“Bacılar” İttifaqı Rusiyaya qarşı və Qarabağ məsələsi... - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 112
20 fev 2023 | 13:57
“Bacılar” İttifaqı Rusiyaya qarşı və Qarabağ məsələsi... - İNCƏLƏMƏ...


Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında çıxışının əsas hissəsini Rusiyaya düşmənçilik və Ermənistana dostluq mesajları üzərində qurub. Makron çıxışında Rusiyanı qeyri-sabitliyin və xaosun mənbəyi kimi təqdim edib. Həmçinin Fransanın Ermənistanın yanında olmağa davam edəcəyini vurğulayıb.

Sitat: “Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiya həll edəcəyinə kimsə necə inansın? Mən dostum baş nazir Paşinyanın qarşısında deyirəm, onun yanında dayanmağa davam edəcəyik”. Makronun bu çıxışından bir daha aydın olur ki, Fransa bölgədə Rusiyaya qarşı ittifaq formalaşdırır və bu prosesdə Ermənistan aparıcı rol oynayır.

“Bacılar” İttifaqı Rusiyaya qarşı

Faktlar sübut edir ki, Fransa tarix boyu heç bir ölkəyə təmannasız “bacılıq” etməyib. Makron da Paşinyana təmənnasız “bacılıq” etmir. Makronun “dostum Paşinyan” ifadəsinin altında çox mətləblər, kirli imperialist maraqlar yatır. Tarix boyu qanlı hadisələr törədən Fransa, islamafob və türkəfob siyasət yürüdən Makron hakimiyyəti Cənubi Qafqazda hədəflənən uzunmüddətli sülhə hansı töhfəni verə bilər? Təbii ki, heç bir.

Fransanın Cənubi Qafqaz siyasəti bölgədəki problemlərin həllini, Ermənistanla Azərbaycan arasında sülh prosesinə töhfə verməyi hədəfləmir. “Bacılar” İttifaqının əsas məqsədi bölgədə hərbi gərginliyi aktiv saxlamaq və Rusiyanın regiondan sıxışdırılması üçün əlverişli şərait formalaşdırmaqdır. Makron “Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiya həll edəcəyinə kimsə necə inansın?” ifadəsi ilə bölgədən Moskvaya qarşı cəbhə açdıqlarını rəsmi şəkildə elan etmiş oldu.

Təbii ki, bu cəbhənin mərkəzində Ermənistan var. Yəni Ermənistan Fransa tərəfindən Qərb-Rusiya qarşıdurmasında plasdarm kimi istifadə olunur.
Hədəfə çatmaq üçün ilk növbədə Rusiyanın Ermənistandakı hərbi və siyasi təsiri azaldılmalıdır. Paris bu məsələdə Avropa İttifaqı missiyasından çox məharətlə istifadə edir. Biz artıq Fransanın Paşinyanın razılığı ilə bölgəyə Ermənistandan daxil olduğunu və İrəvanda anti-Rusiya meyillərinin artdığını müşəhidə edirik.

Məsələn, “Azərbaycan-Ermənistan sərhəddində gərginlik var” bəhanəsi ilə bölgəyə yerləşdirilən Aİ missiyası gəldikdən sonra Rusiyanın hərbi bazasının, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan Respublikasındakı Sərhəd İdarəsinin tez bir zamanda Ermənistandan çıxarılacağı ilə bağlı fikirlər səsləndirilir.

“Bacılar” İttifaqında “yanan” Ermənistan olacaq

Məlumdur ki, Ermənistan hakimiyyəti Fransanın anti-Rusiya layihələrinə loyal münasibət göstərməsə, Paris Cənubi Qafqaza bir addım belə ata bilməz. Amma Paşinyan anti-Rusiya ittifaqında iştirak etməkdən çox məmnundur. Makron yuxarıda sadalanan hədəflərinə çatmaq üçün Paşinyanın başını sığallayır, “dostumsan” deyib yanına çəkir və öz imterialist niyyətlərini Ermənistan, erməni xalqı üzərindən həyata keçirir. Təbii ki, Fransa üçün Ermənistanın, erməni xalqının taleyi o qədər də maraqlı deyil.

Dünya Fransanın Afrikanın şimalında və cənubunda hakimiyyət qurduğu 20-dən çox ölkədə hansı qətliamlar törətdiyindən, Seneqal, Fildişi Sahili və Benində təşkil etdiyi qul ticarətindən yaxşı xəbərdardır. Fransanın Afrikada törətdiyi cinayətlər nəticəsində 2 milyondan çox insan həyatını itirib. Ruandada 800 min Tutsinin öldürüldüyü soyqırımı törədən də Fransadır.

Rəsmi Paris Tunisdən Toqoya, Malidən Kameruna zəngin Afrika torpaqlarını bu gün də talan edir. Paris hələ də 14 Afrika ölkəsinin milli sərvətini öz əlində tutur. Mədənlərindən çıxan təbii sərvətlərdən əldə olunan maliyyə Fransaya daşıyır. Hər il Afrika dövlətlərinin təbii sərvətlərinin satışından Fransanın dövlət büdcəsinə 500 milyard dollara yaxın vəsait daxil olur.

Parisdən minlərlə kilometr uzaqda yerləşən Ermənistan da Fransa üçün yuxarıda sadalanan ölkələrdən biridir.

Ona görə də Parisin Qafqaz həmləsində “yananın” Ermənistan, ümumilikdə erməni xalqı olacağını indidən proqnozlaşdırmaq olar. Çünki Kremlin “Bacılar” İttifaqına münasibəti, İrəvana təsir rıçaqları məlumdur.
Elvin Səxavətoğlu //TREND//
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest