Azərbaycanın sayəsində isinən Avropadan SOYUQ MÜNASİBƏT - Çörəyimizin DUZU YOXDUR...
Siyaset
Oxunub: 116
26 yan 2023 | 15:30
Azərbaycanın sayəsində isinən Avropadan SOYUQ MÜNASİBƏT - Çörəyimizin DUZU YOXDUR...


Dörd ölkə Avropa İttifaqından Azərbaycan qazının nəqlini təmin etməyi xahiş edib.

Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda təbii qaz hasilatının artması Macarıstanın və Mərkəzi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər

“Lakin bu, regionda müvafiq infrastrukturun inkişafını tələb edir ki, bunun qurulması üçün də Avropa İttifaqının dəstəyi lazımdır. Avropada yaranmış enerji böhranı səbəbindən Azərbaycanın enerji resurslarının vacibliyi artıb. Qısa və uzunmüddətli dönəmdə Avropanın enerji diversifikasiyasında Azərbaycandan idxal olunan qaz vacib rol oynaya bilər. Mümkün qədər tez zamanda Azərbaycanın resurslarından istifadə etmək bizim ölkəmizin marağındadır, lakin bunun üçün Cənub-şərqi və Mərkəzi Avropada lazımi infrastuktur qurulmalıdır”.

Nazir vurğulayıb ki, Bolqarıstan, Rumıniya və Slovakiya ilə Macarıstan bu məsələ ilə bağlı Avropa Komissiyasına müraciət edib.

Reallıq budur ki, Avropa enerji məsələlərinə görə də Azərbaycanla münasibətdə diqqətli olmalıdır. Sərsəm bəyanatlar verməkdənsə, Azərbaycanın bu sahədə də necə vacib bir rol oynadığı nəzərə alınmalıdır.

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, siyasi bəyanatlardan asılı olmayaraq, iqtisadiyyat öz siyasətini yürüdür:

“Bu günləri səsləndirilən siyasi bəyanatlar daha çox populizm üzərində qurulub. Onlar bunu əsassız polemikaya çevirərək siyasi ambisiyalarını dolayı yolla həyata keçirmək məqsədi güdürlər.

Yəni belə fikirlərin hər hansısa bir əsası yoxdur. Amma iqtisadi fikirlər və istək öz yerini tutur. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi istiqamətində mərhələli şəkildə qabağa gedir. Artıq bizim xüsusi çəkimiz xeyli artıb.

Yəni yuvarlaq olaraq Avropanın qaz təchizatının 2 faizini təşkil edirik. Bu, perspektivdə 4 faizə qədər arta bilər. İrimiqyaslı layihələrin həyata keçməsi və mövcud layihələrin şaxələnməsi ilə Macarıstan, Bolqarıstan, Albaniya və Slovakiya kimi ölkələri, İtaliyanın müəyyən bir həcmini təmin edə bilər.

Bunun üçün mövcud texniki imkanlarımız var və əsas göstərici də məhz budur. Digər ölkələr də bizim layihələrimizə qoşularsa və layihələrimiz şaxələnərsə, nüfuzumuz artacaq. Bununla da mərhələli şəkildə Azərbaycanın nüfuzu və əvəzolunmazlığı təmin ediləcək. Siyasi əsası olmayan və kiməsə xoş gəlməsi üçün verilən sərsəm bəyanatlar da öz qüvvəsini itirəcək. Bu, birmənalıdır”.

Ekspert əlavə edib ki, bu gün Azərbaycan Şərqlə Qərb arasında yeganə elastik dəhlizdir:

“Həmçinin, logistika ilə daşınan malların qısa zamanda getməsi qiymətəmələgəlmə prosesinə müsbət təsir edir. Bu gün perimetr boyu coğrafi xəritəyə baxdıqda, Rusiyanın şimalından İranın cənubuna qədər ən elastik dəhliz Azərbaycana məxsus olduğunu görürük. Azərbaycan ərazisi mövcud layihələri və kommunikasiya xətləri ilə ən cazibədar bir ərazidir”.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı