İranın “Azərbaycan dərdi”: "Politoloqları da molla kimi düşünür" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Siyaset
Oxunub: 118
13 dek 2022 | 19:49
İranın “Azərbaycan dərdi”: "Politoloqları da molla kimi düşünür" - ZİBİLƏ DÜŞMÜŞÜK...


Gələn həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan və Azərbaycan liderləri ilə türkmən qazının Türkiyə vasitəsilə Avropaya nəqli ideyasını müzakirə edəcək.

Türkmənistan qazının TANAP vasitəsilə əvvəlcə Azərbaycana, sonra isə Türkiyəyə nəqli məsələsinin müzakirə olunacaq. Türkmən qazının Rusiyadan istifadə etmədən müxtəlif marşrutlarla nəqli planları keçmişdə uğurlu olmamışdı. Lakin Ukraynanın işğalı və işğalın enerji bazarlarına mənfi təsiri müxtəlif enerji marşrutu ideyalarının canlanmasına səbəb olub. Gələn həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan və Azərbaycan liderləri ilə türkmən qazının Türkiyə vasitəsilə Avropaya nəqli ideyasını müzakirə edəcək.

Türkiyə Avropa ilə Asiya arasında strateji yerləşməsi və Qara dənizə çıxışa nəzarəti sayəsində əsas enerji dəhlizinə çevrilmək üçün çalışır. Rusiyanın Avropa İttifaqına təbii qaz tədarükünü kəsməsi enerji qiymətlərində sıçrayışa səbəb olub. Türkmənistanın böyük ehtiyatları əsasən istifadə olunmur.

Türkmənistan öz qazını Avropaya göndərə bilmir, çünki neftinin Xəzər dənizi üzərindən boru kəmərləri ilə nəqlinə dair razılaşmalar yerinə yetirilməyib. BP-nin Dünya Enerji Statistikası Hesabatına əsasən, Türkmənistanın təbii qaz təchizatının üçdə biri Çin göndərilir.

Qalanı isə ölkə daxilində istifadə edilir və Rusiyaya tədarük edilir. Hadisələrin belə davam etməsi İranın anti-Azərbaycan cəfəngiyyatını isə əsla bitirmir. İran hökumətinə bağlı bədnam "siyasi analitik" Ehsan Movəhhediyan bu barədə qərəzli tvit yazıb:

"Ərdoğan Türkmənistan qazını tankerlə Bakıya, oradan isə boru kəməri ilə Türkiyə və Avropaya nəql etmək istəyir. Halbuki, boru xəttinin salınması üçün ən sadə, ucuz başa gələn və təhlükəsiz marşrut İranın şimalı sayılır. Bu, Osmanlı Türkiyəsinin İranla duşmənçiliyinin daha bir aydın nümunəsidir".

O, sonda İran rəsmilərinə səslənərək "Yuxudan oyanın və passiv siyasətinizə yenidən baxın!", - deyə müraciət edib.

Cebhe.info-ya açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, İranın şərhçisi əvvəlcə ağlını başına toplamalıdır, çünki İranın şimalında kəmər yoxdur:

"İran acından öləcək vəziyyətdədir, kəməri necə çəkəcək? Lap kəmər çəkilsə belə, onu Avropaya necə çıxaracaq? Yenə gərək Türkiyə üzərindən çıxara, bu da həddindən çox dağlıq ərazilərdir və mümkünsüzdür. Bu, Türkmənistanın seçimidir. Türk dövlətlərinin təşkilatında olan bir dövlət bunu nədən etibarlı tərəfdaş olan Azərbaycan üzərindən deyil, İran üzərindən həyata keçirməlidir?! Fars körfəzinə çıxış olsaydı, deyərdik ki, hə. İrana qarşı bu qədər sanksyalar var, niyə Türkmənistan İran ərazisindən kəmərini keçirsin?"

Cümşüd Nuriyev bildirib ki, yeni dünya düzəni qurulur, hər şey dəyişir. Azərbaycanın geostrateji əhəmiyyəti həddindən artıq yüksəkdir:

"Kəmərin Azərbaycan ərazisindən keçməsi ən ağıllı, ən etibarlı variantdır. Bundan başqa, Türkmənistan əgər belə bir seçim edirsə, biz də bu seçimi dəstəkləyirik. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Çünki Azərbaycan tranzit vergiləri alacaq, gəlir əldə edəcək".

Politoloq iranlı siyasi şərhçinin açıqlamasına sırf qısqanclıq kimi dəyərləndirib. Bildirib ki, həmin politoloq molla kimi düşünür və şərhi də molla kimi verib:

"İqtisadi cəhətdən savadsız şərhdir. Mollanın iqtisadiyyatla işi yoxdur. Molla ancaq bozbaşla məşğul ola bilər".
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu