İtirən tərəf Fransa olacaq - Açıqlama
Siyaset
Oxunub: 130
3 dek 2022 | 11:44
İtirən tərəf Fransa olacaq - Açıqlama


Fransa qanunverici orqanlarının Azərbaycana qarşı qəbul etdiyi qərəzli, saxta məlumatlara əsaslanaraq hazırlanan ədalətsiz o yarasız kağız parçası təkcə dölətimizin ərazi bütövlüyünü hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətsizlikdir.

Bunu açıqlamasında deputat Ülviyyə Ağayeva deyib.

Onun sözlərinə görə, reallıqlardan uzaq tamamilə təhriflər əsasında hazırlanan “qətnamə” olduğundan o, istifadəyə yarasız bir kağız parçasıdır. “Çünki Fransa Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasına uyğun olaraq ədalətli və bitərəf mövqe sərgiləmək əvəzinə, hər zaman açıq şəkildə terroru, faşizmi, işğalı dövlət siyasəti səviyyəsində həyata keçirən Ermənistanı dəstəkləyib. Nəinki, dəstəkləyib, eyni zamanda onu növbəti işğallara, hərbi cinayətlər, terror, soyqırım siyasətini həyata keçirməyə şirnikləndirib. O baxımdan da belə bir dövlətin qəbul etdiyi sənəd ancaq və ancaq beynəlxalq hüquqa hörmətsizliyi əks etdirən, istifadəyə yarasız bir kağız parçası ola bilər”- o qeyd edib.

Deputat əlavə edib ki, Fransaya rəhbərlik edənlər keçmişdəki qara ləkəli tarixlərindən nəticə çıxarmaq əvəzinə, yenə də həmin səvh siyasəti həyata keçirməkdədirlər: “Fransa tarixən bir müstəmləkəçi, sümürgən dövlət olaraq törətdiyi insanlığa sığmayan vəhşiliklər, qətliamlar, soyqırımlar, hərbi cinayətlərlə “zəngin” ləkəli bir tarixə malik ölkədir. Tarixin acı təcrübəsindən nəticə çıxarmaq əvəzinə Fransa bu gün də dövlət səviyyəsində həmin siyasəti həyata keçirməkdədir.

Fransa prezidentinin, həmçinin son illərdə bu ölkədə həyata keçirilən islamafobiya, türkafobiya, iqrçilik, rasizm siyasəti, o cümlədən Azərbaycan qarşı Senat və Milli Assambleyasının qəbul etdiyi qətnamələr bunun bariz nümunəsidir. Odur ki, Fransa Milli Assambleyasının qəbul etdiyi “qətnamə”ni qəti şəkildə rədd edir və bunu siyasi riyakarlıq kimi qiymətləndiririk. Çünki bu kağız parçası təkcə Cənubi Qafqaz bölgəsində gərginliyin davam etməsinə deyil, o cümlədən Avropa qitəsinin də təhlükəsizliyinə təhdid yaradır. Ona görə də bu kağız parçasına səs verənlər istər bölgəmizdə, istərsə də Avropada baş verə biləcək bütün mürəkkəb hadisələr üçün məsuliyyət daşımalı olacaqlar.

Hesab edirəm ki, Azərbaycan da beynəlxalq hüquqa əsaslanaraq Fransanın bu hərəkətlərinə adekvat olaraq, yürütdüyü siyasəti bynəlxalq aləmdə ifşa etməklə, müttəfiqləri və dostları ilə birgə layiqli cavabını verəcək. Sonda bunun acı aqibətini Fransa dövləti və xalqı yaşamalı olacaq. Nəticə etibarı ilə Fransa qazana yox, itirən tərəf olacaq”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu