General-polkovnik Elçin Quliyev hesabat verdi
Siyaset
Oxunub: 110
18 yan 2023 | 10:37
General-polkovnik Elçin Quliyev hesabat verdi


Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

Hesabat müşavirəsində hərbi birləşmə komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yekun hesabat məruzəsi ilə çıxış edib, hərbi birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2023-cü ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsinin nəzarət altına götürülməsi nəticəsində bu ərazidən keçən narkotrafikin qarşısının alınması, Ermənistanla dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən 198,7 km-lik hissəsində sərhədlərimizin etibarlı müdafiəsi və mühafizəsi sisteminin təmin edilməsi, “Eyvazlı” və “Qazançı” buraxılış məntəqələrinin fəaliyyətinin nəzarətdə saxlanılması, “Füzuli” və “Zəngilan” beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkili, azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi potensialının gücləndirilməsi, düşmən təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əlamətdar olması qeyd olunub.

2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin strukturunun təkmilləş­dirilməsi və idarəetmənin optimallaşdırılması üzrə verdiyi vacib qərarlar verməsinin, 9 zabiti “general-leytenant” və “general-mayor” ali hərbi rütbələrinə layiq görməsinin, Vətən müharibəsi zamanı göstərdikləri igidliyə və şücaətə, həmçinin xidmətdə fərqləndiklərinə görə 125 nəfər hərbi qulluqçunun (onlardan 54 nəfərini ölümündən sonra) orden və medallarla təltif edilməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanması qeyd edilib.

Bu nailiyyətlərin əldə olunmasında ulu öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin gerçəkləşdirilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ali diqqəti nəticəsində dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsinin mümkün olması xüsusi vurğulanıb.

2022-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

- 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində bölmələrimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq ağır sarsıdıcı zərbələr endirilib, çoxsaylı itkilər verən düşmən qüvvələri geri çəkilməyə məcbur edilib. Düşmənin 2 “S-300” divizionu, 1 ədəd “S-125” zenit-raket kompleksinin (ZRK) buraxıcı qurğusu, 1 ədəd “S-125” ZRK-nın atəş tuşlama stansiyası, 1 ədəd “P-18” tipli radiolokasiya stansiyası, 2 ədəd “Jitel” radioelektron mübarizə sistemi, 18 ədəd düşmən postu, çoxsaylı canlı qüvvəsi məhv edilib;

- azad edilmiş ərazilərdə 50 km məsafədə yeni yollar çəkilib, 155 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib;

- 1323 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 54 ədəd piyada əleyhinə, 8 ədəd tank əleyhinə mina, 85 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.

2022-ci il ərzində 550 halda 774 nəfər tərəfindən dövlət sərhədinin pozulmasına cəhd edilib və sərhədçilərimizin sayıqlığı nəticəsində bu halların qarşısı alınıb:

- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilərək saxlanılıb;

- terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 6 nəfər şəxs saxlanılıb, 11 nəfəri müəyyən edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20, qaçaqmalçılıqla məşğul olan 7 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, ölkədə dini radikalizmi təbliğ edən 32 Azərbaycan vətəndaşı müəyyənləşdirilib;

- 2022-ci il ərzində 1 ton 383 kiloqram 507 qram narkotik vasitənin, 36 milyon 592 min 485 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 683 kq narkotik xassəli bitki məhv edilib;

- dövlət sərhədini pozduqlarına görə 559 nəfər, sərhəd rejimini pozduqlarına görə 9827, axtarışda olan 2843, saxta sənədlərlə 319, özgəsinə məxsus sənədlə 6, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 1 nəfər saxlanılıb;

- sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 4 halda 4 nəfər sərhəd pozucusu həyatını itirib.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri, dövlət sərhədinin etibarlı mühafizəsini təmin edəcəkləri vurğulanıb.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı