Ermənistan hərbi büdcəsini artırır: YENİ SAVAŞ ANONSU... - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 112
6 yan 2023 | 20:44
Ermənistan hərbi büdcəsini artırır: YENİ SAVAŞ ANONSU... - NƏ BAŞ VERİR?


“Ermənistan silahlı qüvvələrinin maliyyələşməsi 2022-ci illə müqayisədə 60 faiz artırılıb. Amma orduya vəsaitin artırılması hələ o mənanı vermir ki, yaxşı ordu formalaşacaq. Büdcəni artırmaqla daha çox silah almaq olar, lakin məsələ motivasiyadan və kifayət qədər insan resurslarından gedirsə, Ermənistanda bu yoxdur. Bura ordunun əhval-ruhuiyyəsini də əlavə etdikdə, real mənzərə yaranar”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

A. İsazadə əlavə edib ki, Azərbaycan da ordu quruculuğu ilə bağlı çox işlər görür:

“Azərbaycan tərəfi hərbi potensialını artıracaq. Amma mənfi cəhət odur ki, Ermənistan hərbi büdcəni artırmaqla sanki mesaj verir ki, biz II Qarabağ Müharibəsinin nəticələri ilə razı deyilik və müharibəyə hazırlaşırıq. Belə olduqda Azərbaycan oturub gözləməməlidir ki, düşmən haçansa ordusunu bərpa edəcək, güclənəcək və s. Demək, biz də öz tədbirlərimizi görməliyik”.

Hərbi ekspert bildirib ki, Azərbaycan həm də Ermənistana silah satan ölkələrə mümkün qədər diplomatik təzyiqlər göstərməyə çalışmalıdır: “Üstəlik, danışıqlar prosesində daha radikal mövqe tutmalıyıq. İndi zəif ordusu olduğu halda Ermənistan bizimlə razılaşmırsa, ordusu güclənəcəyi təqdirdə özünü necə aparacağı aydındır. Bu, Azərbaycan üçün təhlükə yarada bilər. Odur ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün istər diplomatik, istərsə də hərbi sahədə daha çox iş görməlidir”.

Ekspert xatırladıb ki, Ermənistan indi daha çox Rusiya, İran və Hindistandan silah ala bilər: “Amma bu ölkələrin siyahısının genişlənməsi istisna deyil. Bəli, mümkündür ki, sonrakı mərhələdə başqa ölkələr də ortaya çıxsın. Məsələn, Fransa indiki mərhələdə Ermənistana hərbi köməklik edə bilməz. Çünki Fransa silahların bir qismini Ukraynaya verir. Həm də Ukrayna Fransa sərhədinə daha yaxındır, nəinki Cənubi Qafqaza. Fransa anlayır ki, burada söhbət təkcə Azərbaycandan getmir, Türkiyə faktoru da var. Yəni rəsmi Paris balansı pozarsa Fransa-Türkiyə münasibətləri kəskinləşə bilər. Amma real olaraq Fransa heç nə edə bilməz. Hətta istəsə belə, satmaq üçün kifayət qədər silahı yoxdur”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib