Bakının irəli sürdüyü şərtlər qəbul olunarsa, regionun ab-havası dəyişəcək - FAKT BUDUR!
Siyaset
Oxunub: 107
17 fev 2023 | 21:47
Bakının irəli sürdüyü şərtlər qəbul olunarsa, regionun ab-havası dəyişəcək - FAKT BUDUR!


Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” Partiyasının nümayəndələri ilə gecə saatlarında təcili toplantı keçirib. Görüş təxminən bir saat davam edib. Təfərrüatlar barədə ətraflı məlumat verilməsə də, təcili görüşün səbəbinin Azərbaycanla bağlı olduğu deyilib. "Joxovurd” qəzetinin məlumatına görə, görüşdə Azərbaycanın sülh müqaviləsinin mətni ilə bağlı son təkliflər müzakirə edilib. Paşinyan və hakim partiya üzvləri bu barədə fikir mübadiləsi aparıblar. Bundan sonra baş nazir danışıqların mümkün qədər tez başa çatdırılmasının, həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib.

Paşinyan Ermənistan Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdıraraq Bakıya göndərdiklərini söyləyib. O həmçinin qeyd edib ki, sənəd ABŞ, Fransa və Rusiyaya da göndərilib. Xatırladaq ki, bir neçə gün öncə Ermənistan tərəfi Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər aldığını demişdi. Xarici işlər naziri Ararat Mirzoyan İrəvanın təklifləri nəzərdən keçirdiyini, mətn üzərində işlədiyini bildirmişdi. Bundan əvvəl də tərəflər arasında sülh müqaviləsi ilə bağlı qarşılıqlı təkliflər mübadiləsi baş tutmuşdu.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Şərq"ə bildirib ki, 44 günlük müharibədən bu yana Ermənistan sülh müqaviləsi prosesindən qaçmağa çalışıb. Partiya rəhbəri qeyd edib ki, İrəvan hökuməti bütün vasitələrdən istifadə edərək sülh prosesini, müzakirələri müddətsiz uzatmağa cəhd göstərib:

"Problem ondadır ki, Ermənistan rəhbərliyinin ritorikası dəyişkəndir. Bu gün verdikləri hansısa bəyanat dünənki açıqlama ilə daban-dabana zidd olur. Rəsmi Bakının sülh müqaviləsi ilə bağlı mövqeyi qəti və konkretdir. Öz şərtlərimizi, ilkin tələblərimizi 5 əsas baza prinsipi altında İrəvana təklif etmişik. İlk vaxtlar Ermənistan tərəfi təklif edilən şərtlərin normal olduğunu, müzakirələrdə problem yaranmayacağını bildirmişdi. Lakin bir müddət sonra sənəddə "çatışmazlıqlar" üzə çıxartmağa başladılar. Əslində, Ermənistan tərəfi yaxşı anlayır ki, irəli sürülmüş şərtləri qəbul etməkdən başqa çıxış yolu yoxdur. Sərhədlərin dəqiq müəyyənləşməsi, nəqliyyat və digər kommunikasiya xətlərinin işə düşməsi, bu və ya digər formada əməkdaşlıq ilk növbədə Ermənistanın özü üçün zəruridir. Bu sülh müqaviləsi həm də İrəvan-Ankara münasibətlərinin düzəlməsi, sərhədlərin açılması, iqtisadi əlaqələrin də yaranması deməkdir. Paşinyan hökuməti bunun fərqindədir. Ancaq bəlli səbəblərdən bu istiqamətdə irəliyə doğru addım ata bilmirlər, atmırlar. Bunu edə bilmədikləri üçün özlərini sülh müqaviləsi prosesində, guya, "maraqlı tərəf", "aktivlik nümayiş etdirən tərəf" kimi təqdim etməyə çalışırlar".

A.Əlizadə vurğulayıb ki, Paşinyanın anti-Rusiya siyasəti, Qərbə yönəlik addımları Moskvanı əməlli-başlı hiddətləndirib:

"Kreml Cənubi Qafqaz bölgəsinə, xüsusən Azərbaycan-Ermənistan sərhədinə Avropa İttifaqına məxsus hərbi missiyasının göndərilməsinə ciddi surətdə qarşı çıxır. Bu, heç də Rusiyanın maraqlarına xidmət etmir və rəsmilər İrəvanı kəskin tənqid edirlər. Paşinyan sülh müqaviləsi prosesində "aktivlik" göstərməklə, müzakirə etdikləri sənədi Rusiyaya da göndərməklə bir növ imitasiya ilə məşğul olur. Yaranacaq hər hansı məsuliyyəti vaxtında öz üzərindən atmaq niyyəti güdür. O baxımdan düşünmürəm ki, yaxın zamanda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini imzalamaq mümkün olacaq. Ən azından rəsmi Bakının irəli sürdüyü şərtlər daxilində bunu reallaşdırmaq mümkün olmayacaq. Yekun və hərtərəfli sülh müqaviləsi üçün hələ çox vaxt lazımdır. Praktika göstərir ki, Ermənistanın yola gəlməsi üçün növbəti zərbə lazım olacaq. İrəvanı güc tətbiq etməklə yeni sənəd imzalamağa məcbur etməliyik. Əks halda Ermənistan Qərb və Rusiya arasında get-gəldə, söz oyunundan və siyasi manevrlərdən əl çəkməyəcək".
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO