İran Azərbaycana Xəzərdən hücum mesajı verir - Rəsmi Bakının cavabı necə olmalıdır?
Siyaset
Oxunub: 135
29 noy 2022 | 19:19
İran Azərbaycana Xəzərdən hücum mesajı verir - Rəsmi Bakının cavabı necə olmalıdır?


Son günlər SEPAH-a bağlı Teleqram kanalları İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair xəbərlər paylaşır. Paylaşılan xəbərlərdə İranın Bakını vurmaq, buxtanı qısa zamanda ələ keçirərək işğal ssenarisini tətbiq edəcəyi mesajları verilir.

SEPAH-ın indiki məqamda ona bağlı sosial şəbəkə kanalları vasitəsilə provokativ mesajlar verməsi səbəbsiz deyil:

Birincisi, SEPAH bir müddət öncə İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” təlimlərindən istənilən nəticəni ala bilmədi. Təlimlər çərçivəsində SEPAH Araz çayı üzərində körpü inşa edərək, çayı keçmək məşqi ilə rəsmi Bakıya geri addım atdırmağı hədəfləyidi. Rəsmi Bakı isə öz növbəsində təlimlərə cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin təlimi ilə cavab verdi.

İran artıq başa düşür ki, qurudan edilə biləcək ehtimal bir hücum ssenari heç də gözlənilən effekti verməyəcək və rəsmi Bakı belə bir hücuma uzun müddətdir ki, hazırdır. Buna görə də rəsmi Tehran özünün daha güclü olduğunu sandığı Xəzər dənizindən hücum etmək mesajları verir.

İkincisi, ölkə başçısı prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda bildirdi ki, “Biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq”.

Yəni Azərbayan prezident bir daha dedi ki, hərbi təlimlərlə faktiki olaraq, İranın Araz çayı boyunca keçirdiyi təlimlərə cavab verdik.

İran hazırda hər nə qədər Azərbaycanla mövcud gərginliyi yumşaltmağa çalışdığını göstərsə də, reallıq ondan ibarətdir ki, dəyişən heç nə yoxdur. Görünür, prezidentin çıxışından sonra Tehran öz mövqeyini bu yolla göstərməyə çalışır.

Aydın məsələdir ki, İran Xəzər dənizində özünü Azərbaycandan üstün esab edir. SEPAH-a bağlı Teleqram kanallarında İranın Azərbaycana dənizdən hücumu əks etdirən provokativ xəbər və yazıların yayılması da bunu deməyə əsas verir. Tehran Bakının dəniz gücünü zəif hesab etsə də, əslində, vəziyyət tam fərqlidir.

Ümumiyyətlə, Xəzərdə ən böyük güc Rusiya olsa da, son illərdə digər 4 ölkə - Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran da dənizdəki hərbi güclərini xeyli artırıblar. İran donanmasına gəldikdə isə, rəsmi Tehranın Xəzər donanması da Azərbaycan ilə eyni dövrdə yaranıb.

SSRİ dönəmində İranın Xəzərdə hərbi gücü olmayıb. Tehran SSRİ-nin dağılmasını fürsət bilərək Xəzərdə sürətli donanma yaratmağa başlayıb. Azərbaycan Hərbi Dəniz Donanması isə 1992-ci ildə Xəzər Donanması bölüşdürüldükdən sonra yaradılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya Xəzər Donanmasını şimala daşıyıb, Azərbaycana isə 25 faiz pay verilib. Bölgü nəticəsində Azərbaycana 18 ədəd müxtəlif təyinatlı hərbi gəmi çatıb. Yəni ki, hər iki ölkənin Xəzər donanması qısa zaman fərqi ilə eyni dövrdə yaradılıb.

İlkin olaraq Rusiyadan bir neçə hərbi gəmi alan İran, daha sonra cənubdan bir neçə gəmini Xəzərə gətirib. Son illərdə isə İran Xəzərdə yeni gəmilər inşa edir. İranın Xəzərdəki hərbi gücünü 4 ədəd “Sina” tipli artilleriya kateri, 2 ədəd “Jamaran” tipli 95 metrlik 1400-1500 ton subasımlı korvetlər, Çinin “Hoodong” layihəli 34 metrlik və təxminən 200 ton subasımlı 3-5 ədəd raket katerləri, bir neçə sualtı qayıq təşkil edir.

Azərbaycan Hərbi Dəniz Donanması isə son illərdə gücünü yeni və ya xaricdən alınıb yenilənmiş gəmi və katerlər hesabına daha da artırıb. Bundan əlavə, bir 205U layihəli raket kateri də modernizasiya olunub, çox yer tutan köhnə raket qurğuları çıxarılandan sonra S-008 nömrəsi ilə bu qüvvələrə verilib.

Bundan başqa, ABŞ-dən S-201 bort nişanlı patrul katerlər, S-11 və S-12 nömrəli “48 futluq Silver şip” kiçik patrul katerləri, RİB-36 tipli metal karkaslı hava ilə doldurulmuş rezin katerlər alınıb və bunlar da S-09 və S-10 nömrələri ilə birləşməyə qəbul olunub.

2014-cü ildə istifadəyə verilmiş DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək 6 ədəd “Şahdağ” və 6 ədəd “Tufan” sərhəd-gözətçi gəmisi inşa olunub.

Onu da qeyd edim ki, Azərbaycanın Türkiyə və İsrail ilə imzalanan hərbi müqavilələr əsasında donanmanın silahları və texniki qurğuları müntəzəm yenilənir.

Göründüyü kimi, Azərbaycanın Xəzər donanması İran donanmasından geri qalmadığı kimi, modern imkanlar baxımından özünü müntəzəm yeniləyir.
Bakının Tehrana cavabı Azərbaycan İranın cənub sərhədlərində başlatdığı hərbi təlimlərə XTQ təlimləri ilə verdiyi cavab kimi, Xəzər dənizində də keçirəcəyi təlimlərlə cavab verməlidir. Söhbət Xəzər dənizində təlimlərin keçirilməsindən gedir. Hətta təlimlər ötən il olduğu kimi, Türkiyə dənizçiləri ilə birlikdə keçirilə bilər. Qeyd edək ki, həmin təlimlərdən ən çox İran narahat olmuş və rəsmi Bakıya etirazını bildirmişdi.

Rəsmi Bakının indiki məqamda Xəzər dənizində Türkiyə ilə birlikdə keçirəcəyi hərbi təlimlər İrana effektiv gözdağı olacaq.

Turan Rzayev
Politoloq
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu