın Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşü planlaşdırılır. Ermənistan hökumətinin informasiya xidmətinin məlumatına görə, Paşinyan Almaniyanın Xarici Əlaqələr Şurasına da səfər edəcək. Baş nazirin ofisindən həmçinin qeyd olunub ki, səfər çərçivəsində bir sıra digər görüşlər də nəzərdə tutulub.

DİA.AZ bildirir ki, illərdir onlarla xalqı əsarətdə saxlayan Almaniya kimi bir ölkənin kanslerinin Azərbaycan ərazisində hansısa azsaylı xalqa dövlət qurma meyilləri yumşaq halda öz gözündə TİRİ GÖRMƏMƏK məsələsidirsə, realda həyasızlığın kuliminasiya nöqtəsidir.

Əgər Almaniyanın kansleri hansısa xalqın öz müqəddəratını təyinetməsini belə könüldən istəyirsə, nədən öz içindəki bavarların və digər xalqların dövlət qurma istəklərini əngəlləməkdədir. Əgər belə demokratdırlarsa, prinsipialdırlarsa, özləri bir yana... illərdir azadlıqları uğurnda mübarisə aparan katalonların, flamanların, korsikalıların və digər bu kimi avropalıların hüquqlarını da müdafiə etsinlər... ƏGƏR CƏSARƏTLƏRİ ÇATIRSA...

Odur ki, BİZƏ NAĞIL DANIŞMAYIN... İstəsəniz... biz həmin nağıllardan daha yaxşısını bəşəriyyətə danşa bilərik. Necə ki zamanında bəşəriyyət məhz biz türklərin ayaqları altında olub...
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest