Azərbaycan ətrafında nə baş verir? - Böyük oyunun şifrəsi çözülür...
Siyaset
Oxunub: 100
11 fev 2023 | 12:00
Azərbaycan ətrafında nə baş verir? - Böyük oyunun şifrəsi çözülür...


2020-ci ildən başlayaraq Azərbaycan qlobal siyasi maraqların kəsişdiyi və həm də toqquşduğu mərkəzlərdən birinə çevrildi. Hələ o zaman bəlli idi ki, artıq “Üçüncü Dünya Müharibəsi”nə start verilib. Aydın olan həm də o idi ki, savaşın əsas predmeti qlobal daşımalar üçün zəruri olan kommunikasiyalardır.

Bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, burada söhbət əsasən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindən keçən və keçməli olan daşımalardan gedir:

“Birinci dəhliz Çin-Avropa, ikinci isə Rusiya-Hindistan iqtisadi-ticari əlaqələrini təmin etməlidir. İkinci dəhliz həm də birincini kəsmək, ona nəzarət və ya təsir etmək üçün zəruridir. Çünki indiki geosiyasi reallıqda Rusiya özünü qlobal güc kimi yalnız həmin şərtlər çərçivəsində təsdiq edə bilər. Ukrayna müharibəsindəki uğursuzluğun ardınca isə Rusiyanın bu ehtiyacı daha da artır. Həm də ona görə ki, sərt sanksiyalara məruz qalan Rusiya indi öz iqtisadi-ticari əlaqələrinin prioritetlərinə yenidən baxmalıdır.

Burada da seçim sanksiyalara məruz qalmış başqa bir dövlət olan İran və dünyanın iqtisadi güclərindən olan Hindistanın üzərinə düşür. Şimal-Cənub dəhlizinin açılması həm də Rusiyanın yüz illərdir çalışdığı isti dənizlərə çıxmaq strategiyasını təmin etmiş olardı. Mübarizənin indiki mərhələsində geosiyasi konstruksiya da həmin hədəflər ətrafında formalaşır və nəticədə bir tərəfdən İngiltərə-Türkiyə-Azərbaycan-Pakistan, digər tərəfdən isə Rusiya-İran-Hindistan koalisiyaları formalaşır. Əlbəttə, bu koalisiyalarda başqa dövlətlərin də iştirakı var, amma əsas sual doğuran Çinin hansı tərəfdə olmasıdır.

Sualın cavabı hansı layihənin daha çox Çinin iqtisadi maraqlarını təmin etməsindədir. Hindistanla həm hərbi-siyasi, həm də iqtisadi rəqib olan Pekin eyni zamanda Rusiya və İranla da isti münasibətlərə malikdir. Əvvəla ona görə ki, Rusiya kimi bazarı itirmək istəmir, ikincisi isə İran onun “Bir Yol, Bir Kəmər” strategiyasında tərəfdaş kimi nəzərdən keçirilir. Digər tərəfdən isə Çin həm də son aylar daha açıq şəkildə gündəmə gələn Orta Dəhliz layihəsində maraqlıdır”.

Ərəstun Oruclu qeyd edib ki, həmin dəhliz Çin-Avropa əlaqələrini Mərkəzi Asiya–Xəzər dənizi-Cənubi Qafqaz–Türkiyə üzərindən keçməklə təmin etməlidir:

“Həmin dəhlizin son dövrlər daha da aktuallaşması isə Qərb-Rusiya (Ukrayna savaşı ətrafında) və Qərb-İran (Tehranın nüvə proqramı ətrafında) münasibətlərindəki gərginliyin artan xətt üzrə getməsindən qaynaqlanır. Bu mənada təsadüfi deyildi ki, keçən ilin dekabrında Orta Dəhliz mövzusunda Bakıda keçirilən beynəlxalq forumun ardınca İlham Əliyev yanvarda Davos İqtisadi Forumunda həmin mövzuda panel müzakirəsinə qatılmışdı və həm də Çinin dövlət televiziya kanalında müsahibə vermişdi.

Deməli, Pekin əslində nəinki həmin dəhlizə qarşı deyil, hətta onun işləməsində maraqlıdır. Amma həmin dəhlizin işləməsində maraqlı olan supergüc təkcə Çin deyil, həm də Böyük Britaniya və yüksək ehtimalla ABŞ-dır. Güclərin belə nisbətdə paylanması isə Şimal-Cənub dəhlizində maraqlı olan tərəfləri Orta Dəhlizin işləməsinə sakit yanaşmağa razı sala bilməz.

Son dövrlər Azərbaycan ətrafında baş verənlər də elə məhz həmin rakursdan nəzərdən keçirilməlidir. Həm də ona görə ki, Orta Dəhlizin açılması və işləməsi təkcə sadalanan ölkələrin deyil, həm də bir sıra kontinental Avropa ölkələrinin planlarına uyğun gəlmir.

Fransanın bu məsələdə xüsusi səylər göstərməsi təkcə dəhlizlər məsələsi deyil, çünki əslində iqtisadi maraqlar baxımından Orta Dəhliz Paris üçün də əlverişlidir. Amma Fransanın indiki siyasətində başlıca prioritet öz fövqəldövlət statusunu qoruyub saxlamaqdır. Elə həmin səbəbdən də sözdə Rusiya ilə sərt polemikalar aparan Fransa işdə Moskva-İrəvan-Tehran üçlüyünü tərəfdaş kimi görür. Amma Moskva-Paris münasibətlərindəki gərgin və bəzən sərt ittihamların səbəbi təkcə ritorika məsələsi deyil, həm də onların Cənubi Qafqazla bağlı maraqlarının toqquşmasındadır.

Bölgədə fiziki iştiraka malik olmayan Paris özünün və Avropa Birliyinin siyasi-diplomatik resurlarından yararlanmağa çalışdığı halda, Moskva faktiki region dövlətidir, onun Cənubi Qafqaza təsir imkanları isə müqayisə olunmaz dərəcədə böyük və çoxşaxəlidir”.

Ekspert bildirib ki, Cənubi Qafqazı özünün maraq dairəsi kimi nəzərdən keçirən Rusiya digər regional və qlobal güclərin bölgəyə təsirinin qarşını bütün mümkün vasitələrlə almağa çalışır:

“Elə həmin səbəbdən də Moskva bu məsələdə daha çox Tehranı özünə tərəfdaş bilir və hesab edir ki, bölgənin taleyi bu gün də 200 il əvvəl olduğu kimi Rusiya ilə İran arasında müəyyən olunmalıdır. Xatırladım ki, istər 200 il (Rusiya-İran müharibəsi), istərsə də 100 il əvvəl (Rusiya İmperiyasının çökməsi və ardınca SSRİ-nin bərpası) baş verənlər məhz bölgəyə nəzarətin Rusiyanın əlinə keçməsi ilə başa çatmışdı. Bunu da qeyd etmək yerinə düşərdi ki, qlobal maraqlar və hədəflər də həmin dövrlərdə olduğundan xüsusilə fərqlənmir.

Yaranmış vəziyyət Azərbaycan üçün riskləri artırır, amma bir o fərq var ki, hazırda bölgə ona yönələn maraqlar baxımından nə 200, nə də 100 il əvvəlki durumdadır. İndiki halda Azərbaycan tək deyil, onunla iqtisadi və geosiyasi maraqları üst-üstə düşən qlobal güclər var və geosiyasi estafetdə aparıcı rollar da hazırda onlardadır”. //Teleqraf.com//
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq