Kreml niyə Zəngəzur dəhlizini aça bilmir? - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 107
25 fev 2023 | 17:35
Kreml niyə Zəngəzur dəhlizini aça bilmir? - İNCƏLƏMƏ...


“Rusiyanın Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması məsələsində mövqeyi ekstraterritorial dəhlizlər məntiqinə yaxın gəlmir”.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin belə deyib. Kopırkin bildirib ki, Moskvanın bu məsələyə yanaşmasını Ermənistanla Azərbaycan arasında kommunikasiyaların blokdan açılması və sərhədin delimitasiyası üzrə komissiyanın rusiyalı həmsədri, Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk dəfələrlə və çox aydın şəkildə açıqlayıb.

“Heç bir dəhliz məntiqindən söhbət gedə bilməz”, - deyə diplomat bildirib.

Kopırkin əlavə edib ki, o, həmkarı, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun bir müddət əvvəl verdiyi açıqlamalarla tanışdır. Boçarnikov dəhliz və dəhliz məntiqindən danışmayıb.

“Onun danışdıqları 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunub. Söhbət regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasından gedir. Bu isə bütün tərəflər tərəfindən qəbul edilən fəlsəfə, məntiq və ifadədir”, - deyə diplomat əlavə edib.

Boçarnikov bir müddət əvvəl Azərbaycan mətbuatına müsahibəsində regional kommunikasiyalarla bağlı sualı cavablandırarkən bildirib ki, bu məsələ ilə məşğul olan baş nazirin müavinləri səviyyəsində həm biznes maraqları, həm də texniki məsələlər üzrə artıq yüksək anlaşma səviyyəsinə çatmış üçtərəfli işçi qrupları yaradılıb. Bu baxımdan, Boçarnikov nəqliyyat marşrutlarının blokdan çıxarılması layihəsini kifayət qədər mümkün adlandırıb. Qeyd edək ki, Sergey Kopırkin bununla rəsmi olaraq Zəngəzur dəhlizinə qarşı çıxıb. Bu isə Rusiyanın Zəngəzur dəhlizinə münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsi deməkdir.

Ancaq Rusiyanın bu yanaşmasında paradoks müşahidə olunur. İlk növbədə, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında yolun açılması 2020-ci ilin 10 noyabr Bəyanatının 9-cu bəndində nəzərdə tutulub. Həmin sənədi Azərbaycan və Ermənistanla yanaşı, Rusiya da imzalayıb. Ona görə də Zəngəzurdan nəqliyyat və kommunikasiyaların açılmasını Ermənistandan tələb etmək həm də Rusiyanın üzərinə düşür. Dəhliz məntiqinə gəlincə, bu statusu təsbit edən elə Rusiyadır.

Üçtərəfli bəyanatda dəhliz ifadəsi işlənməsə də, 9-cu bəndə əsasən, yolun Ermənistan ərazisindən keçən hissəsinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir. Bu isə eksterritorial dəhliz deməkdir. Ermənistan bunun qarşısını almaq üçün Zəngəzur dəhlizində sərhəd və gömrük nəzarətinin tətbiqini təklif edir. Rusiya hökuməti həmin ərazidə Ermənistanın suverenliyini tanıdığını bəyan etsə də, təhlükəsizliyə nəzarət hüququnu əlində saxlamağa çalışır.Yəni Rusiya Ermənistanın sərhəd və gömrük məntəqələrinin dəhlizin giriş və çıxış hissələrində quraşdırılmasına razıdır. Rusiya qoşunları tərəfindən mühafizə olunan yolun 45 kilometrə yaxın hissəsində isə Ermənistanın əraziyə nəzarət hüququnu tanımır. Bu isə dəhliz deməkdir. Əks təqdirdə, səfirin açıqlaması Rusiyanın yolun təhlükəsizliyinə nəzarət hüququnu Ermənistanla paylaşması kimi başa düşülə bilər.

DİA.AZ-ın məlumatına görə, politoloq İlqar Vəlizadə “Cümhuriyət”ə bildirib ki, Rusiya Zəngəzurdan keçən kommunikasiyaların açılmasında maraqlıdır. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və xarici işlər naziri Sergey Lavrov da bunu dəfələrlə bəyan edib. Ekspert hesab edir ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması dəhliz məntiqinə uyğun reallaşa bilər. Ermənistan bunu bildiyinə görə Zəngəzur dəhlizinin açılmasına mane olur:

“Rusiya səfirinin həmin sözləri daha çox Ermənistanın xoşuna gəlmək üçün deyib. Əslində, Rusiyanın mövqeyi dəhliz məntiqinə uyğundur.Yəni dəhliz müəyyən şərtlər daxilində yaradılır. Şərtləri kommunikasiyalaradan istifadə edən ölkələr təmin edir. Sadəcə olaraq, xəstə erməni təxəyyülünü yumşaltmaq, yaxud onları sakitləşdirmək üçün belə ifadələr işlədilir. Amma məsələnin mahiyyətinə baxsaq, bunun yalnız dəhliz olduğunu görə bilərik. Buna başqa ad vermək mümkün deyil. Üçtərəfli bəyanata uyğun olaraq, Rusiya Zəngəzurdan keçən kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir. Bu isə Ermənistanın deyil, Rusiyanın səlahiyyətinə daxildir. Digər tərəfdən, Ermənistan Cənubi Qafqaz Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətini Rusiyanın konsessiyasına verib. Yəni Ermənistan Dəmir Yolları Rusiya Dəmir Yollarının QSC-nin törəmə şirkətidir. Bu müqavilə ilə Ermənistan suveren hüquqlarını məhdudlaşdırıb.

Bunu Rusiya da başa düşür. Sadəcə olaraq, ermənilərin “saqqızını oğurlamaq” üçün deyirlər ki, bu, dəhliz deyil. Amma iş başlasa, dəhlizin reallaşması istiqamətində addımlar atılacaq. 10 noyabr Bəyanatı Ermənistanın qarşısına qoyulacaq və öhdəliyi yerinə yetirmək tələb ediləcək. Onlara başa salacaqlar ki, bu sənəddə sənin imzan var, bizim də maraqlarımız bundan ibarətdir. Ona görə də Kopırkinin açıqlaması heç nəyə təsir etmir. Zəngəzur dəhlizinin açılmasını ləngidən səbəblər var. Bu istiqamətdə işlər hələlik yolun Azərbaycan hissəsində aparılır. Azərbaycan öz işlərini tamamladıqdan sonra Ermənistana təzyiqlər artacaq. Eyni zamanda, Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb. Rusiya diqqəti daha çox Ukrayna məsələsinə yönəldir”.

Rusiyanın Zəngəzur dəhlizinə qarşı çıxması həm də başqa bir səbəblə izah edilir. 2020-ci ildən fərqli olaraq, Qərb bazarlarına çıxışı bağlanan Moskvanın indi daha çox Rusiya-İran-Hindistan marşrurtu üzrə Şimal-Cənub nəqliyyat dəhlizinə üstünlük verdiyi bildirilir. Yəni Rusiya Çinlə Avropa arasında ticarət əlaqəsini təmin edəcək “Bir kəmər-Bir yol” layihəsinin Ukrayna müharibəsi ilə əlaqədar şimal dəhlizi artıq sıradan çıxıb. Hazırda Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyədən keçən Orta dəhliz daha aktualdır. Bu, həm məsafə, həm də infrastruktur baxımından daha əlverişlidir. İranın sanksiyalar altında olması sözügedən layihənin Cənub dəhlizindən istifadəyə mane olur. Ona görə də İran Orta dəhlizin reallaşmasını əngəlləmək üçün Zəngəzur dəhlizinə qarşı çıxır. Rəsmi Tehranın Ermənistanla yaxınlaşması və Azərbaycana təzyiqləri artırması da bununla bağlıdır. Bu məsələyə Çinlə-Hindistan arasında mövcud olan rəqabət də təsir göstərir.

Yəni Hindistanın Ermənistana silah satması Çinlə Avropa arasında yükdaşımaları təmin edəcək Orta dəhlizdə münaqişə yaratmağa hesablanıb. Bunun qarşılığında İran yüklərin Fars körfəzindəki Bəndər Abbas limanından Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu ilə Yunanıstana və Bolqarıstana daşınmasını təklif edir. Ancaq nə İranın, nə Ermənistanın, nə Gürcüstanın bu layihəni maliyyələşdirməyə vəsaiti var. Öz növbəsində, İrandan Ukraynadakı müharibədə istifadə etmək üçün zərbə dronları və ballistik raketlər alan Rusiyanın Zəngəzur dəhlizi məsələsində güzəştə getdiyi açıq hiss olunur. Rusiya daha çox Azərbaycan və Xəzər dənizi üzərindən İranla ticarət əlaqələrinə üstünlük verir. Yəni səfir Kopırkinin açıqlaması Rusiyanın hazırkı mərhələdə Orta dəhlizə qarşı çıxması kimi də şərh oluna bilər. İlqar Vəlizadə bildirdi ki, Zəngəzur dəhlizindən istifadə Rusiyanın maraqlarına cavab verir. Ancaq Ukraynadakı müharibə Rusiyanın Ermənistana təsirlərini zəiflətməklə yanaşı, həm də prioritet məsələyə çevrilib:

“Əslində, Rusiya öz yüklərini Gürcüstan və Azərbaycan vasitəsilə Türkiyəyə ötürür. Hətta statistikaya baxsaq, daşımaların həcminin artdığını görmək olar. Rusiya Zəngəzur dəhlzinin açılmasında maraqlıdır. Çünki bu dəhliz açılsa, Rusiya yolun Ermənistan hissəsində ağalıq edəcək. Rusiyanın Qərb bazarlarına çıxışı bağlandığına görə Moskva yükdaşımaların diversifikasiyasına üstünlük verir. Yəni Rusiya həm Şərq-Qərb, həm İran vasitəsilə Şimal-Cənub dəhlizindən istifadə etməkdə maraqlıdır. Bu dəhlizlər müxtəlif coğrafiyaları əhatə edir. Zəngəzur dəhlizi də Türkiyəyə və oradan Aralıq dənizi bazarlarına çıxışını təmin edir. Şimal-Cənub dəhlizi isə İran üzərindən Hind okeanına çıxış imkanı verir.

Yəni hər iki coğrafiyada Rusiyanın maraqları var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın sonunda Bakıya səfər edəcək. Bu məsələ ilə bağlı danışıqların olacağı istisna edilmir. Prosesi ləngidən tərəf Ermənistandır. Rusiyanın Ermənistanda imkanları kifayət qədərdir. Ancaq tam nəzarət edə bilmir. Əgər Rusiya Ermənistana nəzarət edə bilsəydi, Paşinyan Avropa İttifaqının missiyasını sərhədə gətirə bilməzdi. Görünür, Ukraynadakı müharibə nəticəsində Rusiyanın regionda təsiri azalıb. Digər tərəfdən, Rusiya Ermənistanla açıq qarşıdurmaya getmək istəmir. Əks halda, bu gərginlik Rusiyanın regiondakı mövqelərini zəiflədəcək. Rusiya hazırda diqqətini daha çox Ukraynaya yönəltməyə üstünlük verir”.
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR