Kreml Qarabağ məsələsində Ağ Evi ittiham edir - Görünəni budur...
Siyaset
Oxunub: 100
18 fev 2023 | 12:00
Kreml Qarabağ məsələsində Ağ Evi ittiham edir - Görünəni budur...


Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesini pozmaqda ittiham edir.

Reyting.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə danışıb.

“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərinin qarşısını ABŞ başda olmaqla, Qərb ölkələri alıb”,- deyən M. Zaxarovanın sözlərinə görə, məhz bu səbəbdən ATƏT-in Minsk qrupu formatı “tarixin zibilliyinə” göndərildi.

“Minsk qrupunun amerikalı və fransalı həmsədrləri 2022-ci ilin fevralında uydurma bəhanələrlə rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırandan sonra bu format yararsız vəziyyətə gətirildi. Onlardan bununla bağlı aydın, ağlabatan heç bir izahat və ya açıqlama eşitmədik. Bunu nəzərə alaraq, biz aramızdakı mövcud razılaşmalara söykənərək, üçtərəfli format çərçivəsində diqqətimizi Bakı və Yerevana yardım göstərmək üzərində cəmlədik”,- Zaxarova bildirib.

P.S. Bu məqamda xanım Zaxarovaya xatırlatmaq istərdik ki, məlum münaqişəni həll etmək missiyasını boynuna götürən ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi, Rusiya təmsilçisi də 26 il ərzində (Minsk qrupunun həmsədrlik institutu 1994-cü ilin dekabrında ABŞ və Rusiyanın iştirakı ilə yaradıldı, Fransa qrupa bir il sonra qoşuldu) Bakıya və İrəvana etdiyi onlarca deyil, bəlkə də minlərlə səfərlərində sadəcə rəsmi qəbullarda boş və bəlağətli siyasi ritorika və qeyri-rəsmi hissədə milli mətbəximizin kabab təamları ilə vaxtı uzatmağa, münaqişəni uzun müddətə dondurmağa çalışdılar. Minsk qrupunun “tarixin zibilliyinə” göndərilməsinin əsas səbəbi də, Vaşinqtonun yersiz müdaxiləsi yox, məhz bu oldu.
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO