"İranın qalması imkansızdır, Güney Azərbaycan öz hökumətini qursun" - HƏQİQƏTƏN DƏ...
Siyaset
Oxunub: 165
5 dek 2022 | 18:50
"İranın qalması imkansızdır, Güney Azərbaycan öz hökumətini qursun" - HƏQİQƏTƏN DƏ...


Üç aydan artıqdır ki, İran daxilində etirazlar davam edir. Düzdür zaman-zaman İran rejiminə qarşı belə etirazlar baş qaldırıb. Amma baş qaldıran etirazlar tez bir zamanda yatılırıb, etirazçılar cəzalandırılıb. Qısacası hər zaman etiraz edənlər susdurulub və məhv edilib. Bu dəfə isə, fərqli oldu. İran rejimi artıq etirazların qarşısını ala bilmir. Etirazçıların edam edilməsi ilə bağlı qəbu edilən qərar, 17 min etirazçının həbsi, gənclərin və hətta uşaqların öldürülməsi, etirazlar insanların qəddarcasına məhv edilməsi etirazçıları qorxutmur. İran daxilində baş verən etirazlara, İran rejiminin qəddar davranışlarına əksər ölkələr eləcə də, Qərb dünyası öz etirazını bildirir. Amma görünən odur ki, bu etirazlar sadəcə sözdən ibarətdir.
Professor Xaləddin İbrahimli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qərb dünyası İrana heç bir sanskiya tətbiq etməyəcək. İranın demokratikləşməsinə çalışmayacaq. Çünki Şah rejiminin də, bu mürtəce XV əsrə aid teoratik rejimin də yaradıcı, müəllifi Qərbdir. Farsları arayan təfəkkür ilə orada hakim xalqa çevirən, Avropa ölkələridir, Amerikadır. Bu səbəbdən da İranın demokratikləşməsini istəmirlər, İranın bölünməsini də istəmirlər.

“Niyə istəsinlər İranın bölünməsini? İran bölünməyəndə içəridəki Türk elementini məhv edir. Bu da Avropanın, Qərb dünyasının işinə yarayır. Ona görə də oradan bir şey gözləmək təbii ki, yanlışdır. Nə etmək lazımdır? Xalq özünə güvənməlidir. Əmin ola bilərsiniz ki, farslar oradakı Türklərin yarısı qədərdir. Əgər 40 milyon Türk varsa da, farsların sayı orada 20 milyondan çox deyil, 20 milyondan azdır. Onu da son zamanlar assimiliyasiya hesabına artırdılar. Oradakı xalqalrın çoxu özünü xalq kimliyi ilə, çoxusu da Tehran kimliyi ilə tanıyır. Mənimlə işləyən, Türkiyədə təhsil alan bir Tehranlı gənc azərbaycanlı var idi. Mən soruşurdum ki, “sən kimsən?” Deyirdi mən tehranlıyam. Deyirəm tamam, Tehranlı ola bilərsən, Tehranda bəluç, fars, Türk yaşayır. Sənin etnik mənsubiyyətin nədir? Deyirdi ki, etnik mənsubiyyəti tehranlıdır. Deyirdim ki, "ay qardaş, belə bir millət yoxdur, belə bir etnos yoxdur. Tehranlı nədir?". İranlını anlamaq olar. İndi orada Tehran kimliyi var. Yəni bu vəziyyət onlaırn düşüncəsinə o qədər təsir edib ki, təkcə İranlı deyil, içəridə kiçik bir Tehran kimliyi də var. Orada yaşayan özünü Tehranlı sayır. Mən bəlucam, mən Azərbaycanlıyam, mən qaşqayam, filan bu anlayış yoxdur. Bu vəziyyətin hesabına saylarını artırıb, 20 milyona çatdırıblar. Amma buna baxmayaraq, oradakı böyük toplum, 40 milyonluq Türkdür”,- deyən professor bildirib ki, onların müstəqil olmasından başqa yolları yoxdur. Onlar öz müstəqil dövlətlərini, müstəqil hökumətlərini qurmalıdırlar.

Xaləddin İbrahimlinin fikrincə, proses buna tərəf gedir, yavaş-yavaş artıq etnik rəng almağa başlayır. Belə ki, orada Firdovsinin və digərlərinin heykəlləri dağıdılır. Bu da onu göstərir ki, fars şovinist, irqçi siyasəti artıq hərkəsi bezdirib. Təkcə Azərbaycanlıları yox, orada yaşayan bütün etnik xalqları bezdirib. Onlar bu hakimiyyətin getməsini, ümumiyyətlə İrana farsların, o coğrafiyaya farsların sahiblik etməsini istəmirlər.

“Hazırda vəziyyət başqa fazaya keçib. Etnik xalqların öz haqları üğrunda mübarizəsi, fars və fars şovinizminin siyasətinə son qoyulması fazasına keçir. Bu faza da mərkəzdən qaçma əyilimlərinə gətirib çıxardacaq. Bu səbəbdən İran bölünəcək. İranın bölünməsini istəməyən və onun demokratikləşməsini istəyən adamlar var. Onlar yanlış düşünürlər. İranın demokratikləşməsi imkansızdır. İran demokratikləşərsə də, həmən bölünəcəkdir.

İkincisi də İranın demokratikləşməsinə Qərb dövlətləri bir sıra dərin səbəblərdən dolayı imkan verməzlər. Ona görə, heçkəs özünü aldatmasın. Bir də İranın dərdini heçkəs çəkməsin. Hərkəs bəlli bir coğrafiyada yaşayır, hərkəs özünün dərdini çəksin. Bizimkilər bəzən deyir ki, biz İranın sahibiyik, yox biz İranın sahibi deyilik, özünə sahib dur, dilinə sahib ola bilməmisən? İranın sahibi necə olacaqsan? İranın sahibi olsaq Türkçə danışar. Necə İranın sahibisən ki, sənin ana dilində məktəbin belə yoxdur, ermənilərin məktəbi var, amma sənin məktəbin yoxdur, hələ mən üniversitet demirəm. Ona görə də, hər bir kəs öz haqqı uğrunda çalışmalıdır, özünə sahib çıxmalıdır, öz dilinə sahib çıxmalıdır, öz coğrafiyasına sahib çıxmalıdır. Bu da yetər.

Qısası, İranda bu rejimin qalması imkansızdır. İranın bütöv olaraq qalması, İranın demokratikləşməsi imkansızdır. Ən yaxşısı odur ki, Güney Azərbaycan öz milli hökumətini qursun. Digərləri də federasiya şəklində, konfederasiya şəklində və ya hansısa formada münasibətlərini tənzimləməlidir. O xalqların özlərinin haqqıdır, hüququdur. O xalqların içində Xorasan Türkləri, qaşqay Türkləri və s. var”,- deyən politoloq qeyd edib ki, indi əsas məsələ Azərbaycandır, Azərbaycan öz dövlətini qurmalıdır.

P.S. 200 ilə yaxındır ki, Azərbaycan parçalanıb. İki yüz ilə yaxındır ki, dilimiz, xalqımız əzilir, məhv edilir, farslaşdırılır. Bunun üçün xalq dəfələrlə mübarizəyə qalxsa da, bu mübarizələr yatırılıb. Amma haqq gec-tez yerini tapır. Və zor ilə parçalanan Azərbaycan xalqı əlbət birləşməlidir. Çünki xalq iki yüz ildir ki, bir qovuşma arzusundadır. Və yəqin ki, bu mübarizə son mübarizə olacaq. Və yəqin ki, nəhayət Güney Azərbaycan da öz fars zülmündən qurtulub, öz müstəqilliyini əldə edə biləcək… Biz buna inanırıq… O gün çox yaxındadır!
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu