Hədəf bəllidir: Azərbaycan yeni antiterror əməliyyatına başlayır? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 127
5 yan 2023 | 14:22
Hədəf bəllidir: Azərbaycan yeni antiterror əməliyyatına başlayır? - GƏLİŞMƏ


"Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Laçın yolunda etirazlar ilə əlaqədar 3 yanvar 2023-cü il tarixli növbəti bəyanatı tamamilə əsassızdır və beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır".

Bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, Ermənistanın ərazilərimizin 30 il işğalı dövründə təbii sərvətlərimizin talanması faktına qarşı Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin etirazları ilə əlaqədar Ermənistan XİN-in təhrif dolu bəyanat verməsi təəccüblü deyil.

Görünür ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin davam etməsində maraqlıdır.

Bildirilib ki, Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır.

Azərbaycanın regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyi prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanan tədbirlər davam etdiriləcək.

Həmçinin, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub.

Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb və heyətlərinin hazırlıq səviyyəsini yoxlayıb.

Silahlanmada olan silah və döyüş texnikasına təhlükəsizlik qaydalarına əməl edilməklə vaxtında texniki xidmətin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Bütün bu addımlar və açıqlamalar bəzi ekspertlər tərəfindən müharibəyə hazırlıq kimi qiymətləndirilir.

Cebhe.info-ya açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, regionumuzla bağlı baş verən siyasi, iqtisadi və hərbi məsələlər Ermənistanın boyunu aşır:

"Artıq bu amil heç zaman olmadığı qədər daha qabarıq formada özünü göstərir. Hadisələrin inkişaf tendensiyası Azərbaycanın əldə etdiyi Zəfər sonrası yaratmış olduğu reallıqlar beynəlxalq aktorlardan asılıdır.

Məsələn, bu yaxınlarda nüfuzlu “Foreign Policy” jurnalının eskpertləri tərəfindən dərc olunan məqalədə belə, Azərbaycanı hədəf alan məsələ yoxdur, nəşr daha çox Rusiyanı hədəf alaraq onun üzərinən ağır siyasi-hüquqi məsuliyyət qoyur.

Qeyd edim ki, nüfuzlu analitik təşkilat olan Beynəlxalq Böhran Qrupunun hesablamasına görə, 2023-cü ildə Azərbaycan-Ermənistan münasibətləri qarşıdurmaya doğru sürüklənəcək. “Beyin mərkəzi” proqnozlaşdırır ki, hazırda qüvvələr nisbəti Azərbaycanın xeyrinədir. Bu gün dünyada mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, görərik ki, Azərbaycan qazı Avropa üçün daha böyük önəm kəsb edir. Məhz bu səbəbdən də Avropa Azərbaycanı öz məqsədlərinə çatmaqda mane olmayacaq".

Politoloq bölgədə yeni antiterror əməliyyatının keçiriləcəyini də istisna etməyib:

"Ermənistan sadəcə güc dilindən anlayır. Deməli, sərhəddə yeni əməliyyatların olacağı istisna deyil. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda da bəyan etdi ki, Ermənistan və İran Zəngəzur dəhlizini əngəlləmək iqtidarında deyil. Eyni zamanda Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik mesajında da Zəngəzur dəhlizinin mütləq açılacağını bildirdi".
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı