Azərbaycanın qızılını, Ukraynanın silahını oğurlayırlar: Ermənilər Varşava-İrəvan reysi ilə kəşfiyyat dronlarını necə daşıyır
Siyaset
Oxunub: 128
21 yan 2023 | 09:00
Azərbaycanın qızılını, Ukraynanın silahını oğurlayırlar: Ermənilər Varşava-İrəvan reysi ilə kəşfiyyat dronlarını necə daşıyır


Ermənilər Ukrayna ordusunun tərkibinə sızıb, Qərb ölkələrinin göndərdiyi bəzi silahları oğurlayırlar və Ermənistana göndərirlər... Üstəlik, Azərbaycanın təbii sərvətlərini də talan edən, belə rəzilliklərin müəllifi və icraçısı olan ermənilər bütün dünyada Ermənistanı zərərçəkən ölkə kimi təqdim etməyə çalışmaqla, beynəlxalq ictimaiyyəti də aldadırlar...

Ermənistanın siyasi-iqtisadi iqtisadi fırıldaqları artıq faktlarla ortaya çıxmağa başlayıb. Bu faktlar dünya ictimaiyyətinə çatdırıldıqca, Ermənistan siyasi propoqanda manipulyasiyaları da iflasa uğramaqda davam edəcək. Və bundan sonrakı dövrdə rəsmi İrəvanın beynəlxalq qurumları aldatması o qədər də asan olmayacaq.

Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın siyasi yalanları ilə yanaşı, iqtisadi cinayətləri barədə məlumatları ifşa etməyə başlaması olduqca böyük əhəmiyyət daşıyır. Hazırda Azərbaycan tərəfindən Rusiyaya təqdim etdiyi məlumatlar və faktlar ciddi şəkildə araşdırılır. Həmin məlumatlarda Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün istifadə etdiyi təsdiqlənib.

Maraqlıdır ki, Laçın yolunda ekofəalların etiraz aksiyasına münasibət bildirən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu mövzuda olduqca önəmli məqamlara toxunub. Xarici işlər naziri vurğulayıb ki, Azərbaycanın Qarabağ regionu təbii resurslar ilə olduqca zəngindir. Azərbaycanın bu bölgəsində təbii sərvətlərin talanması əsasən həmin ərazilərin Ermənistanın işğalı altında olduğu dövrdə baş verib. 151 faydalı qazıntı yataqlarının 52-si 1993-2020-ci illər ərzində qeyri-qanuni şəkildə istismar edilərək, talanıb. Üstəlik, ekologiyaya da ciddi ziyan vurulub: "Azərbaycanın təbii sərvətlərinin talanmasında Ermənistan ilə yanaşı, digər ölkələr də iştirak edib. Bizim bu barədə məlumatlarımız var".

Xarici işlər nazirinin bu açıqlaması ekofəalların etiraz aksiyasına qarşı Ermənistanın və bəzi ölkələrin qopardığı hay-küyün səbəbini anlamağa imkan verir. Bir tərəfdən ekofəalların aksiyası Ermənistanı və bəzi ölkələri Azərbaycanın təbii sərvətlərini talamaq hesabına əldə etdikləri nəhəng qeyri-qanuni qazancdan məhrum edib. Yəni, Ermənistan və onunla ortaq olan ölkələr Azərbaycanın təbii sərvətlərini talamaq, oğurlamaq imkanlarını itirmək istəmirlər. Digər tərəfdən, qeyri-qanuni talanmış yataqlarda araşdırmalar aparılacağı təqdirdə, beynəlxalq iqtisadi cinayətlərinin faktlarla sübuta yetiriləcəyindən artıq qorxurlar.

Ekofəalların etiraz aksiyası ilə bağlı daha bir önəmli məqam ondan ibarətdir ki, Ermənistan onilliklər boyu Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin talanması ilə yanaşı, həm də hərbi məqsədlər üçün də istifadə edib. Azərbaycanın Xankəndi və ətraf bölgəsində qeyri-qanuni qalan Ermənistan ordusunun tör-töküntüləri ilə bağlı Laçın yolu üzərindən canlı qüvvə rotasiyası reallaşdırılıb. Ermənistan bu marşrutdan silah-sursatın, o cümlədən, minaların Azərbaycan ərazisinə daşınması üçün istifadə edib.

İndi Azərbaycan ekofəalları Ermənistanın bu hərbi və iqtisadi cinayətlərinin qarşısını böyük ölçüdə ala biliblər. Onlar Laçın yolunda dinc istifadə imkanlarını deyil, Ermənistanın və erməni separatçı-terrorçuların hərbi-iqtisadi cinayətlərini bloklayıblar. Yəni, Azərbaycanın təbii sərvətlərinin oğurlanıb, talan edilməsinin qarşısı alınıb. Və yəqin ki, bundan sonra Ermənistana, rəsmi İrəvan ilə oğurluq ortağı olan bəzi ölkələrə, eləcə də erməni separatçı-terrorçulara hərbi-iqtidadi cinayət imkanları verilməyəcək.

Böyük ehtimalla yaxın vaxtlarda Ermənistan Azərbaycana qarşı törətdiyi dövlət səviyyəsində təbii sərvət oğurluğuna və talançılığına görə beynəlxalq məhkəməyə veriləcək. Erməni toplumunun oğurluq ənənəsini və vərdişlərini dövlət səviyyəsində talançılıq siyasətinə çevirən Ermənistanın bu iqtisadi cinayətlərə görə mütləq cəzalandırılması vacibdir. Çünki erməni toplumu onilliklər boyu qonşu xalqların torpaqlarını, yurd-yuvalarını, təbii sərvətlərini, milli-mədəni və tarixi irsini, ümumiyyətlə, qarşısına çıxan hər şeyi oğurlayır.

Hətta ermənilərin Ukrayna ordusundan belə, oğurluq etmələri barədə artıq inkaredilməz faktlar var. Belə ki, Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Ovakim Arutyunyan Ukrayna ordusundan silah-sursat qaçırıb, Ermənistana göndərdiklərini utanmadan və xüsusi lovğalıqla etiraf edib. O, bildirib ki, əsas məqsədləri Ermənistana kömək etməkdir.

Halbuki, dünya ölkələri hazırda Ukraynaya silah-sursat, hərbi texnika göndərir, bu ölkənin Rusiya ilə haqlı savaşında özünü müdafiə etməsinə dəstək verməyə çalışırlar. Ukraynada yaşayan ermənilər isə ordu sıralarına sadəcə, silah-sursat oğurlayıb, Ermənistana göndərmək üçün qatılırlar. Yəni, rəsmi İrəvan Ermənistan ordusunu parası ödənilərək, alınan deyil, öz ərazilərini Rusiyadan müdafiə edən Ukraynadan oğurlanmış silah-sursat ilə təchiz etməyə çalışır.

Bu baxımdan, Ukrayna ermənilərinin rəhbəri Ovakim Arutyunyanın dedikləri heyrət doğurur: "Biz Ermənistana artıq kəşfiyyat dronları göndərməyə nail olmuşuq. Bunu müxtəlif yollarla, hətta təyyarələrlə etmişik. Məsələn, Varşava-İrəvan reysi ilə Ukraynadan əldə etdiyimiz silah-sursatı göndərə bilirik. Bu, Ermənistan ordusu üçün böyük köməkdir. Təsəvvür edirsinizmi, burada müharibədir, ancaq Ukraynadakı ermənilər Ermənistana kömək edirlər. Ukrayna ordusunda olan erməni hərbçilər Ermənistan ordusuna buradan kəşfiyyat dronları da daxil olmaqla, müxtəlif silahlar göndərməyi bacarırlar. Çünki müasir dövrdə müharibələr artıq texnologiyalardan asılıdır".

Göründüyü kimi, əlavə şərhə belə, ehtiyac qalmır. Ermənilər Ukrayna ordusunun tərkibinə sızıb, Qərb ölkələrinin göndərdiyi bəzi silahları oğurlayırlar və Ermənistana göndərirlər. Yəni, Azərbaycanın təbii sərvətlərini talan etməyə vərdişli Ermənistan Ukrayna ordusundan silah-sursat oğurlayır. Üstəlik, belə rəzilliklərin müəllifi və icraçısı olan ermənilər bütün dünyada Ermənistanı zərərçəkən ölkə kimi təqdim etməyə çalışmaqla, beynəlxalq ictimaiyyəti də aldadırlar.(musavat.com)
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı