Laçın yolunda qurulacaq milli postun əhəmiyyəti - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 112
7 dek 2022 | 14:22
Laçın yolunda qurulacaq milli postun əhəmiyyəti - İNCƏLƏMƏ...


Azərbaycanla Rusiya arasındakı siyasi gərginlik baxımından nahamarlıq iki ölkənin münasibətlərinin təməlini təşkil edən daşları parçalamayıb, belə demək mümkünsə, müəyyən zamanlardakı söz atışmaları Kremlin sərgilədiyi situativ mövqe və bunun əsasında uzunmüddətli perspektiv qurması ilə əlaqədardır.
Bakı Moskvanın ənənəvi regional və qlobal siyasətinin hansı partlayışlarla nəticələnəcəyini təhlil edir, onu da nəzərə alır ki, Qərblə kəskin hibrid qarşıdurma vəziyyətində olan Rusiya emosiyalarını coşdurmaq üçün müxtəlif regionlara əl uzadacaq.
Moskva Azərbaycanın onun təhdidlərinə boyun əyməyəcəyinə inanır, xüsusilə Bakı-Ankara formatında strateji əlaqələrin dərinləşməsi Rusiyanın Azərbaycana baxışında redaktələr etmək üçün əsaslar verir.
Hazırda Azərbaycan uğrunda qızğın bir mübarizə başlayıb, Qərb Bakını öz orbitində, Rusiya isə geosiyasi ambisiyalarını təmin edən maraqlarının daxilində görmək istəyir.
Azərbaycan belə kəskin çəkişmənin qurbanına çevrilməmək üçün öz müvazinətini saxlayır, hərçənd ki, Bakı nəzəri olaraq Avroatlantik məkanın cəlbediciliyini daha çox dərk edir və bir sıra məsələlərdə bunun praktiki tərəflərini ya açıq, ya da üstüörtülü şəkildə göstərir.
Ancaq Rusiyanın Cənubi Qafqaz regionu üzərindəki dominantlığı saxlamaq cəhdləri praqmatik ideyalara da zərbə vura bilən əmələ çevrilir, bu mənada Bakıya Moskva təhlükəsizlik tablosunu birgə rəngləmək siyasətinin arxa tərəflərini düşünmək lazımdır.
Azərbaycan dövlətinin Qarabağa dair artan təzyiqlər fonunda dirənişləri, Rusiyanın Ukraynadakı müharibə səbəbi ilə taktiki, iqtisadi-siyasi itkilərlə üzləşməsi onu regiona baxış bucağını dəyişdirmək məcburiyyəti ilə üz-üzə qoyur.
Kremlə də, Bakıya da bir-birinə kəskin münasibət bəsləyən qütblərdə dayanmaq yox, qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq lazımdır, elə xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfər edərək həmkarı Sergey Lavrovla görüşü gərginliyə son qoymaq üçün yaxşı indikator oldu.
Açıq demək lazımdırsa, Rusiya hələ öz oturuşmuş xarici siyasət dəst-xəttindən “boşanmayıb”, elə Azərbaycan da Moskvanı bütün parametrlər üzrə ən etibarlı tərəfdaş qismində görməmək üçün çoxlu şübhələrə malikdir.
Bununla belə, Cənubi Qafqazdakı reallıqlar, Zəngəzur dəhlizinə dikilən baxışların sərtliyi və Moskvanın həmin koridor üzərində nəzarəti itirə bilmək qorxusu tərəfləri bir-birinə yaxınlaşdırır, Azərbaycan isə yaranan şəraiti faydalı iş əmsalına çevirir.
Bayramov-Lavrov danışıqları Bakı-Moskva xəttindəki gərginləşən formatı yeni əməkdaşlıq formatı ilə əvəzləmək baxımından xüsusi əhəmiyyət daşıyırdı, görüşdə verilən bəyanatların iliyinin xoşməramlı niyyətlərin ifadəsi kimi görünməsi bir neçə istiqaməti canlandıracaq.
Birincisi, hər iki ölkənin baş diplomatları Azərbaycanla Ermənistanın postmünaqişə dövründəki münasibətlərini mötədil xətlə tənzimləyən üçtərəfli bəyanatların vacibliyinə toxunmaqla həmin sənədlərin baza kimi təsbit olunduğuna işarələr verdilər.
Şübhəsiz ki, burada söhbət təkcə Rusiyanın episentrdə dayandığı bəyanatlardan deyil, eyni zamanda Avropa İttifaqının moderatorluğu ilə ərsəyə gələn sənədlərdən gedir.
Rusiya Avropa İttifaqından narazı deyil, ta o həddə qədər ki, Birlik Azərbaycan-Ermənistan arasındakı vasitəçiliyini ABŞ-nin maraqlarına uyğun şəkildə limitsiz inkişaf etdirsin.
Açıq olmasa da, Rusiya Avropa İttifaqına simvolik də olsa bir dəstək verir və Qərbin bir parçası olan bu təsisatı ABŞ ilə gərginlikdə tarazlaşdırıcı vasitə kimi görür.
İkincisi, Rusiya Türkiyə amilini diqqətdə saxlayaraq Azərbaycanla münasibətdə Bakının maraqlarını hüquqi kontekstdə təmin edən mexanizmlərin tərəfdarı qismində görünməyə məcburdur. Bu istiqamət münasibətlərin ayrıca bir səhifəsini təşkil edir.
Üçüncüsü, İranın regionda qəzəbini pikə çatdırması və Ermənistana arxa-dayaq duran mövqeni gözə soxması Türkiyə, Böyük Britaniya, ABŞ ilə yanaşı, nə qədər qəribə səslənsə də, Rusiyanın da narahatlıqlarını artırır.
Bunu, İranla da yaxşı münasibətləri olsa da, Bakı-Tehran gərginliyində Rusiyanın ikinciyə dəstək verməkdən yayınmasında görmək mümkündür, hərçənd ki, bunu bəzi qlobal oyunlarda da nümayiş etdirir.
Ancaq Rusiyaya Bakı ilə Tehran arasındakı münasibətləri canlandıran körpüləri dağıtmaq yox, onu dirçəltmək sərfəlidir, bu baxımdan Bayramovla Lavrovun müzakirələrində Şimal-Cənub dəhlizinin qabardılması diqqət çəkir.
Görünür ki, Zəngəzur dəhlizini daha çox, Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun komponenti kimi görür və tərəfdaşı İranı belə cəlbediciliklə Bakı ilə gərginliyə son qoymağa çağırır.
Azərbaycan isə Zəngəzur dəhlizinin həm Şimal-Cənub, həm də Şərq-Qərb qlobal dəhlizlərinin komponentləri formasında açılmasının tərəfdarıdır və bu Tehran üçün də əlavə imkanlar təqdim edir.
İstənilən halda, Şimal-Cənub dəhlizinin Bakı-Moskva masasının gündəliyini təşkil etməsi İrana da öhdəliklərini icra etmək şərtlərini xatırladır: Yəni İran Rəşt-Astara dəmiryolunun öz ərazisindəki hissəsini tikməlidir, bu, Moskva üçün də vacibdir.
Azərbaycan və Rusiya XİN başçılarının görüşündəki Azərbaycan-Ermənistan gündəmi ilə bağlı digər məqamlara gəlincə, demək olar ki, Moskva yekun sülh müqaviləsini öz profili üzrə təmin etməkdən ötrü Qərb üzərində həlledici rıçaq qazandığının mesajını verir.
Nazirlərin Alma-Ata Bəyannaməsinin vacibliyini əldə bayraq tutmaları bunun sübutudur, lakin Azərbaycan Rusiya ilə danışıqlardan karlı çıxır və bunun əlamətlərini Laçın yolunda Azərbaycanın gömrük postu qurmaq qərarında, Ermənistanla sərhədlərin delimitasiyasına dair gündəliyində Moskvanın Bakıya dəstəyində axtarmaq lazımdır.
Beləliklə, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdıqları ərazilərində ermənilərə status məsələsinin üstündən qalın bir xətt çəkən prosesin yeni mərhələsini başlatdı, Gorus-Xankəndi yolunda milli postun qurulması isə bir neçə proqnoz üçün açardır.
Gömrük postu o deməkdir ki, Azərbaycan öz ərazilərinə giriş-çıxışa nəzarət etməklə oradan keçən vətəndaşların pasportlarını yoxlayacaq. Hesab etmək olar ki, Bakı ilə Moskva bu məsələni müzakirəyə çıxarıb və ya çıxaracaq.
Qarabağdakı separatçı ünsürlərin hazırladıqları saxta pasportlara möhür vurulmayacaq. Yəni Qarabağdakı ermənilər ya Azərbaycan, ya da Ermənistan pasportunu daşımalıdırlar. Azərbaycan ərazisində vətəndaş kimi yaşamaq istəyən ermənilər mütləq öz qondarma pasportlarından imtina etməli və Bakının norma və standartları əsasındakı pasportlara sahib olmalıdırlar, yox, Ermənistan pasportu daşımaq istəyirlərsə, o zaman xarici vətəndaş kimi tanınacaqlar.
Hər halda, Laçın yolunda milli postumuz qurulsa, bu, Qarabağdakı ermənilərin Azərbaycan ictimai-siyasi həyatına inteqrasiyasını sürətləndirəcək.
Aqşin Kərimov - DİA.AZ
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu