Qarabağ Azərbaycandır!: YA BUNU QƏBUL EDƏCƏKLƏR... YA DA TƏRK EDƏCƏKLƏR... - Başqa yolu YOXDUR!
Siyaset
Oxunub: 114
17 yan 2023 | 15:30
Qarabağ Azərbaycandır!: YA BUNU QƏBUL EDƏCƏKLƏR... YA DA TƏRK EDƏCƏKLƏR... - Başqa yolu YOXDUR!


Son günlər Ermənistan rəhbərliyi ilə Qarabağ separatçıları arasında gərginlik yaranması barədə iddialar dolaşmaqdadır. Bəzi şərhçilər hesab etməkdədirlər ki, Ermənistan “Qarabağ yükünü” artıq daşıya bilmir və Qarabağda yaşayan bu əhaliyə görə Ermənistanın müstəqilliyini təhlükə altında qoymaq istəmir və Azərbaycanın bu regionunda yaşayan insanların gələcək taleyi ilə bağlı veriləcək qərarın onların özlərinə həvalə edir.

Bunu Moderator.az-a açıqlamasında tanınmış ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bildirib:

"Məsələn, TV verilişlərinin birində Artak Qalustyan adlı politoloq tərəfindən Qarabağ klanının nə qədər təhlükəli oyun oynadıqları bütün çılpaqlığı ilə ortaya qoyulmuşdur. Lider Koçaryanın bir zamanlar Ermənistana cəza dəstələri gətizdirib İrəvanlıları qanına qəltan etməsindən tutmuş dövləti cinayətlərə qədər hər şeyin araya düşmənçilk salmağa xidmət etməsi dilə gətirilməyə başlamışdır. Elə indinin özündə də bu siyasət davam etdirilməkdədir. Qənaətə görə bütün bunların məqsədi Rusiyanın maraqlarını təmin etməkdir. Vardanyan proyekti də “Qarabağ klanının” proyektidir. Bu səbəbdən Ermənistan bu proyektdən acilən imtina etməlidir.
Ermənistanın siyasi olaraq Qarabağ separatçı rejiminin, Rusiyaya bağlı emissarın hansı addımlar atacağı addımların Ermənistanı bağlamayacağını, yalnız soydaşları hesab etdikləri bu insanlara humanitar və maddi yardımla kifaəyətlənəcəyi siyasətini aparacağını söyləyənlər avtomatik onu da təlqin etməyə çalışırlar ki, Qarabağ erməniləri Azərbaycanla birbaşa təmaslara keçməlidirlər və Ermənistanı bundan sonrakı proseslərə qatmamalıdırlar. Bu, siyasət dəyişikliyidir, yoxsa yeni erməni bir manevridir?

Bunların doğru və ya yanlış olmasını anlamaq üçün qondarma qurumun içərisində son günlər baş verənlərə nəzər salmaq kifayətdir. Rusiyanın gerçək emissarı və burada “dövlət naziri” statusu verilmiş Ruben Vardanyanın fəaliyyəti əslində Paşinyanın siyasi mövqeyini əks etdirmir və hətta o Ermənistanın apardığı siyasətin tamamilə əksi ortaya qoyulur. Ermənistan KTMT və bölgədəki Rusiya sülhməramlıları ilə bağlı hansısa bir addım atarkən qarşı həmlə ölkə müxalifətindən deyil, Vardanyandan gəlir. Laçın koridorunda baş verənlər və Rusiya sülhməramlıları ilə bağlı onun söylədikləri Ermənistandakıların xoşuna gəlmədiyi açıqdır. Və onun istefaya göndərilməsi tələbi əslində Ermənistandan qaynaqlanır. Vardanyan deyib ki, Qarabağda rusların bundan sonra da qalması və burdakı insanların təhlükəsizliyinin tək qaramtıdır. Amma Ermənistanın rəsmi siyasəti başqadır, rəsmi İrəvan bölgəyə beynəlxalq sülhməramlıların gətirilməsi tərəfdarı kimi diplomatik iş aparır. Belə çıxır ki, Vardanyan buraya Qarabağ ermənilərinə hansısa yardım üçün deyil, burada Rusiyanın maraqlarını təmin etmək üçün gəlib. Azərbaycanın razılığı olmadan Rusiya sülhməramlıları burada beynlxalq mandat ala bilməzsə Vardanyanın səylərinin də heç bir nəticəsi olmayacaq. Bunu Ermənistan gün keçdikcə daha yaxşı anlayır. İrəvandan gələn təlimat nəticəsində artıq Vardanyan burada arzuolunmaz şəxs elan olunub və hətta onun istefa etməsi barədə xəbərlər də qəsdən yayılır. Həm də bununla Rusiyanın reaksiyasını yoxlamaq istəyi də var. Bu xəbərləri Vardanın özünün təkzib etməsindən sonra ortaya qondarma qurumun erkən “prezident” və “parlament” seçkilərinin keçirilməsi məsələsi atılıb. Bu yeni bir gərginlik yaradıb. Bunlar da əslində Vardanyanı uzaqlaşdırmağa hesablanan tədbirlər kimi qələmə verilməkdədir. Qondarma qurumun “Təhlükəsizlik Şurasının” son iclasında rejimin “ prezidenti” Arayik Harutyunyan işarə vurub ki, Vardanyanın bəyanları xalq arasında çaşqınlığa səbəb olur və biz bu məsələni həll etməliyik. Həll variantı da Ruben Vardanyanın “vəzifədən” azad edilməsidir. Amma Arayik bunu desə də özünün devrilməyindən qorxaraq ona cəsarət etmir və bu addımın Rusiyanın xoşuna gəlməyəcəyindən qorxur. Amma Ermənistandan gələn dəstək ola bilsin ki, Arayiki ürəkləndirsin və Vardanyanın buradan qovulması yaxın vaxtlarda baş tutsun. Bəzi şərhçilər Vardanyanın iflasının Azərbaycanın tələbləri ilə bağlı olduğunu söyləsələr də, bu üzdəniraq milyarderin Qarabağdan qovulması içəridəki klandaxili mübarizənin nəticəsi olaraq qiymətləndirilməlidir. Çünki belə bir gizli tutulan xəbər də vardı ki, əhalinin nüfuzlu təbəqəsindən olan adamlardan bir neçəsi yönətim qarşısında Azərbaycanla danışıqlara gedilməsi və Bakı ilə təmas qurulmasını istəyir və hətta deyilənə görə artıq vəzifədən qovulan Vitali Balasanyan Bakı ilə gizli görüşlər də keçiribmiş... Bu xəbərin özünün inandırıcılıq dərəcəsi az olsa da belə bir məramın olması faktdır və separatçılar da anlayırlar ki, Azərbaycanın suveren haqlarının bərpasının alternativi yoxdur. İndi kimin Bakı ilə danışıqlar prosesində onların maraqlarına uyğunluq dərəcəsi müzakirə edilməkdədir. Nəhayət anlamağa başlamışlar ki, Azərbaycanın elan etdiyi “ermənilərə bərabərhüquqlu vətəndaşlıq” haqqından başqa heç bir üstün hüquq verilməyəcək. Xankəndidəki separatçı qurumun içindəki çatlar da bununla əlaqədardır. Ya qalıb burada adam kimi yaşayacaqlar, ya da bu bölgəni tərk edib gedəcəklər. Proseslər Azərbaycanın diqtə etdiyi doğrultuda davam etməkdədir".
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...