Təxribat silsilə xarakter alır: Bakı-İrəvan danışıqlarını pozacaq addım - NƏ ETMƏLİ?
Siyaset
Oxunub: 126
2 dek 2022 | 18:20
Təxribat silsilə xarakter alır: Bakı-İrəvan danışıqlarını pozacaq addım - NƏ ETMƏLİ?


“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmkarı Emmanuel Makronun qatılacağı görüşdə iştirak etməyəcəyini açıqladı. Bunun ardınca Ermənistan Baş naziri Nikol Paşinyan yalnız Makronun iştirak edəcəyi görüşə gedəcəyini dedi. Belə olan halda Avropa Birliyinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi necə olacaq?

- İndiyədək Avropa Birliyinin vasitəçiliyi ilə liderlər arasında dörd görüş keçirilib. Sonuncu görüş avqustun 31-də Brüsseldə baş tutub. Burada qərar verildi ki, növbəti görüş noyabrda olacaq. Noyabr bitdi, amma görüş keçirilmədi. Bundan sonra xəbər yayıldı ki, dekabrda olacaq. Bu ərəfədə başqa bir xəbər də gəldi ki, Paşinyan Makronun iştirakını da istəyir. Çünki Makron Praqdakı sonuncu görüşə qatılmışdı. Amma bu o demək deyil ki, Fransa prezidenti bundan sonra da görüşlərdə iştirak etməlidir.

Makron ötən həftələrdə Azərbaycan əleyhinə açıqlamalar verdi, Fransa Senatı ölkəmizin əleyhinə qətnamə qəbul etdi. Belə şəraitdə Azərbaycan prezidenti Makronun iştirakına razı ola bilməzdi. Azərbaycan prezidenti haqlı olaraq dedi ki, o varsa, mən yoxam. Paşinyan deyir, Makron olsun, İlham Əliyev deyir, olmasın. Avropa Birliyi də digər yandan bildirir ki, görüş olacaq. Belə durumda görüşün necə keçiriləcəyi mənə də maraqlıdır.

Əslində, Şarl Mişel də pis durumda qalıb. Əgər görüş olmayacaqsa, Şarl Mişelin bütün bu zəhməti hədər gedəcək. Halbuki Avropa Birliyinin vasitəçiliyi həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır. Bu, eyni zamanda, Rusiyanın bölgədə vasitəçilik inhisarını azaldır. İşi pozan yenə də Paşinyandır.

İndi mənə Makronun mövqeyi də maraqlıdır ki, özü nə düşünür. Böyük bir ölkənin prezidentidir, ABŞ-a da səfəri başlayıb. Bütün iş-gücünü atıb, hər dəfə bu görüşlərə qatılacaq? Yəni, bu, özü üçün də uyğun deyil. Makronun özü bu görüşlərə qatılmaq istəyirmi? Bu tapmacanın necə çözüləcəyi mənə də maraqlıdır. Avropa Birliyinin nümayəndə bu günlərdə Bakı və İrəvanda oldu, o da çox optimist açıqlamalar verdi. Bu nikbinliyin nəyə əsaslandığı mənə də aydın deyil.

Bir sözlə, görüş baş tutacaqsa, bu, əvvəlki formatda olmalıdır. Necə ki, bu format çərçivəsində artıq dörd görüş keçirilib. Həmin görüşlərdə Makron olmayıb, üç lider qatılıb: Azərbaycan prezidenti, Ermənistan baş naziri və Avropa Birliyinin rəhbəri. Yenə də bu formatla bağlı ortaq məxrəcə gələcəklərsə, görüşlər davam edəcək. Əgər Makron yenə də araya girməyə çalışacaqsa, bu, prosesi mürəkkəbləşdirəcək. Dediyim kimi, Makron bununla Şarl Mişeli də pis durumda qoyur. Bəllidir ki, bu vəziyyətdə görüş alınmayacaq.

- Azərbaycanın kəskin reaksiyalarından sonra Makrondan öz mövqeyinə düzəliş edəcəyini gözləmək olarmı?

- Bu günlərdə Fransa Xarici İşlər Nazirliyi bir məntiqli açıqlama verdi. Açıqlamada vasitəçiliyin davam etdirilməsindən bəhs edilir. Amma siz tərəfsiz vasitəçi deyilsiniz. Tərəfsiz olsaydınız, bu mümkündür. Məsələn, ABŞ tərəfsizliyini qoruyur. Buna görə də biz Amerikanın vasitəçiliyini qəbul edirik. Hətta liderlərin Vaşinqtonda görüşəcəkləri barədə xəbər də yayılıb. Bu mümkündür. Çünki Amerika rəsmiləri Makron kimi tərəfsizliklərini pozmayıblar. Dövlət katibi Entoni Blinken balanslı açıqlamalar verir.

Amerika bölgədə sülhdə maraqlıdır. Amma Makron sırf ermənipərəst mövqedən çıxış edir. Bundan sonra Fransa rəsmiləri yenə də vasitəçiliyi davam etdirmək istəklərini dilə gətirirlər. Bu israr da onunla bağlıdır ki, Fransa faktiki olaraq oyundankənar vəziyyətdə qalıb. Fransa vaxtilə ATƏT-in Minsk qrupunda ABŞ və Rusiya ilə birlikdə həmsədr idi. İndi prosesdə ABŞ və Rusiya var, amma Fransa yoxdur. Fransa özünə quyunu özü qazdı. Əgər tərəfsizliyini qorusaydı, indi masa arxasında Fransa da olardı. Məsələn, Makron Azərbaycan əleyhinə açıqlamalar verməsəydi, Fransa Senatı məlum qətnamələri qəbul etməsəydi, İlham Əliyev “yox” deməyəcəkdi. Yəni dördlü format davam edə bilərdi. Amma Fransa özü özünə quyu qazdı.

- Rusiyanın son zamanlardakı davranışları da Azərbaycanda qıcıq yaradır. Xüsusən də Rusiya Müdafiə Nazirliyinin Qarabağla bağlı ardıcıl təxribatçı məlumatlar yayması. Rusiya bölgədə gərginliyi artırmaqla nə etməyə çalışır? Bakı Moskvanın bu silsilə təxribatlarına hansı cavabı verə bilər?

- Bəli, Rusiya da təxribatla məşğuldur. Rusiya hərbçilərinin buradakı təxribatlarının sayı-hesabı yoxdur. Toponimlərlə bağlı məsələ də bunun bir hissəsidir. Amma bu təxribatlar bu gün başlamayıb. Müharibədən əvvəl də belə olub. Onlar nə vaxt Xankəndini öz adıyla çağırıblar?! Yəni bu təxribatlar uzun müddətdir davam edir. İndi daha da artıb, sülhməramlılar separatçılarla əl-ələ veriblər. Artıq Azərbaycan Müdafiə Nazirliyi də bəyanat verməkdən yorulub ki, toponimləri düz qeyd edin. Özləri qəsdən belə yazırlar.

Bütün bunlar varkən, sülhdən danışmaq mümkün deyil. İndi nikbin proqnozlar verilir, mən bunların heç birini bölüşmürəm. Deyirlər ki, guya ilin axırına qədər sülh sazişi imzalana bilər. Bu qədər təxribat varkən, danışıqlarda heç bir irəliləyiş yoxkən, hansı sülhdən danışmaq olar? Bu durumda hansı “sehrli çubuq” o sülh sazişini reallaşdıracaq?

İndi bizim üçün ən ümdə vəzifə rus hərbçilərinin mümkün qədər tez bölgədən çıxmalarına nail olmaqdır. Təbii ki, bu çətindir, hələ üç il vaxtları var. Biz də üç ili gözləmədən öz planımızı qurmalıyıq. Çünki təxribatların miqyası arta bilər, istisna etmirəm ki, orada yaşayan ermənilərə Rusiya pasportları da paylayırlar. Kremlin göndərdiyi Ruben Vardanyan da “iş” başındadır. Məqsəd problemlərin həllinə mane olmaqdır ki, Azərbaycan Qarabağın qalan hissəsində də öz suverenliyini bərpa edə bilməsin.

- Ermənilər Azərbaycan ordusunun Laçın dəhlizini bağlaya biləcəyindən narahatlıqlarını dilə gətirməyə başlayıblar. Ermənistanın Zəngəzur dəhlizini açmaqdan yayındığı və Qarabağda təxribatların artdığı vaxtda Azərbaycan belə bir addım ata bilərmi?

- Mən həmişə bu fikirdə olmuşam ki, Zəngəzur dəhlizinin açılmasını gözləmədən Laçın yolunda gömrük-sərhəd xidməti yaratmalıyıq. Bəzi jurnalist dostlarımız da səhvən “yolun bağlanmasından” yazırlar. Söhbət yolun bağlanmasından getmir. Biz “yolu bağlayırıq” ifadəsini işlədəndə ermənilər bunu tərcümə edib beynəlxalq aləmdə bizə qarşı istifadə edirlər ki, guya biz Qarabağda erməniləri mühasirədə saxlamağa çalışırıq. Söhbət yolun bağlanmasından yox, onun nəzarətə götürülməsindən gedir ki, ermənilər bu yolla ərazilərimizə silah-sursat, texnika və canlı qüvvə daşımasınlar və Azərbaycan vizası almayan xarici vətəndaşlar torpaqlarımıza soxulmasınlar.

Eyni zamanda, bu məsələni Zəngəzur dəhlizi ilə əlaqələndirilməsinin də əleyhinəyəm. İlk vəzifəmiz bu yolda sərhəd-gömrük məntəqəsinin yaradılması olmalıdır.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu