Azərbaycana qarşı birgə hərbi təxribata hazırlıq? - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 115
11 fev 2023 | 12:23
Azərbaycana qarşı birgə hərbi təxribata hazırlıq? - NƏ BAŞ VERİR?


İran rejiminin Azərbaycana qarşı terror fəaliyyətini genişləndirdiyinə dair yeni informasiyalar ortaya çıxıb.

Hətta bu dəfə İran İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycan ərazisinə Ermənistanla birgə hücum təşkil edə bilər. “Trend” informasiya agentliyinin bununla bağlı diplomatik mənbələrə istinadən yaydığı məlumatın reallığa yaxın olmasını ekspertlər də təsdiq edir. Qeyd edilir ki, Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.

Məlumata əsasən, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Zəngəzur bölgəsində yerləşdirilib və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır. Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.

Bir sözlə, Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar var. Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək.

Azərbaycan ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Zəngəzura SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər.

Bu zaman İranın “Şahid” kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür. Həmçinin qeyd edilir ki, döyüşlərə Ermənistandan olan diversantlar da qoşulacaq. Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı Avropa İttifaqının missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Həmçinin sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.

Bu baxımdan, 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan xarici işlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olub. Ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqləyir.

Onu da xüsusi qeyd edək ki, Azərbaycana qarşı silahlı təxribat törətmək üçün nəzərdə tutulan vaxt təsadüfi seçilməyib. Ermənistan və İran hesab edir ki, fevralın 6-da baş verən dəhşətli zəlzələ ilə əlaqədar daxili problemlərin həllinə başı qarışan Türkiyə mövcud şəraitdə prosesə müdaxilə edə bilməyəcək. Ona görə də onlar əlverişli şansdan istifadə etməyə çalışaraq Azərbaycana qarşı çoxdan planlaşdırılan təxribatları həyata keçirmək istəyirlər.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət”ə bildirib ki,İran həm işğal dövründə, həm müharibədə, o cümlədən indi Azərbaycana qarşı mübarizədə Ermənistana yardım edib. Məqsəd isə Azərbaycan dövlətini zəiflətmək, müxtəlif məsələlərlə başını qatmaqdır.

Ona görə də Ermənistanın və İranın Azərbaycana qarşı hərbi təxribat hazırlaması mümkündür:

“İran hakimiyyəti Azərbaycanın daxilində dindar insanları dövlətin üzərinə qaldırmağa, “5-ci kolon” formalaşdırmağa, dövlət çevrilişi etməyə, İranyönlü qüvvələrin əli ilə xaos yaratmağa, Qarabağ iqtisadi rayonunun ərazisinə 14 və 13 nəfərdən ibarət iki diversiya qrupu göndərməklə təxribat törətməyə cəhd etdi. Lakin bunların heç biri nəticə vermədi. Ona görə də Ermənistan ərazisindən Azərbaycana qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır. Bu hücumu da ermənilərin adı ilə Qubadlı və Laçın istiqamətində həyata keçirmək istəyirlər.

Çünki həmin istiqamətdə dövlət sərhəddi delimitasiya olunmayıb. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sərhəd müəyyənləşməyib. Azərbaycan da Ermənistandan gələn təhlükənin qarşısını almaq üçün həmin ərazilərdə bir sıra postlar yaradıb. Ermənistan da bu ərazilərə iddia qaldırır və Azərbaycanın həmin mövqelərdən çıxmasını tələb edir.

İran da bu məsələdə Ermənistanın mövqeyindən çıxış edir. Məsələn, Qafanda sərhəd müəyyənləşməyib. Lakin İran Qafanda Baş konsulluq açıb. Yəni İran Ermənistanın guya ərazi bütövlüyünün təmin olunması adı altında müxtəlif təxribatlara əl atmağa hazırlaşır. Bu məlumatın indi elan edilməsi də səbəbəsiz deyil. İran hesab edir ki, Türkiyənin başı zəlzələnin yaratdığı fəlakətə qarışıb. Guya Tehran hakimiyyəti “Türkiyə Azərbaycana dəstək verə bilməz” kimi xülya ilə çıxış edir. Bunu düşünərək Azərbaycana qarşı belə bir təxribata əl atmaq fikrinə düşüblər. Amma İran rejiminin indiki halda belə bir addımı atacağı inandırıcı deyil.

Ola bilsin ki, təxribata hazırlıq görülür, yaxud Azərbaycan buna reaksiya vermir. Amma belə hərbi əməliyyatın baş verməsi Azərbaycanİran münasibətlərini tamamilə kəsə bilər. İran Yəməndə, İraqda, Livanda, Fələstində həyata keçirdiyi pozuculuq fəaliyyətini Azərbaycanda da törədə bilər. İran Suriya ərazisindən İsrailə, Yəməndən Səudiyyə Ərəbistanına, İraqda və Suriyadan Türkiyəyə qarşı fəaliyyət göstərir”.

O bildirib ki, əgər İran qeyd edilən təxribatı törətsə, Ermənistan ərazisindən də Azərbaycana qarşı oxşar addımı atmış olar:

“Yəni İran Yaxın Şərqdə törətdiyi terrorçuluq və pozuculuq fəaliyyətini Cənubi Qafqazda Azərbaycana qarşı həyata keçirmiş olar. Bu isə Cənubi Qafqazda maraqları olan dövlətlərin mənafeyinin tapdanması və regionun təhlükəsizliyinin təhdid olunması deməkdir. İranın Cənubi Qafqazda proksi müharibəyə başlaması Tühran hakimiyyətinə baha başa gələ bilər. Əlbəttə, İran hay-küy salıb bəzi addımlar ata bilər. Ancaq bunun davamını gətirməyə İranın gücü çatmaz. İran hansısa hərbi əməliyyatlara cəlb olunmaqla regionda müəyyən hadisələr törətmək istəyir. Ancaq bundan sonra İranın böyük müharibələrdə iştirak etməyə iqtisadi, siyasi, ictimai gücü çatmaz”.

Ekspert hesab edir ki, İran Ermənistan üzərindən Azərbaycana qarşı hərbi əməliyyat keçirsə, beynəlxalq ictimaiyyətin sərt reksiyası ilə qarşılaşacaq:

“İran Azərbaycana qarşı avtomobillərin Ermənistana məxsus dövlət nömrə nişanlarından istifadə edib. Azərbaycan dəyişdirilmiş həmin nömrə nişanlarının fotoşəklini İrana təqdim edib. Yaxud diversiya məqsədilə Azərbaycan ərazisinə göndərilmiş terrorçuların fotoları və barələrindəki məlumatlar İrana təqdim olunub. İranın Azərbaycana qarşı atdığı yaramaz addımları ifşa olunub. Beynəlxalq ictimaiyyət İrana qarşı diplomatik təcrid siyasətini həyata keçirə bilər.

Nəticədə, İran dünyadan təcrid oluna bilər. Yəni İrana qarşı yeni sanksiyaların tətbiq olunacağı istisna edilmir. Çünki Cənubi Qafqaz yalnız Azərbaycan-Ermənistan münasibətlərindən ibarət deyil. Bu regiondan böyük neft-enerji layihələri keçir. Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənubi Qafqaz regionu fəal iştirak edir. İran bu təhlükəsizliyi təhdid edərsə, beynəlxalq sanksiyalara məruz qalacaq”.
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb