Rusiyanın hədəfindəki iki ölkə: Biri Azərbaycandır, digəri... - NƏ ETMƏLİ?
Siyaset
Oxunub: 109
22 dek 2022 | 15:30
Rusiyanın hədəfindəki iki ölkə: Biri Azərbaycandır, digəri... - NƏ ETMƏLİ?



Konfliktoloq Elxan Mehdiyev Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Rusiya lideri Vladimir Putinin Minskə səfərindən sonra Belarusun Ukraynada davam edən müharibəyə qoşulacağı ehtimalı getdikcə güclənir. Düzdür, bura qədər də Ukraynada belə bir ehtimal müzakirə mövzusu idi, sizcə, Minsk hansı qərarı verə bilər?

- Müharibə başlayarkən Belarusun birbaşa savaşa girməsi ehtimalı daha yüksək idi. Belarus Prezidenti Lukaşenko o zaman deyirdi ki, bu məsələ üç-dörd günə həll olunacaq. Amma hadisələrin sonrakı gedişi göz qabağındadır. İki-üç ay əvvəl isə Lukaşenko söylədi ki, Belarus Ukraynadakı hərbi əməliyyatlara qatılmayacaq.

Amma Rusiya və Belarus birgə hərbi qüvvə qurub. Məsələn, birgə hərbi qüvvə adıyla girə bilər. Çünki bu məsələdə Belarus prezidentinə heç bir inam yoxdur.

Lukaşenkonun Rusiya qüvvələrinə Belarus ərazisindən istifadə etməsinə icazə verməsi mümkündür. Məsələn, müharibə başlayanda Rusiya qoşunları Kiyev vilayətinə Belarus ərazisindən daxil olmuşdu. Ukrayna isə bunu gözləmirdi. Lukaşenkonun yenə də Rusiya qüvvələrinin Belarus ərazisindən Ukraynaya keçməsinə imkan yaradacağı şübhə doğurmur.

Amma Lukaşenko Belarusun birbaşa müharibəyə girməsini istəmir. Çünki istənilən halda Belarus müstəqil dövlət sayılır. Lukaşenko da ölkəsinin beynəlxalq birlik tərəfindən tamamilə izolyasiya edilməsini istəmir.

Eyni zamanda, Lukaşenko görür və anlayır ki, Rusiya bu müharibədə istədiyinə nail ola bilmir, məğlub olur. Hansısa əraziləri götürsə də, Rusiya öz məqsədlərinə nail ola bilmir. Bir sözlə, birbaşa olmasa da, yardımçı qüvvələrlə və ya rusların Belarus ərazisindən keçidinə imkan verməklə, Moskvaya dəstək ola bilir.

- Nəhayət, ABŞ Ukraynaya “Patriot” müdafiə sistemləri verəcək. Sizcə, bu raketlərin Ukrayna ordusunun sərəncamına verilməsi müharibənin gedişatına necə təsir göstərə bilər?

- “Patriot”ların Ukraynaya veriləcəyini düşünürəm, artıq bu, elan olunub.

Ətraflı
Zənnimcə, bu sistemlər Kiyevin qorunması üçün verilir. Çünki son zamanlarda tez-tez xəbər yayılır ki, qüvvələrini toplayan Rusiya Belarus ərazisindən yenidən Kiyevə hücuma hazırlaşır. Digər yandan, Rusiya Kiyevə İran dronları və qanadlı raketlərlə zərbələr endirir. Bu amillər Kiyevin müdafiəsinin gücləndirilməsi məsələsini önə çəkir.

Ukrayna Amerikadan “Patriot”ları çoxdan istəyirdi. Amerikalılar buna ehtiyatlı yanaşaraq, məsələni xeyli uzatdılar. Bununla belə, Ukraynaya “Patriot” vermək qərarına gəliblər. Çünki dediyim kimi, Kiyev və digər şəhərlər Rusiyanın strateji silahlarının hədəfinə çevrilib. Buna görə də, “Patriot”lardan daha çox paytaxtın və mühüm, xüsusən də enerji infrastrukturlarının müdafiə edilməsində istifadə ediləcəyini düşünürəm.

- Bəs müharibənin nə vaxt bitəcəyi ilə bağlı proqnozunuz necədir? Ukrayna prezidenti gələn ilin yayına qədər Krımı azad edəcəklərini deyir.

- Təbii ki, bizim müharibənin nə vaxt bitəcəyini deməyimiz münəccimlik olardı. Amma müharibənin bitməsi üçün Rusiya hələlik Ukraynanın tələblərini qəbul etmir. Rusiya çalışır ki, müharibə indiki şərtlər daxilində dayandırılsın və ərazi məsələlərin müzakirəsi başlasın. Təbii ki, bu, həmin ərazilərin Rusiyanın əlində qalmasına xidmət edə biləcək bir istəkdir. Ukrayna da bunu bilir və buna getmir.

Müharibə o zaman bitə bilər ki, Ukrayna daha böyük qələbələr qazansın.

- Rusiyanın məğlubiyyəti, yaxud Ukraynanın böyük qələbəsi ehtimalı nə qədərdir? Mümkün məğlubiyyətin Rusiya üçün nəticələri necə ola bilər?

- Məğlubiyyət onunla nəticələnə bilər ki, Rusiya əvvəlki iddialarından əl çəkəcək. Əl çəkməsə də, geri çəkilə bilər. Onu qeyd etmək lazımdır ki, bu, təkcə Ukraynanı yox, bütün keçmiş sovet məkanını nəzarətə almaq üçün Rusiya tərəfindən başladılan müharibədir.

Müharibədən əvvəl də, sonra da həmişə demişəm ki, Rusiyanın Ukraynadan sonrakı hədəfi Azərbaycan və Qazaxıstandır. Yəqin ki, bu iki ölkəni hərbi əməliyyatlarla və ya müharibə ilə yox, digər yollarla öz nəzarət dairələrinə salmağa cəhd göstərə bilərlər. Təbii ki, Ukraynada qalib gəlsələr. Ona görə də, Ukrayna təkcə özünün yox, bütün keçmiş sovet ölkələrinin müstəqilliyi üçün vuruşur. Ukrayna xalqı həm də bizim üçün döyüşür.

Əlbəttə, Rusiya müharibədə qalib gələrsə, iddiaları birə on artacaq. Qalib gəlməsi isə artıq mümkün deyil. Amma nəzəri olaraq deyə bilərəm ki, Rusiya qalib gəlsə, bunun bizim və bir sıra dövlətlər üçün təhlükəsi olacaq.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR