”Vardanyan “A” planı idi, bəs “B” planı nədir? - Ekspertlər danışır
Siyaset
Oxunub: 111
25 fev 2023 | 14:44
”Vardanyan “A” planı idi, bəs “B” planı nədir? - Ekspertlər danışır


Xankəndidəki separatçı tör-töküntülərinin "dövlət naziri" Ruben Vardanyan "postu"nu itirib. Separatçıların “başçısı” Araik Arutunyan Ruben Vardanyanın "vəzifə"sindən azad olunduğunu elan edib.
Vardanyanı qondarma rejimin "baş prokuroru" Qurgen Nersisyan əvəz edəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda baş tutan plenar iclasda çıxışı zamanı demişdi ki, Azərbaycan Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazırdır:

"Bu gün mən bunu Dövlət katibi Blinkenin iştirakı ilə erməni həmkarıma bildirdim. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin".

Qeyd edək ki, “Troika Dialog” investisiya bankının sahibi kimi tanınan Ruben Vardanyan ötən il Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlmişdi. O həm də beynəlxalq araşdırma mərkəzlərinin hesabatlarında Kremlin oliqarx məmurlarının Rusiya büdcəsindən oğurladıqları milyardları ofşor hesablara köçürməsi ilə tanınır.

DİA.AZ-ın məlumatına görə, separatçı rejimin “dövlət naziri”nin vəzifədən azad edilməsinə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında bildirib ki, Nersisyanın “dövlət naziri” olmasından sonra dəyişiklik gözləməməliyik:

“Azərbaycanın Qarabağdakı separatçı rejimə təsir imkanları mövcuddur. Mühüm olan seperatçı rejimin silahlılarla birgə Qarabağdan təmizlənməsidir. Moskva Qarabağdakı proseslərə müəyyən qədər təsir imkanına malikdir. Nersisyan Moskvanın təsiri altında olan Araik kimidir. Birgə bəyanatın şərtlərinin yerinə yetirilməsinıə nail olmalıyıq”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov da xəbərə müasibət bildirib:

”Vardanyan “A” planı idi. Baxaq, görək, “B” planı nədir? Əlifbanı başa çatdırana qədər israrlı olmalıyıq”.

“ Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib ki, Laçın yolundakı etirazın Ruben Vardanyanla əlaqəsi yoxdur:
“Etirazın tələbi Qarabağdakı yataqlarda monitorinqə imkan verilməsiylə bağlıdır. Bu tələbimiz yerinə yetirilməyib. Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən istefaya göndərildi deyə etirazın dayandırılması doğru olmaz. Fikrimcə, etiraz Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır. O ki qaldı Ruben Vardanyana, onun iki seçimi qalıb: ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənasız olduğunu anlayıb maliyyəsini və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək. Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz başa çatmayıb.

Ruben Vardanyan aldadıldığını (Kreml göndərdi, ancaq arxasında dayanmadı) və zərbə aldığını (yerli separatçılar ona əvvəlcə “vəzifə” verdilər, bir neçə ay sonra atdılar bayıra) anlayıb. “Qarabağda yaşayan ermənilərin hamıya - ədalətə, hakimiyyətə və gələcəyə inamları itib” deyən Vardanyan inam olmadan mübarizənin nəticə verməyəcəyini bildirib. Vardanyanın bu sözləri acı etirafdır. O faktiki Qarabağ separatçılarının Ermənistan və dünyadakı erməni lobbisi ilə birgə Azərbaycana qarşı mübarizəsinin nəticə vermədiyini demək istəyib. Ancaq beyin bütün hallarda zəhərlidir. Vardanyan çıxışının son cümləsində Qarabağ ermənilərini “müstəqillik” yolundan dönməməyə çağırıb”.

REAL Partiyasının sədr müavini Natiq Cəfərli:

“Vardanyan faktiki olaraq İlham Əliyevin qərarı ilə vəzifədən azad olundu – bu həm Qarabağda yaşayan erməni əslilli azərbaycanlılarla icmalararası dialoqun başlanması, həm ekoaksiyanın dayandırılması, həm də Kremlin bölgəmizdə oyunlarının pozulması üçün vacib addımdır. Böyük qələbələr kiçik addımlarla olur”.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest