Cənubi Qafqazda SÜLH: Biz nə istəyirik, ermənilər nə?.. - Ekspert danışır
Siyaset
Oxunub: 121
2 dek 2022 | 18:50
Cənubi Qafqazda SÜLH: Biz nə istəyirik, ermənilər nə?.. - Ekspert danışır


ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker noyabrın 28-29-da Azərbaycanda səfərdə oldu. Dövlət başçısı İlham Əliyevin qəbulunda olan Filip Riker xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb. Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton görüşü də daxil sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub. Riker Amerikanın Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlara davamlı dəstəyini vurğulayıb. Daha sonra mətbuata açıqlama verən Riker sülh prosesinin asan olmadığını qeyd etsə də, sülh danışıqları zamanı əldə edilən impulsun saxlanıla biləcəyini deyib: "Hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm. Mən indi Bakıdayam, buradan da Tbilisiyə və İrəvana səfər edəcəm". Məlumat üçün qeyd edək ki, Azərbaycan-Ermənistan sülh danışıqları əsasən 2 platformada - Soçi və Brüssel formatı müstəvisində gedir. Son olaraq buna "Vaşinqton sənədi" adı verilən üçüncü format da daxil edilib. Lakin hələlik heç bir platformada real irəliləyiş gözə dəymir.
ABŞ rəsmisinin səfərini və açıqlamasını "Şərq"ə dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan və Ermənistan tərəfi arasında sülh danışıqlarının Soçi formatında müəyyən aktivlik var. Politoloq xatırladıb ki, Rusiya Prezidenti V.Putin son günlərdə bir neçə dəfə ardıcıl Bakıya zəng edib, dövlət başçısı İlham Əliyevlə müzakirələr aparıb. Eyni zamanda Putin Ermənistan Baş naziri Nikol Paşinyanla da əlaqə saxlayıb: "Brüssel formatı da Paşinyanın Fransa ilə bağlı tələbinə görə problemlə üzləşdi. Vaşinqton formatı iki ölkənin xarici işlər naziri müstəvisindədir. Bu da praktiki sənədlər üzərində fikir mübadiləsidir. Həmçinin Paşinyan təklif edir ki, yekun sülh müqaviləsindən əvvəl çərçivə sazişi imzalansın və mübahisəli detallar sonraya saxlanılsın. Əlbəttə, bu, rəsmi Bakı üçün problemlidir. Çünki çərçivə sazişində əsas prinsiplər təsbit olunacaq, amma icrası həyata keçməyəcək. Məsələn, İrəvan sözdə "ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasından" danışsa da, Qarabağı Azərbaycanın tərkibində görmək istəmir. Faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımadıqlarını bəyan edirlər. Yaxud deyilir ki, bölgədə kommunikasiyalar açılsın, ancaq İrəvan Zəngəzur məsələsində "yox" deyir. Ermənistan rəhbərliyi "çərçivə sazişi" dedikdə bəyannamə formasında bir sənədi nəzərdə tutur. Böyük ehtimal Filip Rikerin optimizmi bu məqamla bağlıdır. Lakin bu məsələnin həll edəcəyi heç nə yoxdur".
T.Zülfüqarov vurğulayıb ki, hansısa prinsiplərin formal təsbit olunması bizim üçün o qədər də maraqlı deyil: "Rəsmi Bakı konkret həllə doğru addımlar, qərarlar istəyir. Biz müəyyən olunmuş prinsiplərin icrasını tələb edirik. Ermənistan sənəddə yer alan əsas prinsipləri dəstəklədiyini desə də, gələn ilin dövlət büdcəsində Qarabağ separatçılarına maliyyə ayrılmasına qərar verirlər. Çox güman ki, Brüssel görüşü öncəsi Paşinyanın "Makron tələbi" ilə çıxış etməsi də Fransa ilə razılaşdırılmışdı. Məqsəd rəsmi Bakı ilə danışıqlar prosesini dalana dirəmək, hər hansı irəliləyiş, razılaşma olmasına imkan verməməkdir. Hiss olunur ki, Makron Avropa İttifaqının bu prosesdə müsbət rol oynamasını istəmir və buna mane olur. Fransa rəhbərliyinin əsas məqsədi odur ki, Avropa İttifaqı Azərbaycan əleyhinə sanksiya qəbul etsin, təzyiq göstərsin. Burada Aİ daxilindəki proseslər, qarşıdurma da önəmlidir. Azərbaycan qaz imkanları ilə Cənubi Avropa ölkələrinin xilaskarına çevrilməkdədir. İtaliya və Balkan ölkələri Azərbaycanla əməkdaşlığa müsbət yanaşırlar. Bu da Fransanı narazı salır və hətta İtaliya ilə əlaqələrə də mənfi təsir göstərir. Fransa özü böhranlı vəziyyətdədir və bir çox yerə əl atsa da, enerji ehtiyatlarını təmin etməkdə çətinlik çəkir. O baxımdan, sözün açığı, Brüssel formatı ilə bağlı gözləntilərim pozitiv deyil".
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu