Azərbaycan Güneyin müstəqilliyinə necə hazırlaşır? - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 162
10 dek 2022 | 13:34
Azərbaycan Güneyin müstəqilliyinə necə hazırlaşır? - İNCƏLƏMƏ...


İrandakı molla rejiminin ölkədə davam edən etiraz aksiyalarına uzun müddət tab gətirə bilməyəcəyi ehtimal olunur.

Üç aydır davam edən aksiyaların hər keçən gün şiddətlənməsi bunu deməyə əsas verir.

Artıq İranın ali lideri Ayətullah Əli Xamneyinin bacısının da ona qarşı çıxması və SEPAH qüvvələrini silahlarını buraxmağa çağırması vəziyyətin necə gərgin olduğunu göstərdi. Hətta İranın sabiq prezidenti Məhəmməd Hatəmi də mövcud rejimi təndiq edib.

O, ölkənin indiki idarə üsulunu yanlış və düzgün olmayan adlandıraraq, xalqın pis vəziyyətdə yaşamasının gözardı edilməsinə qarşı çıxıb. Bütün bunlar isə İranda necə böyük bir sosial etiraz dalğası olduğunun əyani sübutudur.

Görünən odur ki, İran hakimiyyət dəyişikliyi ərəfəsindədir və molla rejimi etirazların qarşısını ala bilməyəcək.

Bəs biz nə etməliyik ki, proses təkcə rejim dəyişikliyi ilə deyil, bizim milli maraqlarımıza uyğun olaraq Güney Azərbaycanın müstəqilliyi ilə nəticələnsin?

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, İranda hakimiyyətlər dəyişsə də, qan dəyişmir:

“Yəni faktiki olaraq, İranda hakimiyyətin rəngi dəyişsə də, qan dəyişmir. Hakimiyyət sadəcə, mövcud siyasi elitadan imtina edərək, daha fərqli formada olsa da, köhnə mahiyyətdə qalmağı planlaşdırır. Bu, artıq hər gün aydın olur və İran rəsmiləri də bunu bildirirlər.

Hətta daxili proseslərdə izlənilən tendensiyalardan biri odur ki, rejim "əxlaq polisi" kimi ənənəvi qrupları birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) transfer etmək istəyir. Amma heç bir halda İran hakimiyyəti SEPAH-dan imtina etməyi nəzərdə tutmur. Əslində "əxlaq polisi" ilə SEPAH eyni məhfumdur.

İran vətəndaşlarının yaşadığı bütün fəlakətlər də məhz bu cütlüyə görədir. Ona görə də bu cütlük tarixin arxivinə birlikdə göndərilməlidir. Yəni bunların birinin ləğv edilib, digərinin qalması faydalı bir proses olmayacaq”.

Ekspert vurğulayıb ki, Güney Azərbaycanın müstəqilliyi uğurunda çalışmaq lazımdır:

“İrandakı ən böyük ikinci etnik qrup Azərbaycan türkləridir. Azərbaycan vətəndaşlarının 40 faizi İranda yaşayır, amma haqları pozulur. Onların ana dillərində danışmaq haqları 40 ildir ki, əllərindən alınıb.

Güney Azərbaycanda yaşayan soydaşlarımızın bir yolu var. Bu yol müstəqillikdir. İrandakı digər xalqlar da müstəqillik uğrunda mübarizə apara bilərlər. Lakin bu prosesin əsas hərəkətverici qüvvəsi də məhz azərbaycanlılardır. Ümumilikdə hakimiyyətin prosesləri İranın daxilindəki etirazlardan İranın azərbaycanlılara qarşı mübarizəyə çevrilmə mərhələsini müşahidə edirik. Düşünürəm ki, bu prosesin qarşısını almaq lazımdır və bununla bağlı addımlar atılmalıdır.

Bu addımlardan biri İrandakı azərbaycanlıların maksimum səviyyədə dəstəklənməsidir. Oradakı soydaşlarımızın problemləri ilə bağlı beynəlxalq səviyyədə addımlar atılmalıdır. İranın hakimiyyətinin soydaşlarımıza qarşı repressiyalarının qarşısını almaq üçün ilk olaraq Güney Azərbaycanın müstəqilliyi uğrunda çalışmalıyık. Çünki oradakı soydaşlarımızı qorumaq üçün Güney Azərbaycanın müstəqil olmasından başqa yol yoxdur”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu